12 İyun 2026 14:12
157
SİYASƏT
A- A+
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir

Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir


İyunun 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ilə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Avropa İttifaqı ilə qanunların uyğunlaşdırılması üzrə xüsusi komitəsinin sədri Ahmet Savaşan arasında görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Musa Quliyev qonağı salamlayaraq, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyib. Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladan komitə sədri, türk dövlətləri arasında həmrəyliyin və əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Söhbətdə iki ölkə arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə diqqət çəkilərək, qarşılıqlı səfər və görüşlərin mühüm rol oynadığı vurğulanıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Ahmet Savaşan hər iki ölkə parlamentlərində dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. Dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayan qonaq, turizm, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin münasibətlərin inkişafına mühüm töhfə verəcəyini bildirib. O, həmçinin parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsində önəmli rol oynadığını qeyd edib.

Görüşdə çıxış edən Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev və deputat Göydəniz Qəhrəmanov ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan avarçəkəni Avropa çempionu olub

15:03
12 İyun

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olunub  

14:58
12 İyun

Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək  

14:57
12 İyun

Məcnun Məmmədov: Ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçid təşviq ediləcək

14:56
12 İyun

AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin  

14:55
12 İyun

İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir 

14:55
12 İyun

İlham Bayramov: Aqrar sektorun gələcək inkişafı su və torpaq ehtiyatlarından maksimum səmərəliliklə istifadə ilə təmin edilməlidir  

14:34
12 İyun

“Bitcoin”in qiyməti 63 min dolları ötüb

14:33
12 İyun

Külli miqdarda narkotik vasitənin PUA vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

14:32
12 İyun

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib  

14:31
12 İyun

Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb  

14:17
12 İyun

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB

14:15
12 İyun

Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcə həddini keçə biləcəyi proqnozlaşdırılır 

14:13
12 İyun

Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir

14:12
12 İyun

ADSEA: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir  

14:12
12 İyun

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir

14:11
12 İyun

Azərbaycan “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulur  

14:10
12 İyun

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib  

14:09
12 İyun

Nazir: Balıqçılıq sahəsinin inkişafı ölkədə yeni istehsal zəncirinin formalaşmasına töhfə verəcək  

14:01
12 İyun

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyun ayının pensiyaları ödənilib

13:53
12 İyun

Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib 

13:47
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!