12 İyun 2026 08:23
243
SİYASƏT
A- A+
Dövlətçiliyin xilasına aparan yol

Dövlətçiliyin xilasına aparan yol


Tarixdə elə məqamlar olur ki, həmin günlər bir dövrün sonu yox, yeni bir mərhələnin başlanğıcı kimi yadda qalır. Bəzən bir xalqın taleyi aylarla, illərlə deyil, cəmi bir neçə günün içində həll edilir. 1993-cü ilin iyun hadisələri də xalqımızın taleyində məhz belə dönüş nöqtələrindən biri oldu. 

Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətçiliyi ağır sınaqlarla üz-üzə idi. Ölkə siyasi böhran, hərbi məğlubiyyətlər, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması təhlükəsi ilə qarşılaşmışdı. Amma xalqımız gələcəyə böyük ümidlərlə  baxırdı. Bilirdi ki, müstəqilliyi əldə etmək qədər onu qoruyub saxlamaq da siyasi təcrübə, uzaqgörənlik və dövlətçilik təfəkkürü tələb edir. Təəssüf ki, həmin dövrdə hakimiyyətə gələn qüvvələr bu ağır məsuliyyəti dərk etmirdilər.

1992-1993-cü illərdə ölkədə yaranmış vəziyyət dövlətçiliyin ən təhlükəli mərhələlərindən biri kimi tarixə düşdü. Ermənistanın hərbi təcavüzü davam edir, cəbhədən ağır xəbərlər gəlirdi. Kəndlər, qəsəbələr, rayonlar işğal olunur, yüzlərlə Azərbaycan gənci Vətən uğrunda şəhid olurdu. Üstəlik, hər gün minlərlə ailə doğma yurdunu tərk edərək məcburi köçkünə çevrilirdi. Qarabağda və ətraf rayonlarda yaşanan faciələr təkcə hərbi məğlubiyyət deyil, həm də dövlət idarəçiliyindəki ciddi problemlərin nəticəsi idi.

Ölkədə siyasi hakimiyyət uğrunda gedən mübarizə dövlət maraqlarını kölgədə qoymuşdu. İdarəetmə sistemində peşəkarlıq əvəzinə təsadüfi təyinatlar üstünlük təşkil edir, strateji qərarlar isə çox vaxt emosiyalar və siyasi ambisiyalar əsasında verilirdi. Belə vəziyyət dövlət institutlarının fəaliyyətinə mənfi təsir göstərir, hakimiyyət daxilində qarşıdurmalar dərinləşirdi. Nəticədə ölkədə anarxiya meyilləri güclənir, dövlətin dayaqları zəifləyirdi.

Bütün bunların fonunda Qarabağ cəbhəsində vəziyyət gündən-günə ağırlaşırdı. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı Azərbaycan cəmiyyətində ciddi sarsıntı yaratdı. Bu hadisə haqlı olaraq hərbi uğursuzluqla bərabər, dövlət idarəçiliyində böhranın açıq göstəricisi kimi qəbul edilirdi. Xalq hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini görürdü.

Kəlbəcərin işğalından sonra vəziyyət daha da ağırlaşmışdı. Ağdərə istiqamətində uğursuz əməliyyatlar, Laçın dəhlizinə nəzarətin itirilməsi və cəbhə xəttində yaranan pərakəndəlik ölkədə ümumi ruh düşkünlüyü yaratmışdı. Gənclər vətən uğrunda canlarından keçsələr də, onların qəhrəmanlığı siyasi səriştəsizliyin yaratdığı problemləri aradan qaldırmağa yetmirdi.

Ən ağır məqamlardan biri isə ölkədə yaranmış qaçqın və məcburi köçkün problemi idi. Ermənistandan və Azərbaycanın işğal olunmuş rayonlarından yüz minlərlə insan ev-eşiyini tərk etmək məcburiyyətində qalmışdı. Məktəblər, mədəniyyət ocaqları, xəstəxanalar və inzibati binalar qaçqınların müvəqqəti məskunlaşma yerinə çevrilmişdi. İnsanlar vaqonlarda, yataqxanalarda, yarımçıq tikililərdə yaşamağa məcbur idilər.

Həmin illər ölkəmiz yalnız hərbi və siyasi deyil, həm də ağır sosial-iqtisadi böhran yaşayırdı. SSRİ dağıldıqdan sonra pozulan iqtisadi münasibətlər üzündən Azərbaycan ağır sosial-iqtisadi problemlərlə üzləşmişdi. İstehsal müəssisələrinin əksəriyyəti dayanmış, kənd təsərrüfatında məhsuldarlıq aşağı düşmüşdü. Ölkədə hiperinflyasiya tüğyan edirdi. Bunlardan əlavə, maaşlar və pensiyalar vaxtında verilmir, insanların alıcılıq qabiliyyəti sürətlə aşağı düşürdü. Ərzaq təminatı sahəsində yaranan problemlər əhalinin gündəlik həyatına ciddi təsir göstərirdi. Çörək növbələri, əsas istehlak məhsullarının çatışmazlığı və qiymət artımı cəmiyyətin bütün təbəqələrində narazılıq yaradırdı. Azərbaycan ilk dəfə müstəqillik dövründə real humanitar böhran təhlükəsi ilə üzləşmişdi. Bütün bunların fonunda hakimiyyət daxilində vəziyyət daha da mürəkkəbləşirdi. Dövlət idarəçiliyində peşəkarlıq prinsipi arxa plana keçmişdi. Siyasi loyallıq və emosional çıxışlar bəzən idarəetmə bacarığından üstün tutulurdu. 

1993-cü ilin iyununda isə böhran öz kuliminasiya nöqtəsinə çatdı. Gəncədə baş verən məlum hadisələr dövlət hakimiyyətinin nəzarətdən çıxdığını göstərirdi. 4 iyun hadisələri zamanı hökumət qüvvələri ilə Surət Hüseynovun rəhbərlik etdiyi hərbi birləşmələr arasında silahlı qarşıdurma baş verdi. İnsan tələfatı ilə nəticələnən bu hadisələr artıq Azərbaycanın vətəndaş müharibəsi astanasına gəlib çatması demək idi. Həmin ilin iyununda baş verən hadisələr ölkəmizin müasir tarixində dönüş nöqtəsinə çevrildi. Həmin günlər söhbət sadəcə hakimiyyət dəyişikliyindən getmirdi, dövlətin taleyi, xalqın gələcəyi və müstəqilliyin qorunub saxlanılması əsas məsələ idi. 4 iyun hadisələri göstərdi ki, Azərbaycan idarəolunmaz vəziyyətə gəlib çıxıb. Hakimiyyət daxilində parçalanma, dövlət institutlarının zəifləməsi, cəbhədəki uğursuzluqlar Azərbaycan  dövlətinin taleyini sual altına alıb.

Belə mürəkkəb şəraitdə xalqın diqqəti Naxçıvana - böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyevə yönəldi. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edə biləcək yeganə siyasətçi kimi qəbul olunan Heydər Əliyevin Bakıya dəvət edilməsi artıq zamanın və tarixin tələbinə çevrilmişdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Bakıya qayıdışı ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. İyunun 15-də Ümummilli Liderin Azərbaycan Milli Məclisinin Sədri seçilməsi isə sonralar Milli Qurtuluş Günü kimi tarixə həkk olundu.

Milli qurtuluş Azərbaycan dövlətçiliyinin xilası demək idi. Məhz həmin tarixdən sonra ölkədə sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi, nizami ordu quruculuğu, iqtisadi inkişaf strategiyasının hazırlanması və beynəlxalq əlaqələrin qurulması istiqamətində ardıcıl siyasət həyata keçirilməyə başlandı. 1993-cü ilin oktyabrında xalqın etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa müddətdə ölkədə siyasi sabitliyi bərpa etdi, vətəndaş qarşıdurmasının qarşısını aldı və müstəqil dövlətçiliyin möhkəm təməlini formalaşdırdı. Sonrakı illər həyata keçirilən genişmiqyaslı islahatlar, "Əsrin müqaviləsi", iqtisadi dirçəliş, ordu quruculuğu və milli dövlətçilik konsepsiyasının yaradılması müasir Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi.

Bu gün geriyə nəzər saldıqda aydın görünür ki, 15 iyun sadəcə bir tarixi hadisə deyil, eyni zamanda xalqımızın öz dövlətini qorumaq iradəsinin, milli həmrəyliyinin və gələcəyə inamının təcəssümüdür. Əgər 1993-cü ilin iyununda xalq düzgün seçim etməsəydi, Azərbaycan dövlətçiliyinin sonrakı taleyi tamamilə fərqli ola bilərdi. Bu baxımdan, Milli Qurtuluş Günü təkcə keçmişin deyil, həm də bugünkü güclü və müstəqil Azərbaycanın əsasını təşkil edən tarixi mərhələdir. 

Qurtuluşa gedən yol yalnız ölkəmizin xilası ilə başa çatmadı. Həmin yol sonradan dövlətçiliyin möhkəmlənməsinə, iqtisadi inkişafın təmin edilməsinə, güclü ordunun formalaşmasına, nəhayət, tarixi Zəfərə aparan böyük yolun başlanğıcına çevrildi. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:50
14 İyun

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

10:03
14 İyun

Dünya birjalarında neft ucuzlaşıb

09:58
14 İyun

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

09:37
14 İyun

Dünya çempionatı: Braziliya millisi xal itirib

09:11
14 İyun

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

07:35
14 İyun

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

01:33
14 İyun

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!