12 İyun 2026 14:13
181
CƏMİYYƏT
A- A+
Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcə həddini keçə biləcəyi proqnozlaşdırılır 

Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcə həddini keçə biləcəyi proqnozlaşdırılır 

Dünyada getdikcə daha sürətlə istiliyin toplandığını və temperatur artımının 2025-ci ildə sənayeöncəsi dövrün orta göstəricisi ilə müqayisədə 1,37 dərəcəyə çatdığını müəyyən edən alimlər həmin səviyyənin növbəti 4 il ərzində 1,5 dərəcəni keçə biləcəyini proqnozlaşdırırlar.

AZƏRTAC xəbər verir ki, dünyanın 17 ölkəsindən 56 qurumu təmsil edən 70-dən çox alim tərəfindən hazırlanan və Avropa Komissiyası adından Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) nəzdində fəaliyyət göstərən Kopernik İqlim Dəyişiklikləri Xidməti (C3S) tərəfindən həyata keçirilən Qlobal İqlim Dəyişiklikləri Göstəriciləri hesabatının əsas nəticələri “Earth System Science Data” jurnalında dərc olunub.

Hesabata görə, bütün iqlim sistemi sürətlə isinməkdə davam edir.

İnsan fəaliyyətindən qaynaqlanan iqlim dəyişikliyi səbəbindən qlobal temperatur artımı 2025-ci ildə sənayeöncəsi dövr olan 1850–1900-cü illərin orta göstəricisindən 1,37 dərəcə yuxarı qalxıb. Ötən il qeydə alınan istiləşmə sürəti müşahidə tarixində ən yüksək səviyyə olub.

2016–2025-ci illər dövründə isə qlobal temperatur artımı 1,26 dərəcə olaraq ölçülüb.

İstiləşmənin sürətlənməsində istixana qazı emissiyalarının kəskin artımı mühüm rol oynayır. Əsasən fosil yanacaqların yandırılması nəticəsində yaranan istixana qazı emissiyaları 2024-cü ildə 56,8 milyard ton karbon qazı ekvivalenti ilə bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb.

Hesabatdakı nəticələr, həmçinin 2025-ci ilin müşahidə tarixində üçüncü ən isti il olduğunu təsdiqləyib.

Alimlər sürətlənən istiləşmə səbəbindən qlobal temperatur artımının təxminən 4 il ərzində 1,5 dərəcə həddini keçəcəyini proqnozlaşdırırlar.

İqlim dəyişikliyi ilə mübarizə məqsədilə 2015-ci ildə imzalanmış Paris Sazişinə əsasən, qlobal temperatur artımının əsrin sonuna qədər 1,5 dərəcə ilə məhdudlaşdırılması və ya 2 dərəcədən aşağı saxlanılması hədəflənir. Lakin əldə olunan nəticələr bu həddin aşılması riskinin artdığını göstərir.

Qlobal temperatur artımını məhdudlaşdırmaq üçün ölkələrin 2030-cu ilə qədər karbonsuzlaşma istiqamətində səylərini əhəmiyyətli dərəcədə artırmaları tələb olunur.


Son 10 ildəki istiləşmənin demək olar ki, hamısı insan fəaliyyəti nəticəsində baş verib

ECMWF nəzdində fəaliyyət göstərən C3S-in İqlim Strategiyası üzrə rəhbəri Samanta Burgess hesabatla bağlı qiymətləndirməsində bildirib ki, son 10 ildə baş verən istiləşmənin demək olar ki, hamısı insan fəaliyyəti ilə əlaqədardır. O qeyd edib: “Bunun dolanışıq vasitələrinə və ekosistemlərə təsirləri artıq dünyanın hər yerində hiss olunur və temperatur yüksəlməyə davam etdikcə, bu təsirlər daha da sürətlənəcək”.

Böyük Britaniyanın Meteorologiya İdarəsinin alimlərindən Alim Mett Palmer isə dünya miqyasında istixana qazı tullantılarının əvvəlkindən daha yüksək olduğunu diqqətə çatdırıb: “Bu, atmosferdə daha çox istiliyin yığılmasına səbəb olur və Yer kürəsinin enerji balansını getdikcə daha da pozur”.

Cənubi Koreyadakı Pusan Milli Universitetinin İqlim Tədqiqatları Mərkəzinin professoru Jun-Yi Li okean isti dalğalarının getdikcə daha tez-tez baş verdiyini bildirib. Bunun davam edən okean səthinin istiləşməsi ilə uyğun olduğunu qeyd edən professor deyib: “1991-2025-ci illər arasında qlobal miqyasda okean isti dalğalarının olduğu günlərin sayı üç dəfədən çox artıb. Bu hadisələr dəniz ekosistemlərinə zərər verir və qida istehsalına, iqtisadiyyata və sahil müdafiə sistemlərinə təhlükə yaradır. Bu vəziyyət, həmçinin okean-atmosfer karbon mübadiləsini, okeanların turşuluğunu və oksigen səviyyəsini pozur, quruda ekstremal hava hadisələrini daha da şiddətləndirə bilir”.

Niderland Krallığının Dəniz Tədqiqatları İnstitutunun tədqiqat rəhbəri Eymi Slengen dəniz səviyyəsinin rekord səviyyədə qalxmasını vurğulayaraq fikirlərinə belə davam edib: “2025-ci ildə qlobal dəniz səviyyəsi 1901-ci ildən bəri 23 santimetr artaraq yeni bir rekorda çatıb. Həmin artım ildə təxminən 1,8 millimetr sürətlə baş verir və bu sürət durmadan artır. Bu, kiçik bir dəyişiklik kimi görünə bilər, amma hətta bu artım səviyyəsi dünyanın bir çox alçaq sahil ərazilərində sahil daşqınlarının artmasına səbəb olur, dolanışıq vasitələrinə və ekosistemlərə zərər verir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan avarçəkəni Avropa çempionu olub

15:03
12 İyun

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olunub  

14:58
12 İyun

Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək  

14:57
12 İyun

Məcnun Məmmədov: Ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçid təşviq ediləcək

14:56
12 İyun

AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin  

14:55
12 İyun

İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir 

14:55
12 İyun

İlham Bayramov: Aqrar sektorun gələcək inkişafı su və torpaq ehtiyatlarından maksimum səmərəliliklə istifadə ilə təmin edilməlidir  

14:34
12 İyun

“Bitcoin”in qiyməti 63 min dolları ötüb

14:33
12 İyun

Külli miqdarda narkotik vasitənin PUA vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

14:32
12 İyun

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib  

14:31
12 İyun

Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb  

14:17
12 İyun

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB

14:15
12 İyun

Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcə həddini keçə biləcəyi proqnozlaşdırılır 

14:13
12 İyun

Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir

14:12
12 İyun

ADSEA: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir  

14:12
12 İyun

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir

14:11
12 İyun

Azərbaycan “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulur  

14:10
12 İyun

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib  

14:09
12 İyun

Nazir: Balıqçılıq sahəsinin inkişafı ölkədə yeni istehsal zəncirinin formalaşmasına töhfə verəcək  

14:01
12 İyun

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyun ayının pensiyaları ödənilib

13:53
12 İyun

Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib 

13:47
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!