12 İyun 2026 14:12
164
CƏMİYYƏT
A- A+
ADSEA: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir  

ADSEA: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir  


Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması ilə aqrar sahənin tərəqqisi, ərzaq təhlükəsizliyinin təmin olunması, su ehtiyatlarının səmərəli idarə edilməsi və iqlim dəyişikliklərinin təsirlərinin minimallaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən aqrar sektorun dayanıqlı inkişafının dəstəklənməsi, suvarma infrastrukturunun təkmilləşdirilməsi, su itkilərinin minimuma endirilməsi və su təminatının etibarlılığının artırılması istiqamətində sistemli tədbirlər həyata keçirilməkdədir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, Dağlıq Şirvan iqtisadi rayonu ölkəmizin aqrar inkişafında mühüm potensiala malik olan, üzümçülük, taxılçılıq, heyvandarlıq, çoxillik əkinlər və həyətyanı təsərrüfatlar üzrə istehsal imkanları ilə seçilən regionlardan biridir.

"Bu potensialın tam reallaşdırılması isə ilk növbədə etibarlı və dayanıqlı su təminatından asılıdır. Hazırda agentliyin xidmət göstərdiyi ərazilərdə Dağlıq Şirvan iqtisadi rayonu üzrə 53 min 523 hektar suvarılan sahə mövcuddur. Cari il ərzində həmin sahələrin suvarılması üçün ümumilikdə 146 min 587 milyon kubmetr həcmində suvarma suyunun təmin edilməsi planlaşdırılıb. Bunun 91 min 35 milyon kubmetri, yəni 62 faizi dənli və yem bitkilərinin, 55 min 552 milyon kubmetri, yəni 38 faizi isə əsasən bostançılıq, tərəvəzçilik, çoxillik əkinlər və həyətyanı sahələrin su təminatı üçün nəzərdə tutulmuşdur. Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları üzrə ümumilikdə 1 414,3 kilometr suvarma infrastrukturu mövcuddur ki, bunun 1 273,3 kilometri açıq, 141 kilometri isə qapalı və borulu suvarma şəbəkəsidir. Açıq şəbəkə daxilində 134,4 kilometr beton örtüklü kanal, 9,6 kilometr nov kanal və 1 129 kilometr torpaq kanal mövcuddur. Suvarma xidmətlərinin yerində təşkili baxımından qeyd edilən rayonlar üzrə 7 Su İstifadəçiləri Birliyi fəaliyyət göstərir, bu birliklər 53 min 523 hektar xidməti ərazini əhatə edir və 104 kənd üzrə 13 min 749 su istifadəçisinə xidmət göstərir", - deyə İlham Bayramov əlavə edib.

İ.Bayramov bildirib ki, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları üzrə suvarma infrastrukturu barədə məlumatların Coğrafi İnformasiya Sistemlərinə və elektron idarəetmə platformalarına inteqrasiyası hər bir rayon üzrə real su balansının müəyyənləşdirilməsinə, suvarma planlamasının optimallaşdırılmasına və meliorativ vəziyyətin operativ idarə olunmasına imkan verir: "Məhz bu göstəricilər bir daha sübut edir ki, kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir. Qlobal iqlim dəyişiklikləri, yağıntıların qeyri-sabit xarakter alması və mövcud su ehtiyatlarına artan tələbat su resurslarının idarə olunmasına yeni yanaşmaların tətbiqini zəruri edir. Bu çağırışları nəzərə alaraq agentlik tərəfindən regionda su təminatının etibarlılığının yüksəldilməsi, infrastrukturun modernləşdirilməsi və su itkilərinin azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir..

"Hazırda icra olunan ən mühüm strateji layihələrdən biri Şirvan suvarma kanalının tikintisidir və layihə tamamlandıqdan sonra Ağsu (36 min ha), İsmayıllı (2 min ha) və Şamaxı (17,5 min ha) (3 rayon üzrə 56,3 min ha) rayonları da daxil olmaqla geniş ərazilərdə dayanıqlı su təminatı olan suvarma sahələrinin formalaşmasına mühüm imkan yaranacaqdır. Layihə çərçivəsində magistral kanalın uzunluğu 204 kilometr, suburaxma qabiliyyəti 180 kubmetr/saniyə, ümumi suvarma sahəsi isə 228 min hektar təşkil edəcəkdir. Respublikanın 9 rayonu üzrə 112 min hektar mövcud suvarma sahəsinin su təminatının yaxşılaşdırılması və 116 min hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur. Tikintiyə 2024-cü ildə başlanılıb, işlərin 2027-ci ildə tamamlanması planlaşdırılıb. Bu layihə Dağlıq Şirvan iqtisadi rayonunun aqrar potensialının daha səmərəli reallaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Dövlət investisiyaları ilə yanaşı, daxili imkanlar hesabına, 2025-ci il ərzində su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində Ağsu rayonu üzrə kanalların beton üzlüyə alınması 2,1 kilometr təşkil edib. Cari il üçün isə Ağsu, İsmayıllı və Şamaxı rayonları üzrə kanalların beton üzlüyə alınması 3,9 kilometr, subartezian quyularının təmiri isə 3 ədəd həcmində nəzərdə tutulur. Həyata keçirilən və planlaşdırılan bu tədbirlər suvarma sistemlərinin dayanıqlığını artırmaqla yanaşı, su itkilərinin azaldılmasına və kənd təsərrüfatı istehsalının davamlı inkişafına xidmət edir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan avarçəkəni Avropa çempionu olub

15:03
12 İyun

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olunub  

14:58
12 İyun

Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək  

14:57
12 İyun

Məcnun Məmmədov: Ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçid təşviq ediləcək

14:56
12 İyun

AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin  

14:55
12 İyun

İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir 

14:55
12 İyun

İlham Bayramov: Aqrar sektorun gələcək inkişafı su və torpaq ehtiyatlarından maksimum səmərəliliklə istifadə ilə təmin edilməlidir  

14:34
12 İyun

“Bitcoin”in qiyməti 63 min dolları ötüb

14:33
12 İyun

Külli miqdarda narkotik vasitənin PUA vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

14:32
12 İyun

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib  

14:31
12 İyun

Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb  

14:17
12 İyun

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB

14:15
12 İyun

Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcə həddini keçə biləcəyi proqnozlaşdırılır 

14:13
12 İyun

Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir

14:12
12 İyun

ADSEA: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir  

14:12
12 İyun

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir

14:11
12 İyun

Azərbaycan “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulur  

14:10
12 İyun

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib  

14:09
12 İyun

Nazir: Balıqçılıq sahəsinin inkişafı ölkədə yeni istehsal zəncirinin formalaşmasına töhfə verəcək  

14:01
12 İyun

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyun ayının pensiyaları ödənilib

13:53
12 İyun

Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib 

13:47
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!