10 Aprel 2025 09:00
1221
Mədəniyyət
A- A+
Maarifçi xeyriyyə cəmiyyətləri

Maarifçi xeyriyyə cəmiyyətləri


XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda məktəb şəbəkəsinin genişləndirilməsi, azərbaycanlı şagirdlərin sayının artması ölkədə iqtisadi və ictimai-siyasi yüksəlişlə əlaqədar idi. Bakı şəhəri iri sənaye və iqtisadi mərkəzlərdən birinə çevrilirdi. 

Bu, ilk növbədə, neft sənayesi, gəmiçilik və ticarətin inkişafı ilə bağlı idi. Kənd təsərrüfatı, xüsusən pambıqçılıq və ipəkçilik sahəsində də xeyli irəliləyişlər özünü göstərirdi. Bakıda, Gəncədə, Şəkidə, Şuşada və digər yerlərdə yüngül sənaye müsəssisələri yaradılırdı. Ona görə də savadlı, təhsilli kadrlara xüsusi ehtiyac duyulurdu. Sahibkarlar, əsasən, Bakının neft sənayeçiləri maarifçiliyin inkişafına maddi vəsaitlər ayırır, Bakı və Gəncədə yaranmış xeyriyyə cəmiyyətlərinin xətti ilə məktəblərə yardımlar edirdilər.  

Bu baxımdan məşhur mesenat və neft sənayeçisi Hacı Zeynalabdin Tağıyevin o dövrdəki fəaliyyəti müstəsna əhəmiyyət kəsb edirdi. Son dərəcə təmkinli və zəhmətkeş olan Z.Tağıyev xeyriyyəçiliyi ilə başqalarını həmişə heyran qoyurdu. Bu şəxsiyyət digər sahələrdəki fəaliyyəti ilə yanaşı, Azərbaycanda maarifçilik hərəkatında da son dərəcə böyük rol oynamışdı. O hələ 1883-cü ildə Bakıda teatr binası tikdirmiş və burada 1908-ci ildə Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşası qoyulmuşdur. 

1894-cü ildə H.Z.Tağıyev Mərdəkanda kənd təsərrüfatı məktəbini açmışdır. 1896-cı ildə Sankt-Peterburqda Müsəlman Xeyriyyəçilik Cəmiyyəti binasının özülünün qoyulması üçün iri məbləğdə vəsait ayırmışdır. İki il sonra Tağıyev "Kaspi" mətbəəsini və qəzetini alıb Azərbaycanın görkəmli ictimai xadimləri Əlimərdan bəy Topçubaşova və Əhməd bəy Ağayevə vermişdir. XIX əsrin sonlarında onun vəsaiti ilə Tehranda "Səadət" məktəbi və gimnaziyası açılmışdır. Neft maqnatı Gəncədə qadın məktəbinin fəaliyyəti üçün də onlara maliyyə yardımı etmişdir. 1898-ci ildə Hacı Zeynalabdin Bakının mərkəzində öz hesabına məktəb və dəftərxana ləvazimatlarının satılması üçün böyük passaj tikdirmişdir. 

H.Z.Tağıyev Azərbaycan tarixində Bakıda ilk qadın tədris müəssisəsinin banisi kimi tanınır. 1896-cı il aprelin 24-də H.Z.Tağıyev öz hesabına azərbaycanlı qızların dünyəvi təhsil almaları üçün məktəb açılması xahişi ilə rəhbər təhsil orqanlarına müraciət edir. Yalnız 1901-ci il oktyabrın 7-də Bakıda ilk müsəlman qadın təhsili müəssisəsi açılır. Qapalı tədris ocağı olan məktəbə yalnız 7 yaşına çatmış azərbaycanlı qızlar qəbul olunurdu. İlbəil artan şagirdlərin sayı 1902-ci ildə artıq 71 nəfərə çatırdı. Onlardan 35-i xeyriyyəçi Zeynalabdin Tağıyevin vəsaiti hesabına təhsil alırdı. 

H.Z.Tağıyev "Nəşiri-maarif" cəmiyyətinin sədri olmuşdur. Bu cəmiyyət Bakı quberniyasında müsəlmanlar arasında savad yaymaq üçün yaradılmış təhsil mərkəzi idi. 1906-cı ildə təşkil edilmişdi. Cəmiyyətin yaradılmasında Ə.Əhmədovun, A.Tağıyevin, A.Həsənovun, M.Hacınskinin xüsusi rolu olmuşdur. Bu cəmiyyətin işində N.Nərimanov, M.F.Axundzadə, M.Əzizbəyov, H.Zərdabi yaxından iştirak etmişlər. 1907-ci ildə cəmiyyətin xətti ilə Bakıda ilk dəfə üçsinifli məktəb açılmışdır. 

Maarifçi xeyriyyə cəmiyyətləri içərisində "Nicat" cəmiyyətinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu cəmiyyət 1906-cı il martın 9-da təsis olunmuşdur. Cəmiyyətin nizamnaməsində əsasən müsəlmanlar arasında maarifi, savadı yaymaq və azərbaycanlı uşaqlarına ibtidai, orta və ali təhsil vermək, təhsil alanlar içərisində ana dili və ədəbiyyatın inkişafına kömək etmək, şagirdlərə maddi və mənəvi yardımlar göstərmək kimi məqsədlər xüsusi yer tuturdu. "Nicat" cəmiyyətinin təşəbbüsü ilə 1906-1910-cu illərdə Gəncədə "Mədrəseyi-ruhani", Şamaxıda "Üxüvvət", Ağdamda "Darülfənn", Şəkidə "Həqiqəti-subyan", Lənkəranda "Behcət" məktəbləri açılmışdır. "Nicat"ın kitabxanasında müxtəlif mövzularda çoxlu mühazirələr də oxunurdu. Həmin mühazirələri azərbaycanlılarla yanaşı, rus və gürcü uşaqları da dinləyirdilər. "Nicat" cəmiyyəti axşam kurslarına böyük əhəmiyyət verir, azərbaycanlılar arasında savadın yayılması üçün çox iş görürdü. 1907-ci ildə həmin axşam kurslarında 280-ə yaxın adam oxuyurdu. Bundan başqa, cəmiyyətin  nəzdində pedaqoji ədəbiyyat şöbəsi də fəaliyyət göstərirdi. Cəmiyyətin orqanı olan "Nicat" qəzeti isə 1910-cu ilin noyabrında İ.Aşurbəyovun redaktorluğu ilə çap olunmağa başlamış və 86 nömrəsi nəşr edilmişdir.

XX əsrin əvvəllərində yaradılmış xeyriyyə cəmiyyətlərindən biri də "Səfa"dır. Bu cəmiyyət 1910-cu il dekabrın 12-də təsis edilmişdir. Cəmiyyətin əsas qayəsi sırf maarifçilik ideyalarının yayılması ilə bağlı idi. 1914-cü ilə qədər Bakıda bir məktəb aça bilən "Səfa" sonradan fəaliyyətini genişləndirərək Biləcəri, Binə, Qobu kəndlərində anadilli, Quba qəzasında isə rus-müsəlman məktəbləri açmışdır. "Səfa"nın teatr truppası da fəaliyyət göstərmiş və bu şöbəyə məşhur aktyor Cahangir Zeynalov  rəhbərlik etmişdir. 

Ruhani cəmiyyəti olan "Səadət" 7 iyun 1907-ci ildə yaradılmışdır. Cəmiyyətin təşkilində H.Z.Tağıyev, H.Rəsulov, V.Əfəndiyev, A.Dadaşov və başqaları fəallıq göstərmişlər. "Səadət" məktəb açmaqdan başqa, müxtəlif xeyriyyə işlərində də iştirak etmişdir. Cəmiyyətin nəzdindəki məktəbdə əsasən dini tərbiyə verilir və 7 yaşından 10 yaşınadək uşaqlara ilahiyyat elmləri öyrədilir, Azərbaycan və rus dilləri tədris edilirdi. Məktəbdə görkəmli pedaqoq Əli bəy Hüseynzadə dərs deyirdi. O, məktəbin rəhbəri kimi Ü.Hacıbəyli, F.Ağazadəni, Parisdə təhsil almış Ceyhun bəy Hacıbəylini tədrisə cəlb etmişdir. 

Ümumiyyətlə, Azərbaycanda maarifçilik hərəkatının işində xeyriyyə cəmiyyətlərinin böyük rolu olmuşdur. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının azərbaycanlı əhalisinin yalnız 19,3 faizi savadlı hesab edilirdi. O dövrün imkanlı ziyalılarının, dövlət dumalarında olan nümayəndələrinin anadilli məktəblərin açılması tələblərinə çar Rusiyası biganə münasibət göstərirdi. Bu da çarizmin müstəmləkə siyasətinin maarifçilik sahəsində də qabarıq şəkildə özünü biruzə verməsinə daha bir sübut idi. Ona görə də Bakının imkanlı ziyalıları, neft sahibkarları xeyriyyə cəmiyyətlərinin xətti ilə bu işi həyata keçirirdilər. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

03:04
13 İyun

Hava limanlarının (aeroportların) idarə edilməsi qaydası

03:03
13 İyun

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

19:38
12 İyun

İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur

19:03
12 İyun

Dünyada hər 70 nəfərdən biri evini tərk etmək məcburiyyətində qalıb

18:58
12 İyun

İqlim istiləşməsi 4 il ərzində kritik həddi keçə bilər

18:50
12 İyun

HDQ-də döyüş atışlı taktiki təlim olub  

18:48
12 İyun

Nigeriyada kütləvi adamqaçırma təhlükəsi

18:41
12 İyun

Avropa İttifaqının yeni “Köç və Sığınacaq Paktı” qüvvəyə minir

18:33
12 İyun

Azərbaycan və Dünya Bankı yol layihələri üzrə tərəfdaşlığı genişləndirir

18:24
12 İyun

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

18:13
12 İyun

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

18:13
12 İyun

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

17:51
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır  

17:43
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

17:34
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!