12 İyun 2026 17:52
161
DÜNYA
A- A+
Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb


Çinin elektromobil istehsalçısı olan “BYD” Avropa bazarındakı fəaliyyətini genişləndirmək məqsədilə yeni nəsil ultra sürətli enerji doldurma şəbəkəsinin yaradılmasına başlayıb. Şirkət 2027-ci ilin sonuna qədər Avropa ölkələrində ümumilikdə 3 min ədəd “Flash Charger” stansiyası quraşdırmağı planlaşdırır. İlk 1500 kVt gücündə enerji doldurma məntəqələri artıq Almaniya və Böyük Britaniyada istifadəyə verilib. Yeni sistem güc baxımından “Tesla”nın 500 kVt gücündə olan “V4 Supercharger” stansiyalarını geridə qoyur. Buna baxmayaraq, “Tesla” hazırda Avropada təxminən 20 min enerji doldurma nöqtəsi ilə infrastruktur üstünlüyünü qoruyur.

Məlumata əsasən, bir “Flash Charger” stansiyasının qurulma xərci təxminən 580 min avro təşkil edir. Bu isə layihənin ümumi investisiya dəyərinin təxminən 2 milyard dollara yaxın olacağını göstərir. Mütəxəssislər bildirirlər ki, yüksək enerji gücünə baxmayaraq, sistem elektrik şəbəkəsinə əlavə yüklənmə yaratmayacaq. Enerji əvvəlcədən xüsusi batareyalarda saxlanılacaq və əsasən gecə saatlarında toplanacaq. Bu üsul pik saatlarda elektrik şəbəkəsinə düşən təzyiqi azaltmağa yönəlib.

 Yeni stansiyalar standart CCS girişinə malik bütün elektromobillərə xidmət göstərəcək. Lakin maksimum 1500 kVt doldurma sürətindən yalnız “BYD”nin yeni “Blade Battery” texnologiyası ilə təchiz olunan modellər yararlana biləcək. Hazırda Avropada bu texnologiyanı dəstəkləyən yeganə avtomobil 115 min avro qiymətində olan “Denza Z9 GT” modelidir. Şirkətin açıqlamasına görə, həmin avtomobil yeni stansiyalarda cəmi 5 dəqiqə ərzində batareyanın 70 faizini doldura bilir. Ekspertlər hesab edirlər ki, “BYD”nin bu addımı Avropada elektromobil bazarında rəqabəti daha da artıracaq və ultra sürətli enerji doldurma texnologiyalarının yayılmasını sürətləndirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur

19:03
12 İyun

Dünyada hər 70 nəfərdən biri evini tərk etmək məcburiyyətində qalıb

18:58
12 İyun

İqlim istiləşməsi 4 il ərzində kritik həddi keçə bilər

18:50
12 İyun

Nigeriyada kütləvi adamqaçırma təhlükəsi

18:41
12 İyun

Avropa İttifaqının yeni “Köç və Sığınacaq Paktı” qüvvəyə minir

18:33
12 İyun

Azərbaycan və Dünya Bankı yol layihələri üzrə tərəfdaşlığı genişləndirir

18:24
12 İyun

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

18:13
12 İyun

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

Azərbaycanda bütün iribuynuzlu heyvanlar üçün elektron identifikasiya sistemi yaradılacaq

17:09
12 İyun

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib  

17:01
12 İyun

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

16:46
12 İyun

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:39
12 İyun

Müstəqilliyimizin xilaskarı və dövlətçiliyimizin təminatçısı

16:16
12 İyun

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

16:13
12 İyun

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

16:05
12 İyun

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

15:57
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!