12 İyun 2026 19:03
626
DÜNYA
A- A+
İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur

İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur


İsveçrədə ölkə əhalisinin 10 milyon nəfəri keçməməsi ilə bağlı iyunun 14-də keçiriləcək referendum öncəsi cəmiyyətdə ciddi fikir ayrılığı yaranıb. Sağçı İsveçrəlixalq Partiyası tərəfindən irəli sürülən “10 milyonluq İsveçrəyə yox” təşəbbüsü ölkədə əsas müzakirə mövzusuna çevrilib.

Anadolu Agentliyi xəbər verir ki, hazırda İsveçrə əhalisinin sayı təxminən 9,1 milyon nəfərdir.

Təklifi müdafiə edən seçicilər və siyasətçilər miqrant axınının ölkəyə mənfi təsir etdiyini bildirirlər. Son 25 ildə əhalinin 25 faiz artması yollarda sıxlığa, xəstəxanalarda növbələrə və məktəblərdə yer çatışmazlığına səbəb olub. Əhali sıxlığı mənzil kirayələrini bahalaşdırır və ölkədəki ümumi rifah səviyyəsini aşağı salır. Təklifə görə, əgər əhali sayı 2050-ci ildən əvvəl 9,5 milyona çatarsa, hökumət sığınacaq və ailə birləşməsi qaydalarını sərtləşdirməyə məcbur olacaq. Hökumət, parlament çoxluğu və bəzi seçicilər isə bu məhdudiyyətin ölkəyə zərər verəcəyini düşünürlər. 

İsveçrədə doğum səviyyəsi çox aşağıdır. Miqrasiya dayandırılarsa, səhiyyə və digər bir çox iqtisadi sahələrdə kəskin işçi çatışmazlığı yaranacaq. Bu qərarın qəbul edilməsi İsveçrənin Aİ ilə azad hərəkət və digər beynəlxalq müqavilələrini təhlükəyə ata bilər. Rəy sorğuları seçicilərin rəylərinin yarıbölündüyünü göstərir, bu isə referendumun nəticələrinin son ana qədər sürpriz olaraq qalacağını göstərir.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci yarımildə Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 3 dəfəyə yaxın artıb

14:19
28 İyul

ABŞ Fransanın tənqidinə etiraz olaraq BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib

14:11
28 İyul

Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu Sessiyasına ev sahibliyi edəcək

14:04
28 İyul

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib

13:47
28 İyul

Deputat: Azərbaycan Prezidentinin Almaniya səfəri və imzalanan sənədlər ölkəmizin enerji siyasətinin uzaqgörənliyini göstərir

13:40
28 İyul

Fransada deputat hökuməti “dövlət qalmaqalı”nda ittiham edir

13:33
28 İyul

Düzgün istiqamətləndirmə ilə süni intellekt güclü təhsil tərəfdaşına çevrilə bilər 

13:26
28 İyul

Rusiya səmasında gecə saatlarında 356 Ukrayna dronu vurulub

13:23
28 İyul

Səyyar ASAN xidmət Laçında

13:21
28 İyul

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:18
28 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:13
28 İyul

Səidə Ömər: Zəfər xəbərini Türkiyə efirində ilk təqdim edənlərdən olmaq böyük qürur idi

13:06
28 İyul

Geosiyasi qeyri-müəyyənlik neft-qaz qiymətlərinə təsirsiz ötüşmür  

12:59
28 İyul

Antonio Quterreş Kiprin türk və yunan dövlətlərinin liderləri ilə danışıqlar aparacaq

12:52
28 İyul

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

12:45
28 İyul

Tovuzlu fermerlər yeni dövlət proqramını əlavə stimul kimi qəbul edirlər

12:20
28 İyul

XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır

12:05
28 İyul

Yaponiyanın cənub-qərbində 7,1 bal gücündə zəlzələ olub

12:00
28 İyul

İnformasiya Texnologiyaları İnstitutu və Hesablama Palatası birgə layihələr reallaşdıracaq

11:54
28 İyul

Bu ilin altı ayında 867 milyon manatdan çox sığorta haqqı yığılıb

11:53
28 İyul

Orta Dəhliz Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm təsir göstərir

11:51
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!