04 Noyabr 2026 16:13
218
SİYASƏT
A- A+
Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu  

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu  


Azərbaycan-Britaniya münasibətləri özünün ən güclü dövrünü yaşayır.

AZƏRTAC xəbər verir ki, bu fikir Londonda keçirilən İkinci Azərbaycan-Britaniya Siyasət Forumunda səslənib. Britaniyadan və Azərbaycandan 70-ə yaxın diplomatı, ictimaiyyət nümayəndəsini, biznes nümayəndələrini bir araya toplayan Forumun açılış sessiyasında Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, Britaniya parlamentinin İcmalar Palatasının deputatı, Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri Bob Bləkmən, Britaniya parlamentinin Lordlar Palatasının üzvü, hazırkı Leyborist hökumətində keçmiş nazir Lord Vajid Xan, bp şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər. Həmçinin Britaniyanın Bakıdakı səfiri Norman Dunkan tədbir iştirakçılarına videomüraciət edib.

Səfir Elin Süleymanov bildirib ki, Azərbaycan və Britaniya münasibətləri zamanın sınağından keçib. Bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi qərarı da mövcud etibarlı tərəfdaşlığın məntiqi davamıdır.

Britaniyanın Azərbaycandakı səfiri Norman Dunkan tədbir iştirakçılarına göndərdiyi videomesajda Forumun olduqca əhəmiyyətli bir vaxtda – Azərbaycan və Britaniya arasında strateji tərəfdaşlığın sürətlə inkişaf etdiyi və iki ölkə arasında müxtəlif sahələr üzrə daha dərin əməkdaşlığa imkan yaratdığı bir vaxtda keçirilməsinin önəminə diqqət çəkib.

Britaniya parlamentinin İcmalar Palatasının deputatı, Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri Bob Bləkmən Azərbaycana səfərlərini yada salıb. 2023-cü ildə ölkəmizə baş tutan səfəri zamanı azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi ilə yaxından tanış olmaq imkanının yarandığını deyib. Bu xüsusda o, Britaniyanı Azərbaycanda mina fəaliyyətinə dəstək verməyə davam etməyə səsləyib.

Hakim Leyboristlər partiyasından Britaniya parlamentinin Lordlar Palatasının üzvü, həmçinin parlamentdə Azərbaycan üzrə Qrupun üzvü Lord Vajid Xan Azərbaycanla bağlı müşahidə etdiyi ən vacib məqamın Azərbaycanın öhdəsinə götürdüyü bütün vədləri yerinə yetirməsinin olduğunu deyib. O, dünyanın yaşıl keçiddən danışdığı dövrdə Azərbaycanın bu xüsusda konkret addımlar atdığını, layihələr həyata keçirdiyini, COP29 tədbirini uğurla təşkil etdiyini söyləyib.

bp şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iki ölkə arasında ənənəvi və alternativ enerji sahəsində həyata keçirilən layihələrdən bəhs edərək, Azərbaycan-Britaniya münasibətlərinin son üç onillikdən uzun bir müddətdə dəyişən reallıqlar fonunda uğurla təkamül etdiyini vurğulayıb.

Açılış sessiyasından sonra tədbir panel müzakirələr formatında davam edib. Regional təhlükəsizlik kontekstində ikitərəfli münasibətlərə həsr olunan birinci panelə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib.

Panel iclasda müvafiq geosiyasi reallıqların, kritik minerallarla bağlı ehtiyacların, Mərkəzi Asiya və Azərbaycanı birləşdirən C6 formatında əməkdaşlığın, Orta Dəhlizin, müdafiə və təhlükəsizlik mühitinin Azərbaycan-Britaniya münasibətlərini necə şəkilləndirdiyi müzakirə edilib.

XLinks, Yaşıl Enerji Dəhlizi Şirkəti (GECO), Yaşıl Dəhliz Alyansının mütəxəssislərinin iştirakı ilə keçirilən Forumun ikinci paneli isə Azərbaycan və Britaniya arasında enerji əməkdaşlığının təkamülü – regional interkonnektor təşəbbüslərinin müzakirəsinə həsr olunub.

Tədbirin bağlanış hissəsində Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimova və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun tərəfdaşlıqlar üzrə rəhbəri Nərgiz İsmayılova çıxış edərək Forumun iki ölkə arasında münasibətlərin müxtəlif aspektlərinə nəzər salan əlverişli platforma təşkil etdiyini nəzərə çatdırıb. Qeyd olunub ki, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün qarşılıqlı imkan və marağın mövcud olması Forum iştirakçılarının yekdil mövqeyidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi 90 faiz tamamlanıb  

18:12
04 Noyabr

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib  

18:11
04 Noyabr

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir  

18:10
04 Noyabr

 İspaniyanın nəqliyyat naziri qatar qəzasına görə istefa verdi

18:08
04 Noyabr

FTB seçkilərdə 20 min saxta bülletenin müsadirə olunmasını təkzib edib  

18:06
04 Noyabr

AÇG-dən 4,7 milyard barel neft hasil edilib

18:01
04 Noyabr

ABŞ-də keçirilən seçkilərdə Demokratlar Partiyası üstünlük qazanıb  

17:58
04 Noyabr

Dollar zəifləyir

17:52
04 Noyabr

Dinozavr sümüyündə fosilləşmiş qırmızı qan hüceyrələri aşkarlanıb

17:41
04 Noyabr

Quba Soyqrımı Memorial Kompleksinin yeni layihəsi  

17:36
04 Noyabr

Neftçalada Zəfər Gününə həsr olunan cüdo üzrə region turniri keçirilib  

17:34
04 Noyabr

Mezzano gölündə hələ də iti olan 3300 illik qılınc tapılıb

17:26
04 Noyabr

Makronun xarici siyasətdəki iddiaları ilə daxili iqtisadi vəziyyət arasında ciddi ziddiyyət yaranıb  

17:26
04 Noyabr

“Google” məktəblərdə süni intellektə girişi məhdudlaşdırır  

17:21
04 Noyabr

Yaşıl meydanda susan ürəklər: futbol tarixinin unudulmayan faciələri  

17:16
04 Noyabr

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

17:15
04 Noyabr

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb  

17:12
04 Noyabr

NASA-nın 1450 kq ağırlığındakı rəsədxanası sürətlə Yerə qayıdır  

16:49
04 Noyabr

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq  

16:36
04 Noyabr

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir  

16:19
04 Noyabr

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu  

16:13
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!