04 Noyabr 2026 16:49
565
DÜNYA
A- A+
NASA-nın 1450 kq ağırlığındakı rəsədxanası sürətlə Yerə qayıdır  

NASA-nın 1450 kq ağırlığındakı rəsədxanası sürətlə Yerə qayıdır  


Kainatdakı ən güclü partlayışları öyrənmək məqsədilə orbitə buraxılmasından təxminən 22 il sonra NASA-nın "Neil Gehrels Swift" rəsədxanasının yanaraq məhv olacağı gözlənilir. Təxminən 1450 kiloqram ağırlığında olan kosmik aparatın böyük hissəsinin Yer atmosferinin qalın təbəqəsindən keçərkən yanıb kül olacağı gözlənilsə də, NASA onun bəzi hissələrinin yerə düşə biləcəyini proqnozlaşdırır.

NASA bazar ertəsi yaydığı bəyanatda bildirib: "Yerdəki hər hansı bir insana zərər dəyməsi ehtimalı çox aşağıdır – təxminən 2100-də 1 nisbətindədir".

Agentlik, həmçinin ehtimal edir ki, "Swift"in qalıqları ekvatordan təxminən 1420 mil (2285 kilometr) cənubda və ya şimalda  yerə düşə bilər. Bu zolaq Mərkəzi və Cənubi Amerikanın böyük hissəsini, Mərkəzi Afrikanı, Hindistanın cənubunu, Cənub-Şərqi Asiyanı və Avstraliyanın şimalını, eləcə də okeanların geniş ərazilərini əhatə edir.

"Swift"in Yerə tam enişinin dəqiq nə vaxt baş verəcəyi hələlik məlum deyil. Proqnoz modellərində ən azı bir neçə saatlıq xəta payı olur. Qeyri-kommersiya təşkilatı olan "Aerospace Corporation"ın hesablamalarına görə, atmosferə giriş Şərq vaxtı ilə səhər saat 05:19-da, iki saatlıq gec və ya tez ehtimalla baş verə bilər. ABŞ Kosmik Qüvvələrinin yeni proqnozunda isə atmosferə girişin Şərq vaxtı ilə səhər saat 07:42-də baş verəcəyi, eyni xəta payı ilə birlikdə təxmin edilir.

"The Aerospace Corporation" şirkətinin sözçüsü Parker Vişik bildirib ki, 2019-cu ildə yenilənmiş, orbitdəki tullantıların azaldılmasına dair mövcud standartlara əsasən, idarə olunmayan şəkildə atmosferə qayıtma halları zamanı insan itkisi ehtimalı 10000-də 1-dən az olmalıdır. O qeyd edib ki, bu kontekstdə "insan itkisi" ifadəsi "ağır xəsarət və ya ölüm" mənasını daşıyır.

NASA-nın apardığı təhlil göstərir ki, 2032-ci ilə qədər "Hubble" teleskopunun orbitdən çıxma ehtimalı 10%, 2033-cü ilə qədər isə orbitdən çıxma ehtimalı 50%-dir. 1990-cı ildə kosmosa buraxılan bu sevilən teleskop astronomiya sahəsində ən çox tanınan görüntülərdən bəzilərini təqdim etmiş və alimlərin kainat haqqındakı təsəvvürlərini kökündən dəyişmişdir. Sənəddə qeyd olunur ki, 2040-cı illərə qədər "Hubble"ın yerini tutacaq başqa bir cihazın olması gözlənilmir.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT: Yəməndə avqustdan bəri 333 mindən çox insan didərgin düşüb

18:14
13 Noyabr

Yaddaş itkisinin gizli səbəbi tapılıb

18:03
13 Noyabr

Rusiyalıların təxminən üçdə ikisi iş yerində yuxuya gedir

17:47
13 Noyabr

Yer kürəsinin ən uzun heyvanı 119 metr uzunluğundadır  

17:44
13 Noyabr

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

17:43
13 Noyabr

Azərbaycan-Böyük Britaniya əlaqələrində yeni səhifə  

17:31
13 Noyabr

Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?  

17:25
13 Noyabr

COP31 çərçivəsində Azərbaycan pavilyonunda panel müzakirələr aparılıb  

17:22
13 Noyabr

Doqquz ayda Böyük Qayıdış proqramı üzrə 383 layihə icra edilib

17:14
13 Noyabr

Qeyri-müntəzəm yuxu rejiminin gözlənilməz təhlükəsi üzə çıxıb

17:02
13 Noyabr

YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

16:33
13 Noyabr

Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?

16:31
13 Noyabr

Dublin Sammiti Azərbaycanın qlobal siyasi məkanda rolunun genişləndiyini nümayiş etdirdi  

16:26
13 Noyabr

Türkiyəli nazir müavini COP31 çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edib  

16:25
13 Noyabr

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ  

16:23
13 Noyabr

Vəkillər Kollegiyası bir vəkili üzvlükdən xaric edib, beş nəfərə intizam tənbehi tətbiq olunub  

16:17
13 Noyabr

11400 illik gil məmulatları aşkarlanıb  

15:40
13 Noyabr

Maliyyə Nazirliyi 107 milyon manat vəsaiti büdcəyə bərpa edib

15:35
13 Noyabr

Həftəsonu hava necə olacaq?- AÇIQLAMA

15:29
13 Noyabr

İqlim dəyişikliyi ilə mübarizə və tullantıların idarə olunması: Azərbaycan-Özbəkistan dialoqu  

15:28
13 Noyabr

Baş Dövlət Yol Polisi İdarəsi piyada qəzalarının artması ilə bağlı xəbərdarlıq edib  

15:23
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!