31 İyul 2026 09:10
244
CƏMİYYƏT
A- A+
Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur


Müasir dünyada kənd təsərrüfatı artıq yalnız iqtisadiyyatın ənənəvi sahəsi deyil. Ərzaq təhlükəsizliyinin təmin olunması, iqlim dəyişikliklərinə uyğunlaşma, innovativ texnologiyaların tətbiqi, rəqəmsal həllərin genişləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması aqrar sektoru dövlət siyasətinin strateji istiqamətlərindən birinə çevirib. 

Bu baxımdan Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" ölkəmizdə aqrar inkişafın növbəti mərhələsini müəyyən edən mühüm yol xəritəsidir. Dövlət proqramında aqrar istehsalın artırılması ilə yanaşı, müasir bilik və bacarıqlara malik insan kapitalının formalaşdırılması, innovasiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi potensialın gücləndirilməsi əsas prioritetlər kimi müəyyən olunmuşdur. 

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş son müşavirədə səsləndirdiyi fikirlər də bu strateji baxışı aydın şəkildə ortaya qoyur. Dövlət başçısı qeyd edib ki, bu gün dünyada baş verən geosiyasi proseslər, iqlim dəyişiklikləri və qlobal ərzaq bazarlarında müşahidə olunan qeyri-sabitlik hər bir dövləti ərzaq təhlükəsizliyi məsələsinə xüsusi həssaslıqla yanaşmağa vadar edir. Bu baxımdan kənd təsərrüfatının inkişafı təkcə iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik məsələsidir.

Prezident müşavirədə xüsusi vurğulayıb ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməli və konkret addımlar atmalıdır. Bu çağırış yalnız istehsal həcmlərinin artırılmasını deyil, eyni zamanda müasir düşüncəyə malik, innovativ yanaşmaları tətbiq edə bilən yüksəkixtisaslı aqrar mütəxəssislərin hazırlanmasını da zəruri edir. Məhz buna görə dövlət proqramının icrasında ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ölkənin yeganə aqraryönümlü ali təhsil müəssisəsi kimi qarşıdakı dövrdə fəaliyyətini məhz bu strateji hədəflərə uyğun qurur. Universitetimiz yalnız kadr hazırlayan təhsil müəssisəsi deyil, aqrar elmin, innovasiyanın, beynəlxalq əməkdaşlığın və müasir texnologiyaların tətbiqini təmin edən strateji inkişaf platforması kimi çıxış etməyi qarşısına məqsəd qoyub.

Bu gün dünya təcrübəsi göstərir ki, aqrar sektorun inkişafını yalnız maddi resurslar hesabına təmin etmək mümkün deyil. Ən böyük investisiya insan kapitalına qoyulan sərmayədir. Məhz buna görə dövlət proqramında aqrar təhsil, elmi tədqiqat və beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Sənəddə 2030-cu ilədək aqrar ixtisaslar üzrə ikili diplom proqramlarını başa vuran məzunların sayının ən azı 500 nəfərə çatdırılması konkret hədəf kimi müəyyən edilib. Bu göstərici ADAU üçün həm məsuliyyət, həm də yeni imkanlar yaradır. Çünki son illərdə universitetimiz beynəlxalq əməkdaşlıq istiqamətində formalaşdırdığı yeni model sayəsində artıq regional deyil, beynəlxalq aqrar təhsil məkanının fəal iştirakçısına çevrilməkdədir.

Əgər bir neçə il əvvəl beynəlxalq əlaqələr əsasən akademik mübadilə ilə məhdudlaşırdısa, bu gün əməkdaşlığın mahiyyəti tamamilə dəyişib. İndi əsas məqsəd birgə təhsil proqramları yaratmaq, beynəlxalq akkreditasiyaya malik təhsil modellərini tətbiq etmək, ortaq elmi tədqiqatlar aparmaq və dünyanın qabaqcıl universitetləri ilə uzunmüddətli strateji tərəfdaşlıq qurmaqdır. Bu baxımdan Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti (MATE) ilə həyata keçirilən əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Hazırda bir neçə istiqamət üzrə ikili diplom proqramlarının son hazırlıq mərhələsi həyata keçirilir. ABŞ-nin Oklahoma Dövlət Universiteti ilə magistratura səviyyəsində həyata keçiriləcək ikili diplom proqramı isə Azərbaycan aqrar təhsilinin beynəlxalq inteqrasiyasında yeni səhifə açır. Bu proqramların əsas üstünlüyü yalnız tələbələrin iki universitetin diplomunu əldə etməsində deyil. Əsas məqsəd dünyanın qabaqcıl aqrar təcrübəsini Azərbaycan gənclərinə çatdırmaq, onların müasir laboratoriyalarda işləməsini təmin etmək, innovativ texnologiyalarla tanış etmək və əldə olunan biliklərin ölkəmizin aqrar sektorunda tətbiqinə nail olmaqdır. Dövlət proqramında müəyyən edilən hədəflər göstərir ki, yaxın illərdə məhz belə beynəlxalq proqramlar Azərbaycanın aqrar inkişaf strategiyasının əsas dayaqlarından birinə çevriləcək. Bu mühüm dövlət sənədinin ali təhsil sahəsində qarşıya qoyduğu prioritetlərdən biri də beynəlxalq əlaqələrin dərinləşdirilməsi və Azərbaycanın aqrar təhsil sisteminin qlobal elm məkanına inteqrasiyasıdır. ADAU-da son illər həyata keçirilən islahatlar da məhz bu məqsədə xidmət edir.

Müasir kənd təsərrüfatının əsas xüsusiyyətlərindən biri bilik və texnologiyanın sərhəd tanımamasıdır. Bu gün inkişaf etmiş ölkələrin əldə etdiyi elmi nailiyyətlərin qısa müddətdə digər ölkələrdə tətbiq olunması aqrar sahənin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdəndir. Buna görə də universitetimiz beynəlxalq tərəfdaşlıq münasibətlərini yalnız akademik əlaqələr kimi deyil, yeni texnologiyaların, innovativ idarəetmə modellərinin və müasir elmi yanaşmaların Azərbaycana transfer mexanizmi kimi qiymətləndirir.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi daha bir mühüm fikir bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı qeyd edib ki, torpaqlardan səmərəli istifadə etmək üçün onların dəqiq təhlili aparılmalı, süni intellektdən, peyk texnologiyalarından və digər müasir rəqəmsal həllərdən geniş istifadə olunmalıdır. Əslində, bu yanaşma gələcəyin aqrar mütəxəssisinin necə hazırlanmalı olduğunu da müəyyən edir. Bu çağırışlar Azərbaycan Dövlət Aqrar Universitetində tədris proqramlarının yenilənməsini, rəqəmsal kənd təsərrüfatı, dəqiq əkinçilik, aqrar informasiya sistemləri, coğrafi informasiya texnologiyaları, süni intellekt və iqlimədavamlı kənd təsərrüfatı istiqamətlərinin daha da inkişaf etdirilməsini zəruri edir. Universitetdə həyata keçirilən beynəlxalq layihələr, icra olunan təşəbbüslər məhz bu məqsədə xidmət edir.

İnsan kapitalının inkişafı da dövlət proqramının mühüm istiqamətlərindən biridir. Müasir aqrar mütəxəssis yalnız auditoriyada əldə etdiyi biliklərlə kifayətlənməməli, qabaqcıl istehsalat müəssisələrində praktik təcrübə qazanmalıdır. Məhz buna görə universitetimiz tələbələrin xaricdə təhsil və istehsalat təcrübəsinin genişləndirilməsini fəaliyyətimizin əsas prioritetlərindən biri hesab edir. Son illərdə bu istiqamətdə mühüm nəticələr əldə olunub. Avropa universitetləri ilə mobillik layihələri, beynəlxalq yay məktəbləri və qısamüddətli təcrübə proqramları artıq yüzlərlə tələbənin peşəkar inkişafına mühüm töhfə verir. Qarşıdakı illərdə isə bu imkanların daha da genişləndirilməsi nəzərdə tutulur.

Biz qarşıya belə bir konkret məqsəd qoymuşuq: hər il daha çox tələbəmiz dünyanın qabaqcıl universitetlərində və aqrar müəssisələrində təhsil alsın, istehsalat təcrübəsi keçsin və qazandığı bilik və bacarıqları Azərbaycana gətirərək milli kənd təsərrüfatının inkişafına töhfə versin. Çünki beynəlxalq təcrübə yalnız fərdi inkişaf vasitəsi deyil, bütövlükdə ölkənin aqrar potensialını gücləndirən strateji resursdur.

Prezident İlham Əliyev müşavirədə xüsusi olaraq vurğulayıb ki, kənd təsərrüfatı ilə məşğul olanlar üçün metodik tövsiyələrin verilməsi, treninqlərin təşkili və maarifləndirmə işinin daha da gücləndirilməsi vacibdir. Bu istiqamət Azərbaycan Dövlət Aqrar Universitetinin qarşıdakı illərdə fəaliyyətində mühüm yer tutacaq. Universitet yalnız ali təhsil müəssisəsi kimi deyil, fermerlər, aqrobiznes subyektləri və regionlarda fəaliyyət göstərən təsərrüfatlar üçün bilik və innovasiya mərkəzi kimi də öz missiyasını genişləndirəcək.

Dövlət başçısının müşavirədə səsləndirdiyi "Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın" fikri isə əslində, proqramın sosial mahiyyətini ifadə edir. Bu məqsədə nail olmağın yolu kənd yerlərində müasir iqtisadi mühit yaratmaqdan, rəqabətqabiliyyətli istehsalı inkişaf etdirməkdən və peşəkar kadr potensialını gücləndirməkdən keçir. Azərbaycan Dövlət Aqrar Universiteti də məhz bu strateji məqsədin reallaşmasına öz töhfəsini verməyə çalışır.

Əminik ki, dövlət proqramının uğurlu icrası nəticəsində Azərbaycan aqrar sektoru keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Universitetimiz isə bu prosesdə müasir biliklərə malik mütəxəssislərin hazırlanması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi innovasiyaların istehsalata tətbiqi və qlobal təcrübənin ölkəmizə gətirilməsi istiqamətində fəaliyyətini daha da gücləndirəcək. Bizim strateji məqsədimiz təkcə beynəlxalq reytinqlərdə mövqeyimizi yüksəltmək deyil. Əsas hədəfimiz Azərbaycan kənd təsərrüfatının gələcəyini formalaşdıracaq, innovativ düşüncəyə malik, müasir texnologiyaları mənimsəyən, qlobal rəqabət mühitində uğur qazana bilən yeni nəsil aqrar mütəxəssislər yetişdirməkdir.

Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf prioritetləri və 2026-2030-cu illəri əhatə edən dövlət proqramı bu məqsədlərə nail olmaq üçün etibarlı yol xəritəsidir. Azərbaycan Dövlət Aqrar Universiteti bu strateji yol xəritəsinin icrasında üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, aqrar təhsilin beynəlxalq səviyyədə inkişafına, elmin istehsalla inteqrasiyasına və ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə bundan sonra da öz töhfəsini verəcəkdir.


Zəfər QURBANOV,

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəmkirin yaşayış məntəqələrinin 98 faizi təbii qazla təmin olunur

10:14
31 İyul

Pambığı "ağ qızıl" edən günəş, su, bir də əməkdir

10:07
31 İyul

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

Azərbaycan bu gün həm də idman sahəsində öndədir

08:56
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

08:49
31 İyul

Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib

08:42
31 İyul

"Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq"

08:35
31 İyul

Praqada Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib

08:28
31 İyul

"Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır"

08:21
31 İyul

Bakıda Mərakeşin milli bayramı qeyd olunub

08:14
31 İyul

Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını şərh edib

08:07
31 İyul

Rəqəmsal dünyanın yeni qaydalarında medianın rolu necə dəyişir

08:00
31 İyul

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:49
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!