30 İyul 2026 19:50
224
CƏMİYYƏT
A- A+
“Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsi Gəncədə təşkil olunub

“Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsi Gəncədə təşkil olunub


Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində reallaşdırılan “Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsinin açılış mərasimi keçirilib.

Partiyadan AZƏRTAC-a bildirilib ki, Gəncə şəhərində müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

Gəncə İdman Sarayında təşkil olunan layihənin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov “Heydər Əliyev məktəbi” layihəsinin növbəti mərhələsinin Nizami yurdu Gəncədə keçirilməsinin böyük mənəvi və siyasi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi müasir Azərbaycan dövlətinin möhkəm təməlini təşkil edir və bu irsin öyrənilməsi gənclərin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin Azərbaycanın ən böyük milli sərvətlərindən biri olduğunu bildirib. Ulu Öndərin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu layihə iştirakçılarda Azərbaycanın müasir memarlıq simasının formalaşmasında Heydər Əliyev siyasi xəttinin rolu barədə daha dolğun təsəvvür formalaşdıracaq.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təliminin müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin və strateji uğurların əsasını təşkil etdiyini vurğulayıb.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi ölkənin bütün bölgələrinin tarazlı inkişafında, yerli idarəetmənin təkmilləşdirilməsində və sosial-iqtisadi infrastrukturun formalaşdırılmasında mühüm rol oynayıb.

YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli isə “Heydər Əliyev məktəbi” layihəsinin regionlararası əməkdaşlığın inkişafına, xüsusilə Naxçıvan və Gəncə şəhərlərinin gəncləri arasında həmrəyliyin möhkəmlənməsinə və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verdiyini deyib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsi Gəncədə təşkil olunub

19:50
30 İyul

Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

19:28
30 İyul

Dağıstan Azərbaycanla sərhəddəki nəzarət-buraxılış məntəqələrini modernləşdirir

19:26
30 İyul

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 

18:51
30 İyul

Dünya çempionatı: Azərbaycan güləşçisi təsəlliverici görüşə vəsiqə qazanıb

18:44
30 İyul

Deputat: Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türk dünyasının inteqrasiyasını sürətləndirən aparıcı aktordur  

18:35
30 İyul

Azərbaycan və İran gömrük xidmətləri tranzit daşımalarının sürətləndirilməsi ilə bağlı razılığa gəliblər

18:28
30 İyul

Professor: Dövlət dilindən düzgün istifadə milli məsuliyyət və ictimai mədəniyyət göstəricisi kimi qəbul edilməlidir

18:21
30 İyul

Qaradağ rayonunda gənclərlə görüş keçirilib

18:14
30 İyul

Ekspert: Mərkəzi Asiya respublikalarının dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycandan keçir

18:11
30 İyul

Azərbaycanda sığorta məhsullarının çeşidliliyi artırıla bilər

18:04
30 İyul

Siyasi şərhçi: Qarabağda həyata keçirilən layihələr münaqişədən zərər çəkmiş ölkələr üçün təcrübə formalaşdırır 

17:57
30 İyul

Azərbaycan xarici siyasətində Türk dövlətləri ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir

17:50
30 İyul

Aygün Attar: Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır

17:44
30 İyul

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

17:37
30 İyul

Ekspert: Orta Dəhliz qlobal qida təhlükəsizliyi və Avrasiya ticarətinin əsas logistika arteriyasına çevrilir

17:30
30 İyul

Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

17:22
30 İyul

Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 

17:15
30 İyul

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

17:07
30 İyul

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

17:00
30 İyul

Krit adasında meşə yanğınları davam edir, üç yanğınsöndürən həlak olub

16:55
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!