31 İyul 2026 09:46
267
İQTİSADİYYAT
A- A+
Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb


Bu il iyulun 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 566,791 milyon manat olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində bildirilib.

"Trend" xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 66,8 milyon manat və ya 13,3 faiz çoxdur. Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,74 faizə bərabər olub.

Bu il iyulun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 milyon manat və ya 2,9 dəfə artaraq 34,418 milyon manata bərabər olub.

Beləliklə, dövr ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 601,209 milyon manata çatıb ki, bu da illik müqayisədə 89,4 milyon manat və ya 17,5 faiz artım deməkdir.

Kredit qoyuluşlarının artımı azad edilmiş ərazilərdə davam edən genişmiqyaslı bərpa və iqtisadi canlanma prosesi fonunda baş verir. Son illər Qarabağ və Şərqi Zəngəzurda dövlət investisiyaları hesabına nəqliyyat, energetika, kommunal infrastruktur, sənaye və yaşayış məntəqələrinin bərpası istiqamətində iri layihələr həyata keçirilir ki, bu da biznes aktivliyinin və maliyyələşməyə tələbatın artmasına şərait yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir qərarla iki qardaşı bir gündə güllələyiblər

10:49
31 İyul

37-nin qanlı salnaməsi: Əhməd Triniçin faciəvi taleyi

10:42
31 İyul

Macəra dolu yolun sonunda möhtəşəm mənzərə - Qələbin şəlaləsi

10:35
31 İyul

Goranboyda sənaye müəssisələri fəaliyyətlərini genişləndirməyi hədəfləyiblər 

10:29
31 İyul

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin möhkəm dayağıdır

10:22
31 İyul

Lənkəran Dövlət Universiteti aqrar kadrların hazırlanmasına diqqəti artırır

10:22
31 İyul

Şəmkirin yaşayış məntəqələrinin 98 faizi təbii qazla təmin olunur

10:14
31 İyul

Pambığı "ağ qızıl" edən günəş, su, bir də əməkdir

10:07
31 İyul

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

Azərbaycan bu gün həm də idman sahəsində öndədir

08:56
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

08:49
31 İyul

Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib

08:42
31 İyul

"Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq"

08:35
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!