31 İyul 2026 08:42
281
SİYASƏT
A- A+
Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib

Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib


Şərqlə Qərbin, Şimalla Cənubun strateji qovşağında yerləşən Azərbaycan Avrasiya məkanında həlledici logistika mərkəzi və etibarlı tərəfdaş mövqeyini gündən-günə möhkəmləndirir. Coğrafi üstünlüklərini uzaqgörən siyasətlə birləşdirən dövlətimiz bu istiqamətdə real iqtisadi və siyasi dividendlər qazanıb. Həyata keçirilən məqsədyönlü siyasət ölkəmizi qlobal təchizat, rəqəmsal bağlantı və enerji təhlükəsizliyinin həlledici mərkəzinə çevirib. Kənar maliyyə asılılığı olmadan, öz daxili resursları hesabına nəqliyyat və logistika imkanlarını genişləndirən Azərbaycan Avrasiya coğrafiyasının əvəzolunmaz aktoru sayılır.

Birmənalı vurğulamaq lazımdır ki, bu strateji baxışın əməli müstəvidə uğur qazanması siyasi iradənin və düzgün qurulmuş diplomatiyanın nəticəsidir. Çünki səmərəli nəqliyyat sisteminin formalaşması üçün yalnız fiziki infrastruktur kifayət etmir, eyni zamanda regional sabitlik və qarşılıqlı etimada əsaslanan qonşuluq münasibətləri də vacib şərtlərdəndir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, yenilənən magistral yollar və müasir gəmiqayırma imkanları ölkəmizin logistik xəritəsini köklü şəkildə dəyişib. Türkiyə, Gürcüstan və Mərkəzi Asiya dövlətləri ilə qurulan sıx tərəfdaşlıq gömrük və tarif siyasətinin uyğunlaşdırılmasına, yükdaşımaların sürətlənməsinə zəmin yaradıb. 

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın tranzit mərkəzinə çevrilməsində fiziki infrastrukturun və sağlam qonşuluq siyasətinin vacibliyini xüsusilə vurğulayıb: "Biz bəlkə də 10 ildən artıqdır çalışdıq ki, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq. İkincisi, qonşularla qarşılıqlı əlaqələr olmadan siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq". 

Coğrafi mövqe təkbaşına üstünlük yaratmır. Azərbaycan son 10 ildə böyük investisiyalar yatıraraq limanlar, dəmir yolları və magistrallar inşa etməklə bu potensialı real infrastruktura çevirib. Tranzit daşımalar zəncirvari prosesdir. Qonşularla qarşılıqlı etimad, səmərəli əməkdaşlıq olmasa, ən müasir infrastruktur belə heç nəyə yaramır. 

Son illərdə dünyada cərəyan edən gərgin proseslər alternativ dəhlizlərə olan ehtiyacı kəskin şəkildə artırıb. Məhz bu fonda Orta dəhlizin və "Şimal-Cənub" marşrutlarının kəsişməsində yerləşən Azərbaycanın bağlantı strategiyasının nə qədər əhəmiyyətli olduğu aydın görünür. Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən Orta dəhlizin cəlbediciliyinin artması yük axınını  dəfələrlə artırıb. Azərbaycan bu artımı qarşılamaq üçün öz daxili resursları hesabına nəqliyyat imkanlarını genişləndirməkdə davam edir. Çünki artan tələbat çərçivəsində mövcud infrastrukturların ötürücülük qabiliyyətinin daha da yüksəldilməsi zərurətə çevrilib. 

Dövlətimizin başçısı Şuşa Qlobal Media Forumunda bu məsələyə də toxunub: "Biz gözləmirdik ki, coğrafiyamız son vaxtlar bu qədər lazımlı olacaq. Şərq və Qərbdəki qonşularla - istər Mərkəzi Asiya ölkələri, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın qonşularımızla qarşılıqlı fəaliyyət çox yaxşıdır. Əlbəttə, bütün bunları bir araya gətirmək üçün bizə dəhlizi səmərəli edə biləcək bir çox addımları atmaq vacib idi". 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması, həmçinin yerli gəmiqayırma zavodunda yeni gəmilərin inşasının sürətləndirilməsi istiqamətində addımlar atılır. Dəniz limanlarının tutumunun artırılması, gəmiqayırma zavodunda yeni gəmilərin inşası, dəmir yolu və avtomobil xətlərinin müasirləşdirilməsi Azərbaycanın qlobal logistika şəbəkəsindəki yerini daha da gücləndirir. Bu layihələr milli iqtisadiyyatın şaxələnməsi ilə paralel, regional inteqrasiyanın və ticarət dövriyyəsinin genişlənməsinə də xidmət edir. İnfrastrukturun bu cür məqsədyönlü genişləndirilməsi Azərbaycanın gələcəkdə daha da artacaq beynəlxalq daşıma tələbatını qarşılamağa tam hazır olduğunu və qlobal təchizat zəncirində əvəzolunmaz halqaya çevrildiyini nümayiş etdirir.

Nəticə etibarilə Azərbaycanın reallaşdırdığı hərtərəfli bağlantı siyasəti, coğrafi mövqeyin müasir infrastruktur, çevik diplomatiya və etibarlı tərəfdaşlıqla tamamlanması Bakını Avrasiyanın önəmli siyasi və iqtisadi güc mərkəzlərindən birinə çevirib. Bu mütərəqqi strategiya ölkəmizin uzunmüddətli milli təhlükəsizliyinin, iqtisadi dayanıqlılığının və beynəlxalq nüfuzunun etibarlı zəmanətidir.


İ.QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəmkirin yaşayış məntəqələrinin 98 faizi təbii qazla təmin olunur

10:14
31 İyul

Pambığı "ağ qızıl" edən günəş, su, bir də əməkdir

10:07
31 İyul

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

Azərbaycan bu gün həm də idman sahəsində öndədir

08:56
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

08:49
31 İyul

Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib

08:42
31 İyul

"Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq"

08:35
31 İyul

Praqada Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib

08:28
31 İyul

"Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır"

08:21
31 İyul

Bakıda Mərakeşin milli bayramı qeyd olunub

08:14
31 İyul

Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını şərh edib

08:07
31 İyul

Rəqəmsal dünyanın yeni qaydalarında medianın rolu necə dəyişir

08:00
31 İyul

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:49
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!