31 İyul 2026 10:14
202
İQTİSADİYYAT
A- A+
Şəmkirin yaşayış məntəqələrinin 98 faizi təbii qazla təmin olunur

Şəmkirin yaşayış məntəqələrinin 98 faizi təbii qazla təmin olunur


Şəmkirdə qaz təsərrüfatının müasir standartlara uyğun yenilənməsi istiqamətində ardıcıl və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Rayon icra hakimiyyəti ilə aidiyyəti dövlət qurumları arasında yaradılan səmərəli əməkdaşlıq nəticəsində qaz təchizatının etibarlılığı artırılır, mövcud şəbəkələr yenilənir, yeni yaşayış məntəqələrinin qazlaşdırılması təmin olunur.

2021-2025-ci illər ərzində icra olunan layihələr çərçivəsində qaz təsərrüfatının texniki cəhətdən müasirləşdirilməsi ilə yanaşı, əhalinin təhlükəsiz və dayanıqlı qaz təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Bu dövrdə Aşağı Seyfəli kəndində 300 fərdi yaşayış evindən ibarət yeni salınmış yaşayış massivi qazlaşdırılmışdır.

 "Şəhərsalma və Memarlıq İli" çərçivəsində də rayonda qaz infrastrukturunun inkişafı istiqamətində işlər xeyli genişləndirilib. Hazırda Tatarlı kəndində 220 fərdi yaşayış evinin yerləşdiyi yeni salınmış yaşayış massivinə təbii qaz xətti çəkilir.  Varlı Həyat, Qaraqoyunlu və Atabəy kəndlərində isə yeni qaz xətlərinin çəkilişi və tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda həmin yaşayış məntəqələri üzrə sənədləşmə prosesi aparılır. Proses yekunlaşdıqdan sonra kəndlər təbii qazla təmin ediləcək. Bununla da Şəmkir rayonunda yalnız 5 dağ kəndi qazlaşmamış qalacaq. Bu da rayon əhalisinin təxminən 98 faizinin təbii qazla təmin olunması deməkdir.

Qaz təchizatının təhlükəsiz və dayanıqlı təşkili məqsədilə yenidənqurma işləri də davam edir - yeni qaz tənzimləyiciləri quraşdırılır, diametri 108 və 89 millimetrlik qaz xətləri dayaqlar üzərinə qaldırılır və s. Bunlardan əlavə, Şəmkir şəhərinin 2 küçəsində, Sərxan yaşayış massivində, Dəllər qəsəbəsində, Mahmudlu, Xuluf və Könüllü kəndlərində köhnə qaz xətləri müasir standartlara cavab verən D57 millimetrlik borularla əvəz olunub. Korroziyaya uğramış 1000 metrlik qaz xətti yenilənib, 8 kilometrə yaxın qaz şəbəkəsində əsaslı bərpa işləri aparılıb. Təkcə 2025-ci il ərzində Şəmkir şəhəri, Kür qəsəbəsi və Qasımalılar kəndində ümumilikdə 2500 paqonmetr uzunluğunda yeni qaz xətləri çəkilib, müasir tipli 8  Qaz Tənzimləyici Məntəqə (ŞQTM) quraşdırılıb, qaz sızmaları operativ qaydada aradan qaldırılıb, 7503 abonentin qaz sayğacı yenisi ilə əvəzlənib. Görülən tədbirlər qazın sabit təzyiqlə ötürülməsini təmin etməklə yanaşı, pik saatlarda yarana biləcək təchizat problemlərinin qarşısının alınmasına imkan yaradıb.

Həyata keçirilən layihələr yalnız qaz təsərrüfatının texniki cəhətdən yenilənməsi ilə məhdudlaşmamış, yaşayış məntəqələrində təhlükəsizliyin artırılmasına, şəhərsalma prinsiplərinin tətbiqinə və əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət etmişdir.                                                                     

                                                             

Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir qərarla iki qardaşı bir gündə güllələyiblər

10:49
31 İyul

37-nin qanlı salnaməsi: Əhməd Triniçin faciəvi taleyi

10:42
31 İyul

Macəra dolu yolun sonunda möhtəşəm mənzərə - Qələbin şəlaləsi

10:35
31 İyul

Goranboyda sənaye müəssisələri fəaliyyətlərini genişləndirməyi hədəfləyiblər 

10:29
31 İyul

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin möhkəm dayağıdır

10:22
31 İyul

Lənkəran Dövlət Universiteti aqrar kadrların hazırlanmasına diqqəti artırır

10:22
31 İyul

Şəmkirin yaşayış məntəqələrinin 98 faizi təbii qazla təmin olunur

10:14
31 İyul

Pambığı "ağ qızıl" edən günəş, su, bir də əməkdir

10:07
31 İyul

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

Azərbaycan bu gün həm də idman sahəsində öndədir

08:56
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

08:49
31 İyul

Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib

08:42
31 İyul

"Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq"

08:35
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!