31 İyul 2026 08:28
318
Mədəniyyət
A- A+
Praqada Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib

Praqada Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib


Çexiya Respublikasının paytaxtı Praqanın Köhnə Şəhər meydanında Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi çərçivəsində Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, Azərbaycan Diasporunun Şərqi Avropa üzrə Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, "Land of Fire" cəmiyyətinin təsisçisi Fərid Əmirəliyevin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Qərbi Azərbaycan və Qarabağın zəngin tarixi-mədəni irsini, habelə bu ərazilərdə Azərbaycan xalqına məxsus memarlıq və mədəniyyət abidələrinin dağıdılması və məhv edilməsini əks etdirən 17 iriölçülü çap olunmuş fotoşəkil nümayiş etdirilib. Sərgidə təqdim olunan materiallar tarixi faktlara, arxiv sənədlərinə və etibarlı mənbələrə əsaslanaraq hazırlanıb. Aksiyanın əsas məqsədi Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsini beynəlxalq ictimaiyyətə tanıtmaq, Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi-mədəni irsin qorunmasının əhəmiyyətini diqqətə çatdırmaq, tarixi həqiqətləri obyektiv şəkildə təqdim etmək, eləcə də mədəni irsin qorunması sahəsində beynəlxalq ictimaiyyətin həssaslığını artırmaq olub.

Tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyev, səfirliyin əməkdaşları, Çexiyanın SPD Partiyasının üzvləri Dr. Ing. Milan Urban və Sergey Zuyev, eləcə də Çexiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Aksiyada 20-dən artıq diaspor fəalı ziyarətçilərin məlumatlandırılmasında iştirak edib. Gün ərzində Praqanın mərkəzini ziyarət edən minlərlə yerli sakin və turist sərgi ilə tanış olub, onlara nümayiş etdirilən fotoşəkillər və tarixi faktlar barədə ətraflı məlumat verilib, məlumatlandırıcı materiallar təqdim olunub.

Tədbirdə iştirak edən SPD Partiyasının üzvləri Dr. Ing. Milan Urban və Sergey Zuyev sərgi ilə yaxından tanış olduqlarını bildirərək, tarixi faktlara əsaslanan materialların ictimaiyyətə təqdim edilməsini yüksək qiymətləndiriblər. Onlar bu cür maarifləndirici tədbirlərin tarixi yaddaşın qorunmasına, mədəni irsin təbliğinə və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Praqanın ən çox ziyarət olunan məkanlarından biri olan Köhnə Şəhər meydanında keçirilən aksiya yerli ictimaiyyət və şəhər qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Gün ərzində minlərlə insan sərgini ziyarət edərək nümayiş etdirilən tarixi faktlar və fotoşəkillərlə tanış olub.

Aksiya "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Azərbaycanın tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, milli-mədəni dəyərlərin təbliği və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən mühüm diaspor təşəbbüslərindən biri kimi qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəmkirin yaşayış məntəqələrinin 98 faizi təbii qazla təmin olunur

10:14
31 İyul

Pambığı "ağ qızıl" edən günəş, su, bir də əməkdir

10:07
31 İyul

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

Azərbaycan bu gün həm də idman sahəsində öndədir

08:56
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

08:49
31 İyul

Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib

08:42
31 İyul

"Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq"

08:35
31 İyul

Praqada Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib

08:28
31 İyul

"Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır"

08:21
31 İyul

Bakıda Mərakeşin milli bayramı qeyd olunub

08:14
31 İyul

Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını şərh edib

08:07
31 İyul

Rəqəmsal dünyanın yeni qaydalarında medianın rolu necə dəyişir

08:00
31 İyul

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:49
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!