31 İyul 2026 09:31
202
İQTİSADİYYAT
A- A+
Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir


Azərbaycanın Çinlə iqtisadi və ticarət əlaqələri son illər xeyli şaxələnib. Xüsusilə Prezident İlham Əliyevin keçən ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması ilə iqtisadi əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub. 

Sıx əməkdaşlığın həyata keçirildiyi sahələrdən biri də kənd təsərrüfatıdır. Sözügedən Birgə Bəyanatın bəndlərinin birində yazılıb ki, tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər.

Azərbaycanın və Çinin kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən qurumlarının yaratdıqları əlaqələr, keçirilən görüşlər və birgə tədbirlər nəticə etibarilə qarşıya qoyulan məsələlərin yüksək səviyyədə həllinə xidmət edir.

Yeri gəlmişkən qeyd edək ki, elə bu yaxınlarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli Çin Xalq Respublikasının Çanşa şəhərində keçirilən "İnkişaf etməkdə olan ölkələr üçün kənd təsərrüfatı məhsullarının keyfiyyəti və təhlükəsizliyinin idarə edilməsi" mövzusunda beynəlxalq seminarda iştirak edib.

Seminarın açılış mərasimində iştirakçı ölkələrin nümayəndələri arasında keçirilən seçim nəticəsində R.Nəcəfli iştirakçı ölkələrin nümayəndə heyətlərinin lideri seçilib. O, açılış mərasimində iştirakçı ölkələr adından çıxış edərək Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini, bu kimi beynəlxalq təlim proqramlarının bilik və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsinə, peşəkar əməkdaşlığın möhkəmləndirilməsinə və davamlı inkişaf məqsədlərinə mühüm töhfə verdiyini vurğulayıb. Eləcə də kənd təsərrüfatı məhsullarının keyfiyyəti və qida təhlükəsizliyinin iqtisadi inkişafın, ictimai sağlamlığın və milli ərzaq təhlükəsizliyinin əsas istiqamətlərindən biri olduğunu nəzərə çatdırıb.

Bu seminar kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət, qida təhlükəsizliyi sistemləri, beynəlxalq standartlar, sertifikatlaşdırma mexanizmləri, rəqəmsal həllər və innovativ idarəetmə təcrübələri üzrə bilik və təcrübə mübadiləsinin aparılması, həmçinin inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyıb. Proqram çərçivəsində iştirakçılar kənd təsərrüfatı məhsullarının keyfiyyətinin idarə olunması, laboratoriya və inspeksiya sistemləri, məhsulların izlənilməsi (traceability), risklərin qiymətləndirilməsi, rəqəmsal monitorinq alətləri və qida təhlükəsizliyi sahəsində Çin Xalq Respublikasının qabaqcıl təcrübəsi ilə tanış olublar.

Yaxud Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Çin Xalq Respublikasının səfiri Lu Mey ilə ötən ilin sentyabında keçirilən görüşünü yada salaq. Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verilən bu görüşdə nazir bildirmişdir ki, Azərbaycanla Çin arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan Çin ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.

 Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması barədə fikir mübadiləsi aparılmışdır. Eləcə də kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, aqrar tədqiqat və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

 Səfir Lu Mey Çinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafına maraq göstərdiyini vurğulamışdır. O, kənd təsərrüfatı, innovasiya və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd etmişdir.

 Potensial həqiqətən böyükdür. Ölkələrimiz kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində hüquqi-normativ sənədlərin imzalanması, birgə işçi qruplarının yaradılması, ixrac imkanlarının genişləndirilməsi və fitosanitar nəzarət sahəsində təcrübə mübadiləsi vasitəsilə fəal əməkdaşlıq edirlər. 

Azərbaycan məhsullarının Çin bazarına çıxışı üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Çinin müvafiq qurumları arasında mühüm protokollar imzalanıb. Fındıq və badam, həmçinin quş əti, su məhsulları və vəhşi su bioloji ehtiyatlarının Çinə ixracı üçün karantin və təhlükəsizlik tələbləri razılaşdırılıb. Gilas, alma, xurma, nar və digər kənd təsərrüfatı bitkilərinin ixrac coğrafiyasının genişləndirilməsi müzakirə olunur. 

Onu da qeyd edək ki, ölkəmiz Çinə neft və kimya məhsulları ilə yanaşı, pambıq, həmçinin fındıq, şərab və digər spirtli-spirtsiz içkilər ixrac edir. 

Hazırda Çində ölkəmizə məxsus 6 ticarət evi fəaliyyət göstərir. Ümumilikdə isə orada ticarət və şərab evləri, həmçinin ticarət bölmələri ilə birlikdə 10-dan çox nümayəndəliyimiz var. Ticarət evləri Pekin, Şanxay, Tsindao (Qingdao), Çendu, Çjantszyatsze (Canciaciye) və Nankin şəhərlərində yerləşir. Ciansu əyalətinin Nankin şəhərindəki Ticarət evi 2024-cü ilin may ayında açılıb. Ticarət bölmələri Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində, Şərab evləri Urumçi və Şanxayda fəaliyyət göstərir.

Bu layihələr yerli "Made in Azerbaijan" brendinin Çin bazarında tanıdılmasına və məhsullarımızın ixracı imkanlarının genişləndirilməsinə xidmət edir. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pambığı "ağ qızıl" edən günəş, su, bir də əməkdir

10:07
31 İyul

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

Azərbaycan bu gün həm də idman sahəsində öndədir

08:56
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

08:49
31 İyul

Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib

08:42
31 İyul

"Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq"

08:35
31 İyul

Praqada Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib

08:28
31 İyul

"Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır"

08:21
31 İyul

Bakıda Mərakeşin milli bayramı qeyd olunub

08:14
31 İyul

Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını şərh edib

08:07
31 İyul

Rəqəmsal dünyanın yeni qaydalarında medianın rolu necə dəyişir

08:00
31 İyul

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:49
31 İyul

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 442-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:48
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!