31 İyul 2026 08:35
294
SİYASƏT
A- A+
"Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq"

"Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq"


"Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən dünyanın müxtəlif ölkələrində həyata keçirilən İnkişaf Elçiləri Proqramının ilkin mərhələsinə Azərbaycandan start verilib. Türkiyədə və dünyanın müxtəlif ölkələrində ali təhsil alan gənclərimizin ilk dayanacağı təsadüfi olaraq Azərbaycan seçilməyib. Bunun əsasında tarixi və mənəvi bağlarımız dayanır. 1918-ci ildə Qafqaz İslam Ordusunun Nuru paşanın komandanlığı altında Azərbaycanı işğaldan azad etməsi qardaşlığımızın ən parlaq nümunələrindən biridir".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı koordinatoru Mahmut Ağırman söyləyib. 

"Layihə iştirakçıları Azərbaycanda TİKA tərəfindən müxtəlif rayonlarda həyata keçirilən fəaliyyətlərlə yerində tanış oldular. Dializ mərkəzlərinə baş çəkdilər, universitet xəstəxanalarında həyata keçirilən layihələrlə tanış oldular, Türkiyədən olan akademik heyətlə azərbaycanlı həkimlərin birgə əməkdaşlığı barədə məlumatlar aldılar. Kənd təsərrüfatı sahəsində TİKA tərəfindən həyata keçirilən layihələr də iştirakçılar tərəfindən yerində öyrənildi. Xüsusilə arıçılıq layihələri, arı ailələrinin və pətəklərin paylanılması, arıçılıq mərkəzlərinin fəaliyyəti, həmçinin istixana təsərrüfatı, ağacəkmə və tingçilik layihələri gənclər tərəfindən əyani şəkildə izlənildi", - deyə o vurğulayıb.

Mahmut Ağırman Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu da ifadə edib: "Mən əvvəllər də Azərbaycanda olmuşam, lakin ölkənin hər gün inkişaf etdiyini və böyüdüyünü görmək qürurvericidir. Azərbaycanın Türkiyəyə enerji, təbii qaz və digər sahələrdə verdiyi töhfələr, eləcə də qarşılıqlı bilik və təcrübə mübadiləsi davam edir. Biz "Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəmkirin yaşayış məntəqələrinin 98 faizi təbii qazla təmin olunur

10:14
31 İyul

Pambığı "ağ qızıl" edən günəş, su, bir də əməkdir

10:07
31 İyul

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

Azərbaycan bu gün həm də idman sahəsində öndədir

08:56
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

08:49
31 İyul

Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib

08:42
31 İyul

"Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq"

08:35
31 İyul

Praqada Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib

08:28
31 İyul

"Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır"

08:21
31 İyul

Bakıda Mərakeşin milli bayramı qeyd olunub

08:14
31 İyul

Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını şərh edib

08:07
31 İyul

Rəqəmsal dünyanın yeni qaydalarında medianın rolu necə dəyişir

08:00
31 İyul

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:49
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!