23 Dekabr 2025 08:55
165
Mədəniyyət
A- A+
Dərdlərini sənəti ilə ovudurdu

Dərdlərini sənəti ilə ovudurdu


O, səhnəyə əvvəlcə gözəl səsi ilə gəlib. Nuriyyə Əhmədova müğənni olmaq arzusu ilə böyüyüb. Ailədə ona qədər bu sənəti seçən olmayıb. 1950-ci il dekabrın 26-da Bakıda dünyaya gələn Nuriyyə Əhmədovanın atası hərbçi, anası evdar qadın idi. Ancaq atasının olduqca məlahətli səsi vardı. Nuriyyə Əhmədova da atasına çəkib.


Səhnəyə aparan yol


Orta məktəbi bitirib arzularını reallaşdırmaq ümidi ilə sənədlərini Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) verib. Həmin il tələbə adını qazana bilməsə də, çox keçməyib ki, xoş, məlahətli səsinin sayəsində incəsənət aləminin qapıları üzünə açılıb…

1968-ci il idi. Bir gün bağ qonşuları Tofiq Bakıxanov ona deyir: "Səsin var, gəl səni Musiqili Komediya Teatrında işə götürək". Həyəcanla deyilən ünvana üz tutur. Ona sınaq üçün verilən kiçik rolu da həyəcanla ifa edir. Bəyənilir. Nuriyyə Əhmədova teatra qəbul olunur.

Artıq işə başlasa da, olanlara inana bilmirdi… Elə bil həyatında möcüzə baş vermişdi. Hər gün Musiqili Komediya Teatrına işə getmək, tanınmış sənətkarları görmək gənc qızı çox sevindirirdi. Bir gün isə ona aktrisa kimi də səhnəyə çıxmaq nəsib olur. Nuriyyə Əhmədova Musiqili Komediya Teatrında "Məmmədəli kurorta gedir", "Toy kimindir" və başqa tamaşalarda oynayır...

Nəhayət, ali təhsil almaq arzusuna da çatır. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsinə qəbul edilir. Görkəmli sənətkar Adil İsgəndərovun kursunda təhsil almağa başlayır.

Nuriyyə Əhmədova həm oxuyub, həm də teatrda işləyib. Sevmək, ailə qurmaq arzularını özündən uzaq tutub. Bu gənc, bir az oğlansayağı qızdan teatrda çoxları çəkinib. Amma ürəklənib eşq elan edənlər də az olmayıb. Nuriyyə Əhmədova özü də fərqinə varmadan Xanlar İbadovu seçib. Bəlkə ona görə ki, bənzərlikləri çox olub. İkisi də Bakı kəndlərində doğulub-böyümüşdü. Musiqili Komediya Teatrı hər ikisinin ilk iş yeri idi. Xanlar İbadov Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib gələndə Nuriyyə Əhmədova artıq Musiqili Komediya Teatrında çalışırdı.

Xanlar İbadov vokalist idi. O, iki ay sonra Musiqili Komediya Teatrını tərk edib Azərbaycan Dövlət Filarmoniyasında işləməyə gedib. Amma teatrda görüb sevdiyi Nuriyyə Əhmədovanı unutmayıb. 1970-ci ilin dekabrında, soyuq, qarlı, qaranlıq bir qış gecəsində tale onları yenidən qarşılaşdırıb. Tamaşadan çıxıb evə tələsən Nuriyyə xanımı Xanlar İbadov evə yola salıb. Bundan sonra tez-tez görüşməyə başlayıblar. İki il sonra Xanlar İbadovun elçiləri Nuriyyə xanımgilin qapısını döyüblər. Gənclər nişanlanıblar. 1974-cü ildə Nuriyyə Əhmədova institutu bitirib. 1975-ci ildə toyları olub. 1976-cı ildə qızları İlahə, bir il sonra isə oğlanları Əli dünyaya gəlib. 


Taleyin sınaqları ilə üz-üzə...


Çətinliklər çox olsa da, xoşbəxt idilər. Ancaq səadətlərinin üzərinə sanki birdən-birə qara kölgə düşüb. Xoşbəxtlik onları tərk edib. Xanlar İbadov iki dəfə qarın nahiyəsindən əməliyyat olunub, yeddi il oxumayıb. Həkimlər icazə verməyiblər. Nuriyyə Əhmədova işləyib. Öz evləri olmayıb. Ailə qurduqları gündən Xanlar İbadovun analığının evində yaşayıblar.

Nuriyyə Əhmədova Musiqili Komediya Teatrında, sonra bir müddət Tədris Teatrında çalışıb. Televiziyada əyləncəli verilişlərdə, səhnəciklərdə çıxış edib. Aktrisa 1982-ci ildə "Mozalan" kinojurnalında süjetlərə çəkilib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasının aparıcı aktrisası kimi işə götürülüb. Kinostudiyanın tərkibindəki teatra da qəbul edilib. Leyla Bədirbəylinin bədii rəhbəri olduğu həmin teatrda Nuriyyə Əhmədova "Qanlı toy" və "Laçın yuvası" tamaşalarında rollar oynayıb.

Artıq filmlərdə çəkilir, dublyajlarda iştirak edirdi. Tanınır, sevilirdi. Rejissorlar onu yeni filmlərə dəvət edirdilər. Daha çox utancaq qadın rollarını ifa edən aktrisaya Şahmar Ələkbərovun rejissoru olduğu "Sahilsiz gecə" filmində Azərbaycan qadınını da yoldan çıxaran Roza adlı əxlaqsız erməni qadını rolunda çəkilmək təklif olunanda təəccüblənib. Nuriyyə Əhmədova çox düşünüb. Dönə-dönə ssenarini oxuyub. Əsər müharibənin gətirdiyi bəlalardan, Roza kimi əxlaqsızların belə bir şəraitdə fəallaşmasından bəhs edirdi. Aktrisa qərara gəlib ki, filmdə çəkilsin.

"Sahilsiz gecə" birmənalı qarşılanmayıb. Film böyük müzakirələrə, mübahisələrə səbəb olub. Nuriyyə Əhmədova bu barədə deyib: "Ağır vaxtlar idi. Moskva da milləti qıcıqlandırmaq üçün bilərəkdən o kinonu efirdə tez-tez nümayiş etdirirdi. Azərbaycanda "Sahilsiz gecə"yə görə bizi tənqid, hətta təhqir edirdilər. Şahmar bizə görə çox narahat idi. Bir dəfə mənə zəng edib dedi ki, evdən çıxmamısansa, kinostudiyaya gəlmə. Qaçqınlar kinostudiyanın qabağına yığışmışdılar. Ancaq getdim. Axşam evə qayıdanda bir nəfər yaxınlaşıb mənə şillə vurdu, ağzım, burnum qanadı".

Bu ekran əsəri aktrisaya narahatlıq gətirib. Amma Nuriyyə Əhmədova oynadığı heç bir rola görə peşman olmadığını söyləyib. Çünki onun səhnədə və filmdə canlandırdığı obrazların heç biri real həyatdan uzaq olmayıb. Həmin rolların tamaşaçılar tərəfindən böyük diqqət və maraqla qarşılanmasının səbəbi də bu idi.

Azərbaycan kino sənətinin ən istedadlı aktrisalarından biri olan Nuriyyə Əhmədova "Həm ziyarət, həm ticarət", "Bəxt üzüyü", "Sahilsiz gecə", "Bağ mövsümü", "Bəyin oğurlanması", "Evlənmək istəyirəm", "Fransız", "Hər şey yaxşılığa doğru", "Kişi sözü", "Yuxu", "Zirzəmi", "Yoxlama" və başqa filmlərdə fərqli xarakterli rollar yaradıb.


"Həyatdan doymuşam" desə də…


Elə bilirdi ki, həyatının ən çətin günlərini yaşayır. Ağlına da gəlmirdi ki, gün gələcək həmin məişət qayğıları və problemlərlə dolu günlərini belə həsrətlə anacaq. Çünki o vaxtlar övladları ilə üzü gülürdü. Bir gün qızı İlahə anasına tələbə bir oğlana aşiq olduğunu söylədi. Oğlan tələbə idi. Qız da oxuyurdu. Onların ailə qurmasına əvvəlcə etiraz etdilər. Oğlan əl çəkmədi. Gənclərə xeyir-dua verməli oldular.

1996-cı ildə nəvəsi Faiq dünyaya gəldi. İlahə uşağın qırxı tamam olanadək anasıgildə qalmalı idi. Körpə iyirmi günlük olanda həyat yoldaşı İlahəni qətlə yetirdi. Hadisə Nuriyyə Əhmədovanın gözləri qarşısında baş verdi. İyirmi yaşlı qızı onun qucağında can verdi.

Məhkəmə prosesində məlum oldu ki, oğlan əvvəldən psixi xəstə imiş. Anası onu müalicə etdirirmiş. O vəfat edəndən sonra nəzarətsiz qalıb. Atası müalicəni davam etdirməyib. Psixi vəziyyəti getdikcə ağırlaşan həyat yoldaşı İlahəni öz övladına qısqanıb, onu qətlə yetirib. Yenə cinayətlər törətməsin deyə həbs edilib.

Dünyanın ən ağır dərdi ilə üz-üzə qaldı Nuriyyə Əhmədova. Övladını itirmişdi... 

İlahənin qətlindən sonra Nuriyyə Əhmədova üç gün danışmadı. Sarsılmışdı. Səsi batmışdı. Bir gün İlahənin yadigarını xatırladı. Gedib uşağı ata tərəfdən alıb gətirdi. Sənədlərini düzəltdilər. 

O ağır günlərində tutunacaq, başını qatacaq bir şey olmalı idi. Dar günlərində illərini verdiyi sənət harayına çatdı. Həmin vaxt rejissor Vaqif Mustafayevin "Yerlə göy arasında" filminə çəkilirdi. Rejissor dedi ki, filmə çəkilsin, başı sənətinə qarışsın, yoxsa yaşaya bilməz. Vaqif Mustafayev haqlı çıxdı. Nuriyyə Əhmədova sonralar özü də deyirdi ki, o vaxtlar kinoya çəkilməsəydi, bəlkə də heç uşaq da onu yaşada bilməzdi.

Nuriyyə Əhmədova 2007-ci ildə Xalq artisti fəxri adına layiq görüldü. 2004-cü ildən Prezident təqaüdçüsü idi. Yenə kirayə evlərdə yaşayırdı. "Xalq artistlərinin hamısına ev verilib, mən kirayələrdə qalmışam", - deyə gileylənirdi. Artıq yeganə oğlu ailə qurmuşdu. Nuriyyə Əhmədova nəvəsi Faiqlə birlikdə yaşayırdı. Həyat yoldaşı qohumlarıgildə qalırdı. Onların ayrıldıqları barədə söz-söhbətlər dolaşırdı.

Otuz yeddi yaşlı oğlu Əlini də 2014-cü ildə uzun sürən xərçəng xəstəliyi ondan aldı. Nuriyyə Əhmədova övladlarının cavan yaşlarında dünyadan köçməsində özünü günahkar bilirdi. Anasının xeyir-duasını almadan bu sənəti seçmişdi. Aktrisa olduğuna görə anası onu son nəfəsinə qədər bağışlamamışdı. Nuriyyə xanım deyirdi: "Məni anamın qarğışı tutdu. Bu sənətin xeyrini görmədim. Qonorarım yaxşı olurdu, ancaq haradan gəlib hara gedirdi, bilmirdim. Balalarımı zülümlə saxladım, onların da xeyrini görmədim".

"Həyatdan doymuşam" desə də, yaşamağa özündə güc tapmağa çalışırdı. Çünki onu bu dünyaya bağlayan nəvəsi var idi. Faiqi beləcə taleyin ümidinə buraxıb getmək onun üçün ayrı bir dərd idi. Ancaq sanki uğur onu birdəfəlik tərk etmişdi. 2014-cü ilin 4 aprelində sərnişin avtobusundan düşərkən yıxıldı. Ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildi. Yataq xəstəsi oldu.

2015-ci ilin 10 oktyabrında 65 yaşlı aktrisa kəskin ürək tutmasından xəstəxanada dünyasını dəyişdi. Kirayə qaldığı evdən son mənzilə yola salındı. Mərdəkanda oğlunun yanında dəfn edildi.

O, həyatın hər üzünü tanıdı. Ən yaxın adamlarının etibarsızlığını da, sonunadək vəfalı qalan dostlarının qayğısını da gördü. Bir də sevdiyi, ürəyini, ömrünün az qala yarısını verdiyi sənəti ona heç vaxt dönük çıxmadı. Həyatda olduğu kimi, ölümündən sonra da Nuriyyə Əhmədovanın adını yaşadan da məhz o oldu.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən  

15:37
23 Dekabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerdən  

14:58
23 Dekabr

Baş Prokurorluq Mingəçevirdə regional konfrans keçirib  

14:55
23 Dekabr

Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub FOTOLAR YENİLƏNİB

13:58
23 Dekabr

Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiq edilib  

13:53
23 Dekabr

Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması qaydasında dəyişiklik edilib  

13:47
23 Dekabr

İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlər təqdim olunub - YENİLƏNİB  

13:42
23 Dekabr

Naxçıvanda Dövlət qurumlarının İT rəhbərlərinin VII Zirvə toplantısı keçirilib - YENİLƏNİB  

13:41
23 Dekabr

Sabah bəzi yerlərdə yağış yağacaq  

13:19
23 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

13:18
23 Dekabr

İKTA internet provayderlərinin internet sürət göstəricilərini dərc edib  

13:17
23 Dekabr

Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlanıb  

13:16
23 Dekabr

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna dəyişiklik edilib  

13:15
23 Dekabr

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlıq münasibətləri 2025-ci ildə daha da möhkəmlənib  

13:14
23 Dekabr

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər üçünü oxunuşda təsdiqlənib  

13:13
23 Dekabr

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirovdan  

13:08
23 Dekabr

Rusiya Federasiyasının senatoru İlyas Umaxanovdan  

13:05
23 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

13:02
23 Dekabr

BDYPİ: Piyada keçidlərində diqqətsizlik ağır nəticələrə yol açır

13:01
23 Dekabr

Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza rejimini ləğv edir  

12:53
23 Dekabr

Nazir müavini: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi əsas prioritetlərimizdəndir  

12:44
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!