10 İyun 2026 18:46
142
Təhsil
A- A+
ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub


Azərbaycan İdman Akademiyasında (ASA) Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ASA-dan AZƏRTAC-a verilən məlumata görə, qonaqlar MediaLab və İdman Tibbi Tədqiqatları Laboratoriyasının fəaliyyəti ilə tanış olub. Nümayəndə heyətinə Akademiyada yaradılmış müasir tədris və elmi-tədqiqat infrastrukturu haqqında ətraflı məlumat verilib.

Görüşdə rektor Fuad Hacıyev ASA-nın tarixi, elmi-tədris mühiti və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə danışaraq bildirib ki, Akademiya ABŞ-nin aparıcı ali təhsil müəssisələri ilə akademik əlaqələrin genişləndirilməsində və uzunmüddətli tərəfdaşlıqların qurulmasında maraqlıdır.

Emi Karlon isə elm və təhsil sahəsində əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşmanın və yaxın münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

ASA ilə ABŞ-nin nüfuzlu ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, eləcə də birgə layihə və tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin beynəlxalq layihələrin birgə icrası istiqamətində öz fikirlərini bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub 

22:51
10 İyun

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir

22:43
10 İyun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb 

22:09
10 İyun

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır 

22:02
10 İyun

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib  

21:38
10 İyun

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib  

21:17
10 İyun

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

20:22
10 İyun

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır  

19:37
10 İyun

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir  

19:28
10 İyun

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

Aİ-nin yeni giriş-çıxış sistemi Brüssel Hava Limanında sıxlığa səbəb olub  

19:09
10 İyun

Avropada narkotikdən ölənlərin sayı artır

18:53
10 İyun

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb  

18:51
10 İyun

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

18:46
10 İyun

Hörmüz boğazında gəmi hərəkəti kəskin şəkildə artıb

18:43
10 İyun

Əsas kapitala investisiyalar azalıb

18:37
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!