11 İyun 2026 16:15
407
SİYASƏT
A- A+
Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB  

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB  


İyunun 11-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mərkəzin eyni mövzu üzrə təşkil etdiyi məqalə müsabiqəsinin yekun mərhələsi çərçivəsində baş tutub.

BMTM-in aparıcı məsləhətçisi Sultan Zahidovun moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəz tərəfindən mütəmadi olaraq təşkil edilən məqalə müsabiqələrinin əhəmiyyətindən danışıb. O, Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığını və Azərbaycanın bu prosesdə lider rolunu oynadığını vurğulayıb.

“Azərbaycan hazırkı sülh gündəliyinin müəllifidir. Ölkəmizin Ermənistandan gözləntiləri və haqlı tələbləri dəyişməyib. Qərb mediasında Azərbaycanın Ermənistanda Konstitusiya dəyişikliyi və referendum məsələlərinə daha yumşaq yanaşmalı olduğu ilə bağlı çağırışlar səslənsə də, bu narrativlər sülh gündəliyinə xidmət etmir. Azərbaycanın milli maraqlarına əsaslanan sülh gündəliyi həm regional sabitliyə, həm də ümumi təhlükəsizliyə töhfə verir. Uzunmüddətli perspektivdə Ermənistanda fərqli siyasi qüvvələrin hakimiyyətə gəlməsi mümkündür. Bu baxımdan Konstitusiya dəyişikliyi məsələsinə Ermənistan xalqının referendum yolu ilə münasibət bildirməsi vacibdir,” - deyə F.Şəfiyev əlavə edib.

BMTM-in şöbə müdiri Mətin Məmmədli müasir dövrdə elmi-analitik düşüncənin dövlətlərin xarici siyasətinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, regional təhlükəsizlik arxitekturası sürətlə dəyişir və yeni geosiyasi reallıqlar meydana çıxır: “44 günlük Vətən müharibəsindən sonra sülh gündəliyinin formalaşması Azərbaycanın milli maraqlara əsaslanan düşünülmüş və ardıcıl diplomatiyası nəticəsində mümkün olub. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Azərbaycan dövləti və cəmiyyəti sülhə hazırdır və regionda sabitliyin möhkəmlənməsində maraqlıdır. Bununla yanaşı, ölkəmiz öz milli təhlükəsizliyinə yönələn istənilən təhdidi neytrallaşdırmaq potensialına malikdir”.

Ermənistanda keçirilmiş seçkilərin nəticələrinə toxunan Milli Məclisin deputatı Qaya Məmmədov bundan sonra atılmalı olan addımlara diqqət çəkib. O bildirib ki, regionda sülh gündəliyini müəyyən edən tərəf Azərbaycan olub və prosesin hazırkı mərhələyə çatması Azərbaycanın töhfələridir. Ermənistan cəmiyyəti referendum vasitəsilə Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır. Bu, siyasi-hüquqi zərurətdir.

Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, regionda sülh platformasını formalaşdıran tərəf məhz Azərbaycan olub. Prezident İlham Əliyevin irəli sürdüyü bu yanaşma sonradan Paşinyan hökumətinin siyasi gündəliyində də öz əksini tapdı. Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin sülh gündəliyinə dəstək verməsi göstərir ki, regionda sabitlik və əməkdaşlıq ideyaları getdikcə daha çox qəbul olunur. Paşinyan hökuməti isə əlində olan siyasi və hüquqi mexanizmlərdən istifadə etmək üçün kifayət qədər siyasi iradə nümayiş etdirməlidir.

Tədbirin sonunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqənin nəticələrinə əsasən, Nərmin İsmayılovanın “Vaşinqton Sülh Bəyannaməsi regional sülh və əməkdaşlıq yolunda mühüm mərhələ kimi” mövzusunda araşdırması I yerə layiq görülüb. Nəzrin Qasımovanın “2020-ci il Vətən Müharibəsinin və 2023-cü il antiterror tədbirlərinin Cənubi Qafqaz üçün siyasi, iqtisadi və sosial nəticələri” mövzusunda araşdırması II yerə, Aysel Səmədovanın “Əlaqəlilik sülh strategiyası kimi: Zəngəzur Dəhlizi və Cənubi Qafqazda regional geosiyasətin transformasiyası” mövzusunda araşdırması isə III yerə layiq görülüb.

Qeyd edək ki, BMTM-in artıq ənənəyə çevrilmiş məqalə müsabiqələrinin əsas məqsədi ölkənin strateji gündəliyinə uyğun mövzular üzrə gənc tədqiqatçıların elmi hazırlıq səviyyəsinin yüksəldilməsini təşviq etmək, həmçinin akademik dairələr, ictimaiyyət nümayəndələri və media təmsilçiləri arasında interaktiv fikir mübadiləsi üçün platforma yaratmaqdır.


11:09


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda tədbir keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbir regionda formalaşan yeni siyasi və geosiyasi reallıqların, eləcə də Azərbaycanın regional sülh və əməkdaşlıq gündəliyinin müzakirəsinə həsr olunub.

BMTM tərəfindən təşkil olunan “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda məqalə müsabiqəsinin yekun mərhələsi çərçivəsində keçirilən tədbirdə Mərkəzin mütəxəssisləri, Milli Məclisin deputatları və ekspertlər tərəfindən Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslər, regional təhlükəsizlik mühiti və sülh gündəliyinin perspektivləri ilə bağlı çıxışlar edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!