11 İyun 2026 18:56
509
DÜNYA
A- A+
Şimali İrlandiyada miqrant əleyhdarlarının iğtişaşları

Şimali İrlandiyada miqrant əleyhdarlarının iğtişaşları

Şimali İrlandiyada iki gündür davam edən miqrant əleyhdarlarının zorakı aksiyaları geniş rezonans doğurub. 

“Röyters” Agentliyi xəbər verir ki, Böyük Britaniyanın Şimali İrlandiya işləri üzrə naziri Hilari Ben hadisələri kəskin pisləyərək bunları “irqçi qoçuluq” adlandırıb.

İğtişaşlar iyunun 8-də törədilən bıçaqlı hücumdan sonra başlayıb. Hadisəyə görə Sudan mənşəli bir şəxs qəsdən adam öldürməyə cəhddə ittiham olunur. Bu hadisəni bəhanə edən etirazçılar küçələrə çıxaraq etnik azlıqların evlərini və avtomobillərini yandırıblar. Polis nümayişçilərə qarşı su şırnaqlarından istifadə etməli olub.

Nazir Hilari Ben hadisələri kəskin pisləyərək bildirib ki, insanları sadəcə dərilərinin rənginə görə hədəf almağı irqçi qoçuluqdan başqa bir adla xarakterizə etmək qeyri-mümkündür. O, bu zorakılıqların bölgədəki etnik azlıqlar arasında dərin qorxu və travma yaratdığını vurğulayıb. Nazirin sözlərinə görə, küçələrdə maşınların saxlanılaraq insanların milliyyətinin soruşulması və işə gedən tibb bacılarının hədəfə alınması tamamilə dözülməz bir haldır.

Hazırda bölgədə gərginlik davam edir, lakin son sutka ərzində iğtişaşların intensivliyinin bir qədər azaldığı bildirilir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah dənizdə dalğanın artacağı gözlənilir, əhaliyə çimərliklərdə ehtiyatlı olmaq tövsiyə edilir

15:59
27 İyul

Oğuz rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

15:53
27 İyul

Suriya lideri ölkəsinin xarici siyasət prioritetlərini açıqlayıb

15:47
27 İyul

Azərbaycanda taxıl sahələrindən 3 milyon tondan çox məhsul yığılıb

15:01
27 İyul

Bakı ICESCO-nun mühüm tədbirinə ev sahibliyi edir

14:57
27 İyul

Xəzər Boru Kəməri Konsorsiumu neftin qəbulunu bərpa edib

14:48
27 İyul

“Dream Fest – 2026” möhtəşəm konsert proqramı atəşfəşanlıqla başa çatıb

14:01
27 İyul

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

13:52
27 İyul

ANAMA: Ötən həftə 212 mina və 753 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

13:46
27 İyul

ŞƏT-in Media Forumunun plenar iclasında mədəni əməkdaşlıq və yeni texnologiyalar diqqət mərkəzindədir

13:21
27 İyul

Dövlət Xidməti: İyul çağırışının uğurla icra edilməsi məqsədilə zəruri işlər görülür

13:17
27 İyul

Rusiyanın müxtəlif regionlarına kütləvi dron hücumunda ölənlər və yaralananlar var

12:59
27 İyul

Aleksandru Qrumaz: Azərbaycan üzərindən keçən enerji marşrutları Rumıniya üçün strateji əhəmiyyət qazanır

12:49
27 İyul

Sabah hava necə olacaq?

12:32
27 İyul

Dövlət büdcəsinin neft-qaz üzrə daxilolmaları proqnozu üstələyib

12:29
27 İyul

Qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 7 faizədək artıb

12:19
27 İyul

Uqandada 19 nəfərin aclıqdan ölməsindən sonra hökumət ərzaq yardımı paylamağa başlayıb

12:11
27 İyul

Dövlət büdcəsinin gəlirlərinin 46 faizi vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb

11:53
27 İyul

Birinci yarımildə dövlət büdcəsindən sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilən vəsait açıqlanıb

11:49
27 İyul

Son iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
27 İyul

DİN-də xidmətə qəbulla bağlı növbəti sıra baxışı olub

11:37
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!