11 İyun 2026 18:37
145
DÜNYA
A- A+
Artan xərclər qlobal birjaları sarsıdır, neft isə sürətlə bahalaşır

Artan xərclər qlobal birjaları sarsıdır, neft isə sürətlə bahalaşır


Körfəzdə sülh cəhdlərinə dəyən növbəti zərbələr və hərbi gərginliyin artması səbəbindən neft yenidən bahalaşıb, səhm bazarlarında isə eniş davam edir.

“Röyters” Agentliyi xəbər verir ki, bölgədəki hərbi gərginlik qiymətlərini yenidən yüksəldib. “Brent” markalı xam neftin qiyməti 1.7 faiz artaraq bir barel üçün 94.64 ABŞ dollarına çatıb. Regionun səhm indeksləri 1.3 faiz geriləyib. Tayvan və Cənubi Koreyanın süni intellekt çipləri istehsal edən şirkətlərinin səhmləri ciddi dalğalanma yaşayır. Nəhəng İT şirkəti olan “Oracle” gözləniləndən daha çox xərc planı açıqladıqdan sonra onun səhmləri birjadankənar ticarətdə 10 faiz ucuzlaşıb. Almaniyanın “DAX” və Böyük Britaniyanın “FTSE” indeksləri də daxil olmaqla, Avropa birja fyuçersləri təxminən 0.6-0.8 faiz arasında dəyər itirib.

Avropa Mərkəzi Bankının faiz dərəcələrini artıracağı gözlənilir. Bu səbəbdən avro dollar qarşısında azca möhkəmlənərək 1.1544 ABŞ dolları səviyyəsinə qalxıb. Digər tərəfdən, qlobal gərginlik səbəbindən dollar indeksi son iki ayın ən güclü səviyyəsini qoruyur. Son inflyasiya göstəricilərinin yüksək olması isə payızda faiz dərəcələrinin yenidən artırılacağı ehtimalını gücləndirib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda elm və innovasiyaların iqtisadi inkişafdakı rolu müzakirə olunub

19:51
11 İyun

“Şuşa KOB evi”ndə 5 ayda sahibkarlara 560-a yaxın xidmət göstərilib  

19:42
11 İyun

Tibbdə ilk: ürək, böyrək və maddələr mübadiləsi xəstəliklərinin bir-biri ilə əlaqəsi sübut olundu  

19:30
11 İyun

Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı üzrə yeni zavod tikiləcək

19:21
11 İyun

Kanada 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoyan yeni qanun layihəsini təqdim edib  

19:15
11 İyun

Quş əti və yumurta istehsalında artım hədəfləri açıqlanıb

19:08
11 İyun

Şimali İrlandiyada miqrant əleyhdarlarının iğtişaşları

18:56
11 İyun

Qızılın qiyməti artıb

18:43
11 İyun

Artan xərclər qlobal birjaları sarsıdır, neft isə sürətlə bahalaşır

18:37
11 İyun

Ələt Azad İqtisadi Zonasında yük hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır  

18:29
11 İyun

Azərbaycan və İran Araz çayının su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı gücləndirir  

18:15
11 İyun

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

18:13
11 İyun

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir  

18:12
11 İyun

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib  

18:10
11 İyun

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük

18:01
11 İyun

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

17:51
11 İyun

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır

17:41
11 İyun

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

17:38
11 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:28
11 İyun

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

17:12
11 İyun

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar?

16:57
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!