11 İyun 2026 18:15
443
CƏMİYYƏT
A- A+
Azərbaycan və İran Araz çayının su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı gücləndirir  

Azərbaycan və İran Araz çayının su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı gücləndirir  


08–11 iyun tarixlərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın 55-ci iclası İran İslam Respublikasında keçirilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə, son iclas Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və İran tərəfdən həmsədri, İran İslam Respublikası Energetika Nazirliyinin Sərhəd Çayları üzrə Baş İdarəsinin rəisi Fəriba Avəridənin rəhbərliyi ilə keçirilib.

Tədbirdə Regional Su Meliorasiya Xidmətinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.

İclas çərçivəsində Araz çayının su ehtiyatlarının iki ölkə arasında ədalətli və səmərəli bölüşdürülməsi üzrə iş rejimləri hazırlanaraq təsdiq olunub. Bundan əlavə, çaydan götürülən suyun monitorinqi, suyun keyfiyyətinə nəzarət və çayda müasir tipli yeni suölçmə qurğularının quraşdırılması kimi qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Müzakirələrin yekunu olaraq tərəflər arasında görüləcək işləri əhatə edən yekun protokol imzalanıb. Həm Azərbaycan, həm də İran tərəfi Araz çayının su ehtiyatlarının dayanıqlı idarə olunması və ətraf mühitin qorunması istiqamətində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini vurğulayıblar.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”





Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Milli qəhrəmanlarının xatirəsi yad edilib

18:26
12 İyul

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

17:59
12 İyul

Abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər

14:11
12 İyul

Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə

14:00
12 İyul

İyulun 13-nə olan hava proqnozu açıqlanıb

13:55
12 İyul

İran XİN: Omanla Hörmüz boğazı ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlinib

13:52
12 İyul

Körfəz ölkələri raket və PUA hücumlarına məruz qalıb

13:31
12 İyul

Ölkə ərazisindəki faktiki hava acıqlanıb

12:29
12 İyul

ABŞ-nin ən nüfuzlu Respublikaçı senatoru vəfat edib

12:07
12 İyul

Futbol üzrə dünya çempionatının yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşib

11:59
12 İyul

Qətərin keçmiş əmiri vəfat edib

11:57
12 İyul

Rusiya Müdafiə Nazirliyi: 300-dən çox PUA hücumunun qarşısı alınıb

10:28
12 İyul

ABŞ Mərkəzi Komandanlığı İrana növbəti hücuma başlayıb

10:21
12 İyul

Dünya çempionatı: Argentina yarımfinala vəsiqə qazanıb

09:23
12 İyul

Dünya çempionatı: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

09:13
12 İyul

Tovuz döyüşləri: Zəfərin astanasında 

09:07
12 İyul

Prezident: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb VİDEO

23:03
11 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb VİDEO

21:15
11 İyul

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir

20:16
11 İyul

Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - YENİLƏNİB 

19:58
11 İyul

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

19:44
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!