11 İyun 2026 17:38
451
SİYASƏT
A- A+
Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində


Xəbər verdiyimiz kimi, iyunun 10-da xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya səfəri həyata keçirilib. Bu, Azərbaycan xarici işlər nazirinin son 17 il ərzində Yaponiyaya ilk səfəri olub. Səfər çərçivəsində nazir Ceyhun Bayramov Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının sədri və üzvləri ilə görüşlər keçirib, Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunda dəyirmi masa müzakirələrində çıxış edib. Səfərin yekununda Xarici İşlər nazirliklərinin birgə mətbuat məlumatı dərc olunub.

AZƏRTAC-ın məlumatına görə, səfər zamanı Yaponiya xarici işlər nazirinin ölkəmizin strateji əhəmiyyəti, enerji təhlükəsizliyi və regional sabitliyin təmin edilməsi istiqamətində rolu barədə söylədiyi fikirlər Yaponiyanın aparıcı mediasında geniş şəkildə yayılıb. Nikkei Shinbun, Jiji Press, Kyodonews və digər kütləvi informasiya vasitələrində məlumatlar dərc edilib.

Məlumatlarda gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd ediləcəyi vurğulanıb, Azərbaycan-Yaponiya tərəfdaşlığının daha da inkişaf etdirilməsi və dostluq münasibətlərinin dərinləşdirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunub.

Yazılarda Yaxın Şərqdəki mürəkkəb vəziyyət fonunda vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi dəstəyə görə Yaponiya nazirinin Azərbaycan tərəfinə minnətdarlığı xüsusi qeyd olunub. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, insanlar arasında əlaqələr, dekarbonizasiya, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunduğu vurğulanıb.

Dünyanın aparıcı xam neft və təbii qaz istehsalçılarından biri olan Azərbaycan barədə danışan Yaponiya naziri Motegi bildirib ki, Azərbaycan enerji təhlükəsizliyi və regional sabitlik baxımından mühüm ölkədir və Yaponiyanın vacib tərəfdaşıdır. O, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Yaxın Şərqdə gərgin vəziyyət fonunda xam neft tədarükü ilə bağlı qeyri-müəyyənliyin artdığı bir şəraitdə Yaponiyanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti həyata keçirdiyi, bu çərçivədə may ayında Azərbaycan neftini daşıyan tankerin Yokohama şəhərinə çatdığı da məmnunluqla qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!