05 Sentyabr 2026 11:00
2041
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Yaşadığım evə yaxın ərazidə hündürmərtəbəli bina tikilir. Demək olar ki, gecə səhərədək ərazidə iri maşınlarla dayanmadan iş gedir. Nəticədə sakinlərin rahatlığı pozulur. Gecə vaxtı iş getməsi qanunidirmi?

Bir də orada müxtəlif yaş qruplarında insanlar çalışır, aralarında yaşı az olanlar da var. Bilmək istəyirəm onlar üçün iş norması yoxdur? 


Nərgiz ƏLİZADƏ,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, yaşayış ərazisinin bilavasitə yaxınlığında gecə saatlarında səs-küylə müşayiət olunan tikinti və ya yükdaşıma işlərinin aparılması qanunsuzdur.

Öncə gecə vaxtında işin mümkünlüyü məsələsinə toxunaraq, qeyd edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır (maddə 97, hissə 1). Yaşı 18-dən az olan işçilər üçün isə gecə vaxtı axşam saat 20-dən səhər saat 7-dək olan müddət sayılır (maddə 254, hissə 2).

Əmək qanunvericiliyinə görə, gecə vaxtı iş vaxtı hesab edilsə də, gündüz vaxtına münasibətdə müxtəlif istisnalar nəzərdə tutulur. Məsələn, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır (maddə 97, hissə 2).  Gecə vaxtı yerinə yetirilən işlərə yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir (maddə 98, hissə 1).  

Tikinti sahəsində yetkinlik yaşına çatmayanların çalışması aşkar edilərsə, bu, ciddi qanun pozuntusudur. 

Hətta gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir (maddə 166, hissə 1).

Gecə vaxtı səs-küyün salınmasına gəlincə, bununla bağlı inzibati məsuliyyət mövcuddur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Bununla yanaşı, hadisə ilə bağlı mülki məsuliyyətin olması da diqqətdən qaçmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

Bu norma qonşuluq hüququnun pozulmazlığını təsbit edir və tikinti subyektinin sakinlərin sakitliyini pozmaq hesabına təsərrüfat fəaliyyəti həyata keçirməsini qəti şəkildə qadağan edir.

Qarşılaşdığınız vəziyyətlə bağlı atmalı olduğunuz bir neçə addım mövcuddur. Problemi tikinti rəhbərliyi və ya podratçı şirkətlə şifahi danışıqlar yolu ilə, qonşuluq münasibətləri çərçivəsində həll etməyə çalışın. Əgər şifahi xəbərdarlıq, yaxud ikitərəfli danışıq nəticə verməzsə, o zaman mübahisənin həlli prosesini rəsmi müstəviyə keçirə bilərsiniz. Bunun üçün ilk növbədə inzibati orqana (polis və s.) və ya məhkəməyə müraciət etməzdən əvvəl əlinizdə güclü sübutlar olmalıdır. Məsələn, tikinti və səs-küylə bağlı video və fotoşəkillər çəkin, çalışın səs aydın eşidilsin, yaxud hərəkət aydın görünsün. 

Sübutlar kifayətedici qədər toplandıqdan sonra ilkin olaraq inzibati orqana - sahə müvəkkilinə müraciət edə bilərsiniz. Bu halda arzuolunmayan hərəkət məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması kimi qiymətləndirilə bilər. Sahə müvəkkilinə rəsmi ərizə ilə müraciət edərək profilaktik söhbət aparılmasını və qanun pozuntusunun aktlaşdırılmasını tələb edin. 

Polisin tərtib edəcəyi hər hansı rəsmi sənəd (protokol, akt və s.) gələcəkdə məhkəmə üçün çox mühüm sübut olacaq. İnzibati orqana müraciətlə birlikdə, yaxud ondan sonra məhkəməyə müraciət edə biləcəyinizi unutmayın. Beləliklə iddiaçı olaraq cavabdehə (hərəkəti törədənə) qarşı "qanunsuz hərəkətlərə son qoyulması (müdaxilənin aradan qaldırılması)" tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Əsas tələblə yanaşı, əgər sizə müəyyən maddi ziyan dəyibsə - maddi ziyanın ödənilməsini, həmçinin qorxu, psixoloji gərginlik və rahatlığın pozulmasına görə - mənəvi ziyanın kompensasiyasını da tələb etmək hüququnuzun olması da nəzərinizdən qaçmamalıdır.


Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülhün səsi ədalətdir

19:53
09 Oktyabr

Qaraciyər piylənməsinə qarşı təbii vasitə aşkar edilib

19:46
09 Oktyabr

Şərqi Avropanın ən qədim Aşel dövrü daş alətləri Rusiyada aşkar edilib  

19:31
09 Oktyabr

Azərbaycanın “yaşıl enerji” layihələrinə 1,1 milyon dollarlıq dəstək

19:23
09 Oktyabr

Masallı şəhərində Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anılıb  

19:13
09 Oktyabr

Şəhid komandir

19:06
09 Oktyabr

Süni intellekt detektoru təqdim edilib

18:45
09 Oktyabr

Masallı şəhər 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

18:33
09 Oktyabr

Sumqayıtın təmizliyi vacib şərtdir  

18:28
09 Oktyabr

Azərbaycanın tranzit yolunda canlanma: Astarada yük axını sürətlənir

18:22
09 Oktyabr

Skandinaviyada qədim evlərdə insan qalıqları və zorakılıq izləri aşkarlanıb  

18:15
09 Oktyabr

Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları

17:52
09 Oktyabr

Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

17:36
09 Oktyabr

Bakıda qatarların yolu insanlarla doludur

17:21
09 Oktyabr

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!