05 Sentyabr 2026 09:40
1333
SİYASƏT
A- A+
Murat Kurum: "Bakıdakı COP29-da 2035-ci ilədək iqlim maliyyələşməsinin 300 milyard dollara çatdırılması müəyyənləşdirilib"

Murat Kurum: "Bakıdakı COP29-da 2035-ci ilədək iqlim maliyyələşməsinin 300 milyard dollara çatdırılması müəyyənləşdirilib"


"Azərbaycanın evsahibliyi ilə Bakıda keçirilən COP29-da 2035-ci ilə qədər iqlim maliyyələşməsinin 300 milyard dollara çatdırılması istiqamətində hədəf müəyyənləşdirilib. Daha geniş çərçivədə isə ildə 1,3 trilyon dollarlıq maliyyə resursunun səfərbər edilməsi nəzərdə tutulur. Burada əsas məsələ həmin resursların investisiyaya ehtiyacı olan ölkələrə və layihələrə vaxtında çatmasıdır. Bu, çox vacibdir".

AZƏRTAC xəbər verir ki, bu fikirləri COP31 Sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum İstanbulda beynəlxalq media nümayəndələri ilə görüşündə deyib.

"Keçmişdə 100 milyard dollarlıq iqlim maliyyələşməsi hədəfi ilə bağlı yaşanan gecikmələr bizə mühüm təcrübə qazandırdı. Təcrübə göstərdi ki, bu, maliyyələşmədə elan edilmiş məbləğin və maliyyə resursunun vaxtında, proqnozlaşdırılan şəkildə və dəyişdirilmədən real layihələrə çatdırılması ilə mümkündür. Lakin bunun qarşısında başqa bir problem də var. Bir tərəfdə kapital, digər tərəfdə isə çox böyük investisiya ehtiyacı mövcuddur. Yəni məsələ yalnız maliyyə resursunun mövcudluğu deyil. Əsas məsələ bu resursların düzgün layihələrlə əlaqələndirilməsi, investisiya mühitinin gücləndirilməsi və maliyyələşmənin ehtiyac olan ölkələrə çatdırılmasıdır. Ona görə də bizim burada etməli olduğumuz kapital ilə investisiya ehtiyacı arasındakı bu boşluğu aradan qaldıracaq mexanizmləri birlikdə inkişaf etdirməkdir",- deyə nazir bildirib.

O qeyd edib ki, məqsəd dövlət resurslarını, özəl sektor investisiyalarını və beynəlxalq maliyyəni eyni yanaşma ətrafında bir araya gətirməkdir: "Çünki yalnız bu yolla iqlim hədəflərini real investisiyalara, real investisiyaları isə insanların həyatında konkret nəticələrə çevirə bilərik".

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev də iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!