05 Sentyabr 2026 10:40
855
CƏMİYYƏT
A- A+
19 illik əbədi ömür

19 illik əbədi ömür


44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında erməni qəsbkarlarını diz çökdürərək tarixi Zəfər qazandı. Ağır məğlubiyyətlə üzləşən erməni quldurları ağ bayraq qaldıraraq təslim oldular. 30 ilə yaxın işğalda qalmış Qarabağ və ətraf rayonlar işğalçılardan təmizləndi. 

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdən geri qayıtmayanlar da oldu. Bu oğullar yurdumuzun azadlığı naminə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.  Kürdəmir rayonunun Ərəbqubalı kəndindən müharibəyə yollananlardan da 3 nəfəri geri dönmədi. Onların evlərinin qapısını kədərli xəbər döydü. 

Ülvi Azayev qısa, amma şərəfli bir ömür yaşadı. 2001-ci il dekabrın 4-də anadan olmuşdu. Orta təhsilini bitirdikdən bir müddətdən sonra - 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına çağırılmışdı. Əyninə hərbi forma geyinib xidmətə başladığı ilk günlərdən Ülvi hərbi bilikləri dərindən öyrənmişdi. Təlimlər zamanı əsgər kimi üzərinə düşən tapşırıları yerinə yetirmişdi. Yorulmaq bilmədən döyüş təcrübəsini artırmışdı. Sanki özünü qarşıdakı döyüşlərə hazırlamışdı. Nizam-intizamı ilə həm əsgər dostlarının, həm də komandirlərinin rəğbətini qazanmışdı.

Torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başlayanda onun xidmət etdiyi bölük də döyüşlərə qatılmışdı. Qələbə əzmi ilə əməliyyatlara atılan Ülvinin döyüş yolu Talış kəndindən başlamışdı. İlk əməliyyatlardan cəsarətlə vuruşan Ülvi silahının nişangahına tuş gələn düşmənləri sərrast atəşlə məhv edirdi. Bir vaxtlar təlimlərdə qazandığı hərbi təcrübə əlindən tuturdu. Döyüşdən-döyüşə təcrübəsi artan  Ülvi düşmən üzərinə daha inamla, daha əzmlə addımlayırdı. 

Getdikcə ağır itkilər verib zəifləyən erməni işğalçıları döyüşçülərimizin qarşısında dayana bilməyib geri çəkilirdi. Addım-addım torpaqlarımız ermənilərdən azad olunurdu. Oktyabrın 2-si idi. Ağdərə istiqamətində gərgin döyüşlər gedirdi. Həmşəki kimi əsgər Ülvi Azayev komandirin verdiyi döyüş tapşırığına uyğun olaraq özünə əlverişli mövqe tutub vuruşurdu. Atəş səslərindən yer-göy lərzəyə gəlmişdi. Geri çəkilən işğalçılar qəflətən dayanıb müqavimət göstərməyə başladılar. Bu məqamda Ülvi cəld hərəkətlə özünə əlverişli mövqe seçmək istəyərkən düşmən gülləsinə tuş gəldi. Ağır yaralandı. Həkimlərin də ona yardım etmək cəhdi bir nəticə vermədi. Ülvi Azayev şəhid oldu. İki gündən sonra - oktyabrın 4-də yaxınları, qohumları və ictimaiyyətin nümayəndələri onu Ərəbqubalı kənd qəbiristanlığında torpağa tapşırdılar. Ölümündən sonra o, "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görüldü.

Ülvi Azayev cəsarəti və hünəri ilə adını qəhrəmanlıq tariximizə yazdı. Heç nədən qorxmadan, çəkinmədən ata-babalarımızın qəhrəmanlıq yolu ilə sonacan inamla addımladı. İgidliyi ilə düşmənə meydan oxudu, Azərbaycan əsgərinin necə igid olduğunu göstərdi. Şəhidlik elə bir əlçatmaz, ünyetməz zirvədir ki, hər insan bu məqama yetişə bilmir. Bu zirvə yalnız Ülvi kimi təmiz, pak, vətəni canından da çox sevən, onun yolunda vuruşan, döyüşən seçilmiş bəndələrə qismət olar. Ülvi Azayev də bu zirvəni cəsarəti və qəhrəmanlığı ilə əbədi olaraq fəth etdi.  

Xalqımız Vətən torpaqlarının azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlmiş Ülvi Azayev kimi oğulların xatirəsini həmişə uca tutur, hörmətlə anır, ehtiramla yad edir. Çünki bu oğullar Vətən torpaqlarının hər qarışı uğrunda cəsarətlə vuruşmuş, yurdumuzu göz bəbəkləri kimi qorumuşlar.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!