05 Sentyabr 2026 10:30
821
CƏMİYYƏT
A- A+
Şuşanın daşları da bizə əmanətdir

Şuşanın daşları da bizə əmanətdir


Şuşaya gedən turistlərdən bəzilərinin şəhərin qayaları üzərinə öz adlarını yazması cəmiyyətdə haqlı narazılıq doğurub. Söhbət, sadəcə, bir neçə daşın üzərinə nə isə yazılmasından getmir. Məsələ daha böyük və  ağrılıdır: söhbət tariximizin, milli yaddaşımızın və şəhidlərimizin qanı ilə azad edilmiş müqəddəs bir məkanın qorunmasından gedir. 

Şuşa adi turizm məkanı deyil, həm də xalqımızın yaddaşında xüsusi yeri olan, hər daşı, qayası, küçəsi tarix danışan müqəddəs şəhərdir. Bu şəhərin azadlığı uğrunda Azərbaycan əsgəri canından keçib, qan töküb. Bu gün Şuşanın küçələrində rahat addımlamaq, Cıdır düzünün seyrinə çıxmaq, şəhərin gözəlliyinə tamaşa etmək bizə zövq verə bilər. Amma bunun arxasında böyük bir qəhrəmanlıq, ağır itkilər və şəhidlərin əmanəti dayanır. Məhz buna görə də Şuşaya səfər edən insan ilk növbədə turist deyil, bu müqəddəs torpağın sahibi olduğunu xatırlamalıdır.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də məsələ ilə bağlı ictimaiyyətə müraciət edərək bildirib ki, belə hallar ilk dəfə baş vermir. Maarifləndirmə tədbirlərinə və cərimələrə baxmayaraq, bəzi şəxslər qaya daşlarını yazılarla korlayırlar. Qurum hər bir daşı üzərində güllə və qan izlərinin olduğu Şuşada əhalini belə hallara qarşı birgə mübarizəyə çağırıb.

"Qarabağ" ordenli şəhid baş leytenant Kamran Kazımovun atası Qurbanəli Kazımovun sözlərində ata ağrısı ilə yanaşı, bütöv bir xalqın yaddaşını qorumaq çağırışı səslənir. Onun fikrincə, işğaldan azad olunmuş torpaqların hər qarışı müqəddəsdir, burada Vətən uğrunda canından keçən oğullarımızın qanı var. Qurbanəli kişi deyir ki, Şuşanın qəhrəmanlıq tariximizin ən şanlı səhifələrindən biri olduğunu bilməyən adam azdır. Belə bir şəhərdə qayaların üzərinə ad yazmaq insanın həmin tarixi dərk etmədiyini göstərir. "Bu qayaların üzərinə adlarını yazanlar düşünməlidirlər ki, həmin qayaların üzərinə bu torpaqları azad edən oğullarımızın qanı tökülüb, o qayaların üstündə igidlərimiz can verib. O qayalarda, torpaqlarda, hər dalanda, hər evdə tarix yazılıb", - deyən Qurbanəli Kazımov belə hərəkətlərin yolverilməz olduğunu vurğulayır.

Birinci Qarabağ müharibəsi veteranı Məhəmmədəli Əliyevin yanaşması isə məsələnin başqa bir mühüm tərəfinə diqqət çəkir. Deyir ki, Şuşanın tarixi məkanlarında, qayalarında, binalarında və digər obyektlərində şəxsi adların, müxtəlif yazıların görünməsi mənəvi məsuliyyət məsələsidir. Çünki bir insanın "mən də burada olmuşam" düşüncəsi ilə yazdığı ad gələcək nəsillər üçün həmin məkanın tarixinə heç nə vermir, əksinə, tarixi mühiti korlayır: "Bu hərəkəti edənlər düşünməlidirlər ki, Şuşada olduqlarını "göstərməklə" nə tarixiləşmək olar, nə də yaddaşlarda qalmaq, əksinə, bunu etməklə vandallığı nümayiş etdirmək mümkündür". 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

19:39
11 Oktyabr

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

19:37
11 Oktyabr

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

18:51
11 Oktyabr

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

18:13
11 Oktyabr

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

17:38
11 Oktyabr

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

16:57
11 Oktyabr

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

16:46
11 Oktyabr

Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırıb

16:30
11 Oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb  

15:53
11 Oktyabr

Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək

15:00
11 Oktyabr

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb  

14:54
11 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:07
11 Oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

12:05
11 Oktyabr

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

11:33
11 Oktyabr

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub  

09:46
11 Oktyabr

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb  

09:43
11 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib  

09:38
11 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlıqdan ortaq inkişafa doğru  

09:35
11 Oktyabr

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib  

08:42
11 Oktyabr

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

21:12
10 Oktyabr

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

17:01
10 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!