05 Sentyabr 2026 09:00
154
CƏMİYYƏT
A- A+
"Tibb işçilərinin sosial təminatının gücləndirilməsini məmnunluqla qarşılayırıq"

"Tibb işçilərinin sosial təminatının gücləndirilməsini məmnunluqla qarşılayırıq"


TƏBİB sistemində 72 mindən çox tibb işçisini əhatə edən yeni əməkhaqqı islahatı sentyabrın 1-dən tətbiq olunur


Səhiyyənin inkişafı yalnız müasir tibb müəssisələrinin yaradılması, yeni texnologiyaların tətbiqi və xidmət imkanlarının genişləndirilməsi ilə məhdudlaşmır. Sistemin əsas dayağı olan tibb işçilərinin əməyinin layiqincə qiymətləndirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və peşəkar fəaliyyət üçün daha əlverişli şəraitin yaradılması da bu inkişafın mühüm tərkib hissəsidir. Azərbaycanda son illər səhiyyə sahəsində aparılan islahatlarda məhz insan amilinə xüsusi diqqət yetirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Tibb işçilərinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addım TƏBİB sistemində çalışanların əməkhaqlarının artırılmasıdır. 2026-cı il sentyabrın 1-dən tətbiq olunan yeni qaydalar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72212 tibb işçisini əhatə edir. Bununla da on minlərlə səhiyyə əməkdaşının gəlirlərinin artırılması və əməyin qiymətləndirilməsində daha çevik mexanizmlərin tətbiqi nəzərdə tutulur. Yeni sistemin mühüm xüsusiyyətlərindən biri əməkhaqqı artımlarının diferensial yanaşma əsasında müəyyənləşdirilməsidir. Belə ki, artımlar zamanı tibb işçisinin vəzifəsi, ixtisası, iş yükü və fəaliyyət göstəriciləri ilə yanaşı, regionlarda mövcud kadr təminatı da nəzərə alınacaq. Bu yanaşma görülən işin həcmi və xüsusiyyətləri ilə əməkhaqqı arasında daha çevik əlaqənin yaradılmasına xidmət edir.

İslahat xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətlərində çalışanlar, həmçinin regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə həkimlər üçün əhəmiyyətlidir. Bu istiqamətlərdə çalışan mütəxəssislər üçün nəzərdə tutulan artımlar həm onların əməyinin stimullaşdırılması, həm də səhiyyə sistemində mövcud kadr ehtiyaclarının qarşılanması baxımından mühüm rol oynayacaq.

Lökbatan Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım həkimi Mehman Bağırov bildirib ki, əməkhaqlarının artırılması ilə bağlı verilən qərara görə,  cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də aidiyyəti qurumların rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Tibb işçilərinin əməyinə verilən yüksək dəyərin növbəti göstəricisi olan bu mühüm addım maddi rifahımızın daha da yaxşılaşdırılmasına xidmət edir. Əməkhaqlarının artırılması eyni zamanda tibb işçilərinin məsuliyyətli və şərəfli fəaliyyətinə göstərilən diqqət və qayğının nümunəsidir. Biz tibb işçilərinə göstərilən davamlı dövlət qayğısını yüksək qiymətləndirir, bu təşəbbüsün həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürümüzü ifadə edirik".

Həkimlərin əməyinə verilən yüksək qiymətə, onların üzərinə düşən böyük məsuliyyətin nəzərə alınmasına və əməkhaqlarının artırılması ilə bağlı qəbul edilən qərara görə ölkə rəhbərliyinə təşəkkür edən həkim Ləman Əliyeva deyib ki, bu dəstəyin həkimlərin əmək fəaliyyətinin daha da yaxşılaşdırılmasına, peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsinə, eyni zamanda tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə əlavə stimul verəcəyinə əmindir. "Bu dəstək bizi bundan sonra da üzərimizə düşən vəzifələri daha böyük məsuliyyət və peşəkarlıqla yerinə yetirməyə ruhlandırır", - deyə mütəxəssis bildirib.

Həkim Şəfa Əliyeva isə bildirib ki, əməkhaqlarının artırılması səhiyyə sahəsində çalışan insanların gərgin və məsuliyyətli əməyinə göstərilən diqqətin, onların fəaliyyətinə verilən dəyərin mühüm göstəricisidir: "Tibb işçilərinin sosial təminatının gücləndirilməsi istiqamətində atılan bu addımı böyük məmnunluqla qarşılayırıq. Hesab edirik ki, tibb işçilərinin rifahının yaxşılaşdırılmasına yönələn belə təşəbbüslər peşə fəaliyyətinə də müsbət təsir göstərir. Göstərilən diqqət həkimlər üçün həm mənəvi dəstək, həm də bilik və bacarıqlarını daha da təkmilləşdirmək, pasiyentlərə yüksək səviyyədə xidmət göstərmək üçün əlavə motivasiyadır. Bizə göstərilən etimadı bundan sonra da məsuliyyətli fəaliyyətimiz, peşəkarlığımız və insan sağlamlığının qorunmasına layiqli töhfəmizlə doğrultmağa çalışacağıq. Tibb işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə təşəkkürümüzü ifadə edirik".


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Revanşizmə xidmət edən hər bir təxribat iflasa məhkumdur

09:20
05 Sentyabr

Azərbaycan-ATƏT əməkdaşlığında yeni səhifə açılır

09:10
05 Sentyabr

"Tibb işçilərinin sosial təminatının gücləndirilməsini məmnunluqla qarşılayırıq"

09:00
05 Sentyabr

"Orta dəhliz yeni geoiqtisadi arxitekturanı təcəssüm etdirir"

08:50
05 Sentyabr

"Seneqal Azərbaycanın əmək və dövlət xidmətləri sahəsində təcrübəsini öyrənməkdə maraqlıdır"

08:40
05 Sentyabr

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

08:30
05 Sentyabr

Milli Məclisin Sədri Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

08:20
05 Sentyabr

Azərbaycan-İsveç münasibətlərinin inkişafı və regional təhlükəsizlik məsələləri müzakirə olunub

08:10
05 Sentyabr

Azərbaycan-İtaliya münasibətləri etimad və strateji tərəfdaşlıq üzərində qurulub 

08:00
05 Sentyabr

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!