07 İyul 2026 13:16
120
İQTİSADİYYAT
A- A+
Bakı-Tbilisi-Bakı marşrutunda əlavə yataq vaqonları istifadəyə verilir

Bakı-Tbilisi-Bakı marşrutunda əlavə yataq vaqonları istifadəyə verilir


"AZCON Holding" şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin artırılması və Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə artan tələbatın qarşılanması məqsədilə qatarların tərkibinə əlavə yataq tipli vaqonlar qoşur.

ADY-dən AZƏRTAC-a bildirilib ki, iyulun 10-dan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən qatarların tərkibinə ölkədaxili marşrutlarda istifadə olunan standart+ sinifə aid 3 yataq tipli vaqon əlavə ediləcək. Bununla hər reys üzrə 104 yeni sərnişin yeri yaradılacaq və ümumi yer sayı 178-dən 282-yə yüksələcək. Beləliklə, bir reys üzrə sərnişin tutumu təxminən 60 faiz artacaq.

Qeyd olunub ki, əlavə vaqonlara biletlərin satışı artıq başlanılıb. Standart+ sinif vaqonlarında gediş haqları hazırda istifadə olunan “Stadler” vaqonları ilə müqayisədə daha münasibdir. Bakı-Tbilisi marşrutu üzrə standart+ sinifdə bilet qiymətləri məsafədən asılı olaraq 40,30 manatdan başlayır. Bir istiqamət üzrə minimum gediş haqqı Bakıdan 65,20 manat, Yevlaxdan 53,30 manat, Gəncədən 49,30 manat, Ağstafadan 45,30 manat təşkil edir. Böyük Kəsikdən Tbilisi vağzalına və Qardabani stansiyasına isə biletlərin qiyməti müvafiq olaraq 43,40 və 40,30 manatdır.

Məlumata görə, hazırda “Stadler” vaqonlarında Bakıdan Tbilisiyə komfort sinif üzrə minimum gediş haqqı 79,5 manat, Gəncədən isə 58,20 manatdır. Yeni vaqonların istismara verilməsi daha çox sərnişinin beynəlxalq marşrut üzrə daha münasib qiymətlərlə səyahət etməsinə imkan yaradacaq.

Bildirilib ki, standart+ tipli yataq vaqonlarında texniki xüsusiyyətlər nəzərə alınaraq ödənişsiz baqaj norması 36 kiloqram müəyyən edilib. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə bu vaqonlarda səyyar keytrinq (mobil satış) xidməti də təşkil olunacaq.

ADY-nin məlumatına əsasən, Bakı-Tbilisi-Bakı marşrutu üzrə 25 may-6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb, 14 minə yaxın sərnişin daşınıb. Sərnişinlərin 6356 nəfəri Tbilisidən, 4343 nəfəri Bakıdan, 1112 nəfəri Gəncədən, 808 nəfəri Yevlaxdan, 520 nəfəri isə Ağstafadan qatara minib. Bu göstəricilər marşrut üzrə sərnişinlərin təxminən 40 faizinin bölgələrin payına düşdüyünü göstərir.

Qeyd edək ki, ADY-nin son illərdə xidmət coğrafiyasının genişləndirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində dəmir yolu nəqliyyatına maraq artmaqdadır. Belə ki, cari ilin ilk altı ayında dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 faiz çoxdur.

ADY bundan sonra da sərnişinlər üçün rahat, əlçatan və təhlükəsiz səyahət imkanlarının genişləndirilməsi istiqamətində tədbirləri davam etdirəcəyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Liqası: “Qarabağ”ın oyununa 16 mindən çox bilet satılıb

14:01
07 İyul

Ağalı sakinləri 33 ildən sonra doğma torpaqlarında taxıl biçini aparırlar

13:57
07 İyul

Xocavənddə daha 41 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB 2

13:55
07 İyul

Bakı-Tbilisi-Bakı marşrutunda əlavə yataq vaqonları istifadəyə verilir

13:16
07 İyul

Ronaldo Portuqaliya milli komandasından getdi

13:12
07 İyul

40 yaşlı Vozinya ilə müqavilə bağlamaq istəyən klubların sayı artıb

13:11
07 İyul

Sabah bəzi yerlərdə yağış yağacaq, arabir güclənən külək əsəcək

13:09
07 İyul

Yaşar Güler: Ankaranın təhlükəsizlik arxitekturasından kənarlaşdırılması cəhdləri Avropanın maraqlarına uyğun deyil

13:07
07 İyul

“Kraudfandinq haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb

12:49
07 İyul

Qubada yenilənmiş güləş zalı istifadəyə verilib

12:48
07 İyul

“Mygov” ekosisteminin və onun arxasında dayanan texnoloji həllərin xarici ölkələrə ixrac potensialı yüksəkdir – Ekspert

12:21
07 İyul

Slovakiya rusiyalı turistlərə Şengen vizaları verilməsini dayandırıb

12:10
07 İyul

Nazirlik rəsmisi: Tibb vasitələrinin təhlükəsizliyi bazarda olduqları müddətdə də nəzarətdə saxlanılır

12:07
07 İyul

Abşeronda silah-sursat aşkar edilib

11:56
07 İyul

Coğrafiya İnstitutunun əməkdaşları işğaldan azad edilmiş ərazilərdə tədqiqat aparırlar

11:40
07 İyul

Xocavənd şəhərinə növbəti köç yola salınıb

11:36
07 İyul

Hörmüz boğazında İranın xəbərdarlığına məhəl qoymayan gəmi vurulub

11:32
07 İyul

Milli Məclis "Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib

11:30
07 İyul

Milli Məclis 17 məsələnin müzakirəsinə başlayıb

11:18
07 İyul

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

11:15
07 İyul

Neft qiymətləri geosiyasi amillərdən asılı alacaq

10:47
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!