12 Avqust 2026 08:30
389
SİYASƏT
A- A+
Azərbaycanın etibarlı tərəfdaşlıq və sülh modeli

Azərbaycanın etibarlı tərəfdaşlıq və sülh modeli


Bu gün Azərbaycan dünyada sözü ilə əməli bir olan, etibarlı və müstəqil dövlət kimi tanınır. Cənubi Qafqazda sülhü və sabitliyi təmin edən rəsmi Bakı, qlobal səviyyədə hücum və gərginliklərin artdığı bir dövrdə həm böyük iqtisadi layihələrin mərkəzinə çevrilib, həm də çətin günlərdə dost ölkələrin yanındadır.


Qlobal logistika və enerji memarlığı 


Cənubi Qafqazın geosiyasi mənzərəsini kökündən dəyişən ən böyük siyasi zəfər,  Azərbaycanın şərtləri əsasında de-fakto sülhün təmin edilməsidir. Ötən ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni paraflanaraq Birgə Bəyannamə imzalandı. 30 illik münaqişəyə son qoyan bu tarixi addımdan dərhal sonra Bakı yalnız bəyanatlarla kifayətlənməyib, praktiki addımlara keçdi.

Bu gün Azərbaycan tərəfindən təchiz edilən benzin və dizel yanacağının Ermənistana ötürülməsi, bölgədə düşmənçilik səhifəsinin bağlanaraq real iqtisadi inteqrasiyanın başladığını göstərir. Eyni zamanda Vaşinqton razılaşmalarının tərkib hissəsi olan Zəngəzur dəhlizinin (TRIPP) açılması perspektivi yalnız Naxçıvanla birbaşa quru əlaqəsini bərpa etməyəcək, həm də türk dünyasını və bütövlükdə Avrasiya ticarət marşrutlarını bir-birinə bağlayan yeni həyat arteriyası olacaq.

Alternativ marşrutların riskli hala gəldiyi müasir dövrdə Azərbaycanın mərkəzində dayandığı Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Avrasiyanın ən təhlükəsiz və operativ ticarət xəttinə çevrilib. Enerji təhlükəsizliyində isə Bakının Avropanın xilaskarına çevrildiyini desək yanılmarıq. Azərbaycan qazı artıq Avropa İttifaqının 10 üzv dövlətinə çatdırılır.

Ənənəvi resurslarla yanaşı, külək və günəş enerjisi ixracı üzrə irimiqyaslı layihələr Aİ-nin enerji keçidi strategiyasında Azərbaycanı açar aktora çevirir.

Azərbaycanı xarici investorlar üçün təhlükəsizlik adasına çevirən əsas amil ölkədəki sarsılmaz sabitlik mühitidir. Eyni zamanda Bakı bir-birinə rəqib olan qlobal güc mərkəzləri ilə bərabərhüquqlu və strateji tərəfdaşlıq qurmağı bacaran unikal diplomatiya yürütməkdədir. 

Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanmış Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, cari ilin fevralında ABŞ və Azərbaycan arasında Bakıda imzalanan Strateji Tərəfdaşlıq Xartiyası, bu ilin iyulunda Almaniya ilə imzalanmış "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" kimi strateji sənədlər  dünyanın aparıcı gücləri ilə münasibətlərin institusional zirvəsidir.

Son illərdə Azərbaycanın Mərkəzi Asiya istiqamətində yürütdüyü xarici siyasət, regional siyasətin sistemli və təsisatlaşmış əsasını qoyub. Dövlət başçıları səviyyəsində aparılan intensiv diplomatiya bu prosesin aparıcı qüvvəsidir. Təkcə 2023-cü ildən etibarən Prezident İlham Əliyevin Mərkəzi Asiyanın qardaş ölkələrinə 16 dəfə səfər etməsi, bu regionun liderlərinin isə Azərbaycana 26 dəfə gəlməsi təmasların nə dərəcədə yüksək dinamikaya malik olduğunu nümayiş etdirir. Bu göstərici, Cənubi Qafqaz və Mərkəzi Asiyanın artıq vahid geosiyasi və geoiqtisadi arena kimi hərəkət etdiyinin aydın sübutudur.

Prezident Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş Sülh Şurasında təsisçi üzv kimi ölkəmizin iştirakı isə Azərbaycanın qlobal sülh platformalarında söz sahibi olduğunun təzahürüdür. Sülhü yalnız sözdə deyil, həm də əməli addımları, təşəbbüsləri və tərəfdaşlıq layihələri ilə əyani şəkildə dəstəkləyən Bakı siyasi iradə və uğurlu diplomatiya ilə barışın mümkün olduğunu ortaya qoyur. 


Bəşəri humanizm və həmrəylik


Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri qonşu dövlətlərlə suverenliyə, bərabərhüquqluluğa və dar günlərdə qarşılıqlı dəstəyə söykənən münasibətlərin inkişaf etdirilməsidir. Bu xüsusda qonşu İranla əlaqələr hər zaman xüsusi dinamikası ilə seçilib. Bu günlərdə İran Prezidenti Məsud Pezeşkianın müharibə dövründə Azərbaycanın Tehrana göstərdiyi dəstəyi və logistik imkanları xüsusi vurğulaması Bakının çətin anlarda sınanmış etibarlı qonşu olduğunu bir daha göstərdi.

Bu səmimi bəyanata cavab olaraq Prezident İlham Əliyevin öz "X" səhifəsində bildirdiyi minnətdarlıq fikirləri iki ölkə arasındakı tarixi və mənəvi bağların dərinliyini ifadə edir: "Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi". 

Bu diplomatik dialoq bir daha sübut edir ki, Azərbaycan öz ərazisindən üçüncü qüvvələrin regionda gərginlik yaratmasına imkan vermədiyi kimi, qonşularının çətin günlərində də daim real kömək və logistik imkanları ilə dayaq olmağa hazırdır.

Ölkəmizin etibarlı tərəfdaş imici yalnız iqtisadi və siyasi layihələrlə bitmir. Qlobal problemlərin həllində fəal iştirak edən, onların dialoq yolu ilə aradan qaldırılması üçün əməli işlər həyata keçirən Azərbaycanın, eyni zamanda beynəlxalq humanitar böhranlar zamanı ilk köməyə çatan ölkələrdən olması da gerçəklikdir. Pandemiya dövründə 100-ə yaxın ölkəyə göstərilən maliyyə və tibbi yardımlar, BMT və ÜST müstəvisindəki təşəbbüslər, həmçinin Afrika qitəsi ölkələrinə çoxtərəfli və ikitərəfli əsasda müxtəlif zamanlarda humanitar və inkişafa yardım xarakterli dəstək göstərilməsi bunun bariz sübutlarıdır. Müasir böhranlar zamanı da Azərbaycan öz humanitar missiyasına sadiq qalaraq dost ölkələrə yardım əli uzadır. Azərbaycan Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Ukrayna xalqına mütəmadi olaraq humanitar yardım göndərir.

Avqustun 6-da Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukrayna xalqına göstərilən ardıcıl və mütəmadi humanitar dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirməsi, Bakının bəşəri dəyərlərə verdiyi yüksək qiymətin növbəti təsdiqidir.

Bütün bu faktlar Azərbaycanın sözü ilə əməli üst-üstə düşən, regionda sülhün və inkişafın baş zəmanətçisi olan müstəqil güc mərkəzi kimi qlobal səviyyədə qəbul edildiyini göstərir. Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən Azərbaycan, yürütdüyü məsuliyyətli siyasətlə təkcə öz milli maraqlarını qorumur, həm də bütün Avrasiya coğrafiyasının daha təhlükəsiz, inteqrasiya olunmuş və firavan gələcəyini inşa edir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanın inkişafı bütövlükdə Azərbaycanın strateji imkanlarını genişləndirir  

12:41
12 Avqust

Prezidentin diplomatik uzaqgörənliyi Cənubi Qafqazdakı geostrateji qeyri-müəyyənliyə son qoyub 

12:26
12 Avqust

Naxçıvan üçün yeni era: Zəfərdən doğan inkişaf və böyük imkanlar

12:17
12 Avqust

Azərbaycanın gənc alimləri Tatarıstanda XIII Beynəlxalq Arxeologiya Məktəbində iştirak edirlər

12:02
12 Avqust

Naxçıvan regional inkişaf strategiyasının mühüm halqası kimi çıxış edir 

12:00
12 Avqust

Özbəkistanda neft-qaz bazarında sabitliyin təmin edilməsi məsələləri müzakirə olunub

11:55
12 Avqust

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

11:50
12 Avqust

Günəşdən işığa: Naxçıvanın “yaşıl enerji” hədəfləri 

11:37
12 Avqust

Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ 

11:12
12 Avqust

SOCAR 2025-ci il üzrə Dayanıqlılıq Hesabatını dərc edib

11:09
12 Avqust

Beynəlxalq Əmək Təşkilatı: Qlobal miqyasda işsiz gənclərin sayı təqribən 257 milyon nəfərə çatıb

11:07
12 Avqust

"Sabah" UEFA Çempionlar Liqasında pley-offa yüksəlib

11:06
12 Avqust

Müdafiə Nazirliyinin rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub

10:40
12 Avqust

Avropanı bürüyən yeni istilik dalğası həyatı iflic edir

10:00
12 Avqust

Turizmdə yeni tendensiyalar - "rəqəmsal köçərilər" və fərqli səyahət vərdişləri

09:50
12 Avqust

Qüdrətli dövlətin vətəndaşı olmaq qürurvericidir

09:40
12 Avqust

Azərbaycan gəncləri dövlət qayğısı ilə əhatə olunub

09:30
12 Avqust

"Şahdəniz Kompressiya" bir addım da irəlilədi

09:20
12 Avqust

Kapital qoyuluşunun dinamikası yüksəlir

09:10
12 Avqust

Zəhmət bəhrəsiz qalmır

09:00
12 Avqust

SOCAR: sınanmış tərəfdaş, etibarlı investor

08:50
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!