12 Avqust 2026 09:20
354
İQTİSADİYYAT
A- A+
"Şahdəniz Kompressiya" bir addım da irəlilədi

"Şahdəniz Kompressiya" bir addım da irəlilədi


Layihə üçün avtomatlaşdırma üzrə iri müqavilə imzalandı 


"Şahdəniz" konsorsiumu "Şahdəniz Kompressiya" (ŞDK) layihəsi çərçivəsində avtomatlaşdırılmış əməliyyatlar üçün lazım olan sistemlərin təminatı üzrə iri müqavilə imzalandığını elan edib. Müqavilə "Emerson" şirkətinə verilib.

Bir neçə gün əvvəl isə BP özünün yarımillik hesabatında bu layihə üzrə görülən işlər barədə ətraflı məlumat vermişdi. Əməliyyatçı şirkət bildirmişdi ki, cari ilin birinci yarısında ŞDK layihəsi təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq irəliləyib. Eyniadlı platformanın üst modullarının və dayaq blokunun tikintisi işləri müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam edib. 

2,9 milyard dollar dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz, eləcə də 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

 Layihə çərçivəsində yeni bir kompressiya obyektinin - elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu) inşası nəzərdə tutulur. Layihə həmçinin "Şahdəniz" müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də "Şahdəniz Alfa" (ŞDA) və "Şahdəniz Bravo" (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

 Yeni müqavilə ŞDK platformasının məsafədən idarə olunması üçün inteqrasiya olunmuş idarəetmə və təhlükəsizlik sistemlərinin, o cümlədən texnoloji proseslərə nəzarət, təhlükəsizlik məqsədilə dayandırma, yanğın və qazın aşkarlanması və enerji idarəetmə sistemlərinin təminatını əhatə edir.

Birlikdə bu sistemlər platformadakı vacib əməliyyatların real vaxt rejimində izlənməsinə və məsafədən idarə olunmasına imkan verəcək. Bu, əməliyyat xərclərinin azaldılması və uzunmüddətli iş icrasının təmin olunması ilə bərabər təhlükəsizliyin, etibarlılığın və əməliyyat səmərəliliyinin artırılmasına kömək edəcək.

Bir neçə kəlmə də müqavilə verilən şirkət barədə. "Emerson" yəni "Emerson Electric" ABŞ mənşəli iri qlobal texnologiya və mühəndislik şirkətidir. Baş ofisi ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində yerləşir. Şirkət 1890-cı ildə yaradılıb və sənaye avtomatlaşdırılması, texnoloji avadanlıqlar sahəsində fəaliyyət göstərir.

BP-nin layihələr üzrə baş meneceri İlqar MƏmmƏdov deyib: "Bu müqavilənin imzalanması ŞDK layihəsinin həyata keçirilməsini dəstəkləyən mühüm bir addımdır. Avtomatlaşdırma və idarəetmə sistemləri heyətsiz qurğu kimi nəzərdə tutulan ŞDK platformasının vacib komponentlərindən biri olacaq və platformanın bütün istismar müddəti ərzində onun təhlükəsiz və səmərəli fəaliyyətini dəstəkləyəcək. Bu mühüm müqavilənin verilməsi layihə üzrə işlərin sürətlə irəlilədiyi bir vaxta düşür. Belə ki, bu işlərin ümumilikdə təxminən 30 faizi artıq tamamlanıb. Hazırda təqribən 2700 nəfər layihəyə cəlb olunub. Layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə mühəndislik və istehsal işləri plana uyğun irəliləyir və həmin  işlərdə Azərbaycanın yerli resurslarından, təcrübə və sənaye imkanlarından geniş şəkildə istifadə olunur".

Hazırda layihə üzrə inşaat işləri davam edir. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin il "Şahdəniz Alfa"dan, 2030-cu ildə isə "Şahdəniz Bravo"dan çıxarılan qaz həcmlərini kompressiya etmək üçün hazır olacağı planlaşdırılır.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanın inkişafı bütövlükdə Azərbaycanın strateji imkanlarını genişləndirir  

12:41
12 Avqust

Prezidentin diplomatik uzaqgörənliyi Cənubi Qafqazdakı geostrateji qeyri-müəyyənliyə son qoyub 

12:26
12 Avqust

Naxçıvan üçün yeni era: Zəfərdən doğan inkişaf və böyük imkanlar

12:17
12 Avqust

Azərbaycanın gənc alimləri Tatarıstanda XIII Beynəlxalq Arxeologiya Məktəbində iştirak edirlər

12:02
12 Avqust

Naxçıvan regional inkişaf strategiyasının mühüm halqası kimi çıxış edir 

12:00
12 Avqust

Özbəkistanda neft-qaz bazarında sabitliyin təmin edilməsi məsələləri müzakirə olunub

11:55
12 Avqust

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

11:50
12 Avqust

Günəşdən işığa: Naxçıvanın “yaşıl enerji” hədəfləri 

11:37
12 Avqust

Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ 

11:12
12 Avqust

SOCAR 2025-ci il üzrə Dayanıqlılıq Hesabatını dərc edib

11:09
12 Avqust

Beynəlxalq Əmək Təşkilatı: Qlobal miqyasda işsiz gənclərin sayı təqribən 257 milyon nəfərə çatıb

11:07
12 Avqust

"Sabah" UEFA Çempionlar Liqasında pley-offa yüksəlib

11:06
12 Avqust

Müdafiə Nazirliyinin rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub

10:40
12 Avqust

Avropanı bürüyən yeni istilik dalğası həyatı iflic edir

10:00
12 Avqust

Turizmdə yeni tendensiyalar - "rəqəmsal köçərilər" və fərqli səyahət vərdişləri

09:50
12 Avqust

Qüdrətli dövlətin vətəndaşı olmaq qürurvericidir

09:40
12 Avqust

Azərbaycan gəncləri dövlət qayğısı ilə əhatə olunub

09:30
12 Avqust

"Şahdəniz Kompressiya" bir addım da irəlilədi

09:20
12 Avqust

Kapital qoyuluşunun dinamikası yüksəlir

09:10
12 Avqust

Zəhmət bəhrəsiz qalmır

09:00
12 Avqust

SOCAR: sınanmış tərəfdaş, etibarlı investor

08:50
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!