08 Avqust 2026 11:06
421
SİYASƏT
A- A+
Azərbaycan-Amerika əlaqələrinin inkişafında yeni mərhələ   

Azərbaycan-Amerika əlaqələrinin inkişafında yeni mərhələ   


8 avqust 2026-cı il Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən tarixi görüşün bir ili tamam olur. Bir il əvvəl Ağ Evdə baş tutan görüş, eyni zamanda, Azərbayca-ABŞ əlaqələrinin inkişafında da yeni mərhələnin əsasını qoydu. 

Milli Məclisin deputatı Könül NURULLAYEVA qəzetimizə açıqlamasında deyib ki, son illər ABŞ-Azərbaycan münasibətləri müxtəlif mərhələlərdən keçib. Xüsusilə Co Bayden administrasiyası dövründə Vaşinqtonun Azərbaycana münasibətində müşahidə olunan soyuqluq və birtərəfli yanaşmalar ikitərəfli əməkdaşlığın inkişafına mənfi təsir göstərmişdi. "Bu dövrdə ABŞ administrasiyası regionda yaranmış yeni geosiyasi reallıqları tam nəzərə almayan siyasət yürüdür, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra formalaşan vəziyyətə adekvat münasibət sərgiləmirdi. Əslində bu yanaşmanın kökləri daha əvvələ gedib çıxır. Co Bayden senator olduğu dövrdə də Azərbaycana qarşı məhdudlaşdırıcı təşəbbüslərin tərəfdarlarından biri kimi çıxış etmişdi. Prezidentliyi dövründə isə onun administrasiyasının Cənubi Qafqaza baxışı daha çox qarşıdurma və geosiyasi rəqabət prizmasından formalaşmışdı. Bu isə regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olmasına xidmət etmirdi",- deyə o əlavə edib.

Deputat qeyd edib ki, Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsi ilə Vaşinqtonun xarici siyasətində fərqli yanaşma formalaşıb. Prezident İlham Əliyevin də vurğuladığı kimi, yeni administrasiya beynəlxalq münasibətlərdə qarşıdurmadan daha çox dialoq və əməkdaşlıq xəttinə üstünlük verməyə başladı. 

K.Nurullayeva vurğulayıb ki, Vaşinqton görüşünün ən mühüm nəticələrindən biri Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması, regionda kommunikasiyaların açılması istiqamətində siyasi iradənin nümayiş etdirilməsi və ATƏT-in Minsk prosesi ilə bağlı yeni yanaşmanın ortaya qoyulması oldu: "Tərəflərin imzaladığı Birgə Bəyannamə Cənubi Qafqazda postmünaqişə dövrünün siyasi çərçivəsini müəyyənləşdirən mühüm sənəddir. Bu görüş Azərbaycan-ABŞ münasibətlərinin də yeni mərhələyə keçidini sürətləndirdi. Prezident İlham Əliyevin bu tarixi görüşdən sonra Vaşinqtonda yerli telekanallara verdiyi müsahibədə qeyd etdiyi kimi, iki ölkə arasında əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açıldı. Bu çərçivədə Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması barədə razılıq əldə olundu ki, bu da münasibətlərin institusional əsasda inkişafına xidmət edən mühüm addım idi. Xartiyanın hazırlanması üzrə Strateji İşçi Qrupunun yaradılması gələcək əməkdaşlığın istiqamətlərini – investisiya, enerji, nəqliyyat, kommunikasiya, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və digər sahələri əhatə edir. Beləliklə, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli ön plana çıxdı və münasibətlərdə praqmatik yanaşma gücləndi. Terrorizmlə mübarizə, sərhəd təhlükəsizliyi, kibertəhlükəsizlik və regional sabitlik məsələləri üzrə əməkdaşlıq davam etdirildi. Azərbaycan regionun təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi qiymətləndirildi".

Deputat bildirib ki, Vaşinqton görüşündən sonra Amerika biznes dairələrinin Azərbaycana marağının artması müşahidə olunur. Son bir il ərzində müşahidə olunan dinamika göstərir ki, Vaşinqton görüşü Azərbaycan-Amerika əlaqələrində yeni siyasi atmosfer formalaşdırıb. Enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-logistika layihələri, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləri üzrə dialoq daha intensiv xarakter aldı. ABŞ Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığı qəbul edən və regionun gələcəyini bu reallıq üzərində qurmağa çalışan əsas beynəlxalq aktorlardan biri kimi çıxış etməyə başladı.Azərbaycan da öz növbəsində ABŞ ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı inkişaf etdirməyə üstünlük verdi. Rəsmi Bakı göstərdi ki, müxtəlif güc mərkəzləri ilə konstruktiv münasibətlər qurmaq Azərbaycanın milli maraqlarına xidmət edən strateji seçimdir.

K.Nurullayeva qeyd edib ki, Vaşinqton görüşünün daha bir mühüm nəticəsi Azərbaycanın beynəlxalq nüfuzunun artması oldu: "Dünyanın ən böyük siyasi mərkəzlərindən biri olan Ağ Evdə sülh prosesinin əsas iştirakçısı kimi çıxış etməsi Azərbaycanın regionun aparıcı siyasi aktoru statusunu bir daha təsdiqlədi. Bu, həm də rəsmi Bakının son illərdə həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasətin məntiqi nəticəsi idi.

Son bir il ərzində dialoqun intensivləşməsi qarşılıqlı maraqların daha aydın şəkildə uzlaşdığını göstərir. Mövcud geosiyasi şərait fonunda Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri kifayət qədər geniş görünür. Xüsusilə enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, rəqəmsal iqtisadiyyat, investisiyalar və regional təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur.

Vaşinqton görüşü sübut etdi ki, güclü siyasi iradə və qarşılıqlı hörmət əsasında qurulan diplomatiya regional problemləri həll etməklə yanaşı, dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə də xidmət edə bilir".

Deputat sonda vurğulayıb ki, son bir ilin mənzərəsi də Azərbaycan-ABŞ münasibətlərində əsas tendensiyanın strateji dialoq, qarşılıqlı etimad və praktiki əməkdaşlığın genişlənməsi istiqamətində davam edir.


Əsmər QARDAŞXANOVA,

" Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

13:32
08 Avqust

Vaşinqton görüşləri Azərbaycanın zəfər diplomatiyasında yeni mərhələ oldu

13:19
08 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

13:03
08 Avqust

Vaşinqton görüşü sülh prosesinin və ABŞ ilə münasibətlərin tarixi dönüş nöqtəsidir

12:47
08 Avqust

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır  

12:02
08 Avqust

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir  

11:35
08 Avqust

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq 

11:30
08 Avqust

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır  

11:25
08 Avqust

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub  

11:20
08 Avqust

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi  

11:15
08 Avqust

Prezident İlham Əliyevin sülh strategiyası: Zəfərdən yeni regional düzənə

11:13
08 Avqust

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb  

11:13
08 Avqust

Dünyada 2,2 milyard insanın görmə problemi var  

11:11
08 Avqust

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur  

11:09
08 Avqust

Azərbaycan-Amerika əlaqələrinin inkişafında yeni mərhələ   

11:06
08 Avqust

Azərbaycan-ABŞ münasibətlərində uğurlu səhifə açılıb  

11:03
08 Avqust

Bilmək istəyirəm

08:30
08 Avqust

Türk birliyi: tarixi yaddaşdan yeni geosiyasi gücə doğru

08:20
08 Avqust

Vaşinqton Zirvəsindən bir il sonra: Cənubi Qafqazın yeni geosiyasi nizamı və Azərbaycanın strateji liderliyi

08:10
08 Avqust

Azərbaycanın yeni dövlət davranış modeli: müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa

08:00
08 Avqust

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:16
08 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!