12 Avqust 2026 11:50
176
Təhsil
A- A+
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb


Rezidenturaya qəbul olmaq istəyənlər avqustun 12-dən 16-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında ixtisas seçimi edə bilərlər.

DİM-dən AZƏRTAC-a bildirilib ki, ixtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

“Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Qəbul aparılan klinik bazalar haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, avqustun 9-da keçirilmiş imtahanda iştirak edən 991 namizəddən 827 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb. Bu məqamda öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

DİM-in saytında istiqamətlər və ballar üzrə histoqramlar yerləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnsanların nə qədər günəş işığına ehtiyacı var?

13:38
12 Avqust

Naxçıvan iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyur

13:36
12 Avqust

Süni intellekt işi yüngülləşdirirmi? 

13:34
12 Avqust

Yuxu pozuntusu Altzheymerin ilk xəbərçisi ola bilər

13:33
12 Avqust

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar

13:28
12 Avqust

Naxçıvan Türk dünyasının birləşdirici məkanına çevriləcək

13:22
12 Avqust

“Çelsi” ispaniyalı futbolçunun transferini elan edib

13:20
12 Avqust

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

13:12
12 Avqust

Naxçıvan ölkəmizə yeni strateji üstünlüklər qazandıracaq

12:48
12 Avqust

Naxçıvanın inkişafı bütövlükdə Azərbaycanın strateji imkanlarını genişləndirir  

12:41
12 Avqust

Prezidentin diplomatik uzaqgörənliyi Cənubi Qafqazdakı geostrateji qeyri-müəyyənliyə son qoyub 

12:26
12 Avqust

Naxçıvan üçün yeni era: Zəfərdən doğan inkişaf və böyük imkanlar

12:17
12 Avqust

Azərbaycanın gənc alimləri Tatarıstanda XIII Beynəlxalq Arxeologiya Məktəbində iştirak edirlər

12:02
12 Avqust

Naxçıvan regional inkişaf strategiyasının mühüm halqası kimi çıxış edir 

12:00
12 Avqust

Özbəkistanda neft-qaz bazarında sabitliyin təmin edilməsi məsələləri müzakirə olunub

11:55
12 Avqust

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

11:50
12 Avqust

Günəşdən işığa: Naxçıvanın “yaşıl enerji” hədəfləri 

11:37
12 Avqust

Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ 

11:12
12 Avqust

SOCAR 2025-ci il üzrə Dayanıqlılıq Hesabatını dərc edib

11:09
12 Avqust

Beynəlxalq Əmək Təşkilatı: Qlobal miqyasda işsiz gənclərin sayı təqribən 257 milyon nəfərə çatıb

11:07
12 Avqust

"Sabah" UEFA Çempionlar Liqasında pley-offa yüksəlib

11:06
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!