12 Avqust 2026 11:09
255
İQTİSADİYYAT
A- A+
SOCAR 2025-ci il üzrə Dayanıqlılıq Hesabatını dərc edib

SOCAR 2025-ci il üzrə Dayanıqlılıq Hesabatını dərc edib


SOCAR-ın 2025-ci il üzrə Dayanıqlılıq Hesabatı dərc edilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkətin ətraf mühit, sosial, idarəetmə (ESG) və iqtisadi fəaliyyətinin nəticələrini əks etdirən hesabatda SOCAR-ın Azərbaycanda həyata keçirdiyi əməliyyatlar və xarici ölkələrdəki əsas fəaliyyətləri üzrə dayanıqlılıq göstəriciləri beynəlxalq hesabatlılıq tələblərinə uyğun, şəffaf, etibarlı və müqayisə oluna bilən şəkildə açıqlanır.

2025-ci il SOCAR-da dayanıqlılığın korporativ idarəetmə sisteminə inteqrasiyası baxımından mühüm mərhələ olub. Hesabat dövründə şirkətdə ilk dəfə İkiqat Əhəmiyyətlilik Qiymətləndirilməsi (Double Materiality Assessment) aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən, iqlim dəyişikliyi, biznes etikası və çirklənmə SOCAR üçün ən əhəmiyyətli dayanıqlılıq mövzuları kimi müəyyən edilib. Bununla yanaşı, ESG məlumatlarının vahid rəqəmsal platforma vasitəsilə idarə olunmasını təmin edən “ESG Data Platforması” istifadəyə verilib ki, bu da məlumatların keyfiyyətini, izlənilə bilənliyini və hesabatlılıq prosesinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.

Hesabatda SOCAR-ın iqlim fəaliyyəti istiqamətində əldə etdiyi əsas nəticələr də öz əksini tapıb. Belə ki, SOCAR-ın 2025-ci ildə təsdiq olunan Dekarbonizasiya Yol Xəritəsində karbon və metan emissiyalarının azaldılması, elektrikləşdirmə, karbonun tutulması texnologiyalarının tətbiqi, enerji səmərəliliyinin artırılması və bərpaolunan enerji mənbələrinin genişləndirilməsi üzrə əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Hesabat ilində SOCAR-ın Azərbaycan üzrə əməliyyatlarında, əsasən SOCAR-ın "Azneft" İB-də sızmaların aşkarlanması və aradan qaldırılması proqramının (LDAR) həyata keçirilməsi nəticəsində təxminən 1 milyon ton CO₂ ekvivalenti həcmində istixana qazı emissiyası azaldılıb.

Şirkət hesabat dövründə dayanıqlı maliyyələşmə istiqamətində də mühüm addımlar atıb. SOCAR bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsini dəstəkləmək məqsədilə 200 milyon ABŞ dolları məbləğində Yaşıl İstiqrazlar buraxıb.

İnsan kapitalının inkişafı şirkətin əsas prioritetlərindən biri olaraq qalır. 2025-ci ildə Liderlik Akademiyası, Enerji Liderləri və Gənc İstedadlar proqramları da daxil olmaqla, əməkdaşların inkişaf məqsədilə bir sıra proqramlar həyata keçirilib. SOCAR Qrupun əməkdaşları üçün 1 milyondan çox təlim saatı təşkil olunub, Azərbaycan üzrə işçilərin bağlılıq göstəricisi 84 faiz, məmnunluq səviyyəsi isə 78 faiz təşkil edib. Eyni zamanda, hesabat ilində SOCAR Qrupunun sosial xərcləri 412 milyon manat olub.

Hesabatda SOCAR-ın yerli iqtisadiyyatın inkişafına verdiyi töhfə də öz əksini tapıb. 2025-ci ildə SOCAR-ın Azərbaycan Respublikası üzrə yerli təchizatçılara yönəldilən satınalma xərclərinin payı 82 faizdən 88 faizə yüksəlib. Bu nəticə yerli təchizat zəncirinin inkişafına, yerli bizneslərin dəstəklənməsinə və ölkə daxilində iqtisadi dəyərin artırılmasına SOCAR-ın davamlı töhfəsini əks etdirir.

Ümumilikdə hesabat SOCAR-da dayanıqlılığın korporativ idarəetmə, əməliyyat fəaliyyəti və strateji qərar qəbuletmə proseslərinə inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətləri nümayiş etdirir.

Qeyd edək ki, GRI Standartlarına, o cümlədən GRI 11: Neft və Qaz Sektoru Standartına uyğun hazırlanan hesabat “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin ölkəmizdəki filialı tərəfindən müstəqil təminat yoxlamasından keçirilib. Hesabat hazırlanarkən BMT Qlobal Sazişi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM), SASB və Avropa Dayanıqlılıq Hesabatlılığı Standartlarının (ESRS) prinsipləri nəzərə alınıb.

2025-ci il üzrə Dayanıqlılıq Hesabatı ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanın inkişafı bütövlükdə Azərbaycanın strateji imkanlarını genişləndirir  

12:41
12 Avqust

Prezidentin diplomatik uzaqgörənliyi Cənubi Qafqazdakı geostrateji qeyri-müəyyənliyə son qoyub 

12:26
12 Avqust

Naxçıvan üçün yeni era: Zəfərdən doğan inkişaf və böyük imkanlar

12:17
12 Avqust

Azərbaycanın gənc alimləri Tatarıstanda XIII Beynəlxalq Arxeologiya Məktəbində iştirak edirlər

12:02
12 Avqust

Naxçıvan regional inkişaf strategiyasının mühüm halqası kimi çıxış edir 

12:00
12 Avqust

Özbəkistanda neft-qaz bazarında sabitliyin təmin edilməsi məsələləri müzakirə olunub

11:55
12 Avqust

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

11:50
12 Avqust

Günəşdən işığa: Naxçıvanın “yaşıl enerji” hədəfləri 

11:37
12 Avqust

Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ 

11:12
12 Avqust

SOCAR 2025-ci il üzrə Dayanıqlılıq Hesabatını dərc edib

11:09
12 Avqust

Beynəlxalq Əmək Təşkilatı: Qlobal miqyasda işsiz gənclərin sayı təqribən 257 milyon nəfərə çatıb

11:07
12 Avqust

"Sabah" UEFA Çempionlar Liqasında pley-offa yüksəlib

11:06
12 Avqust

Müdafiə Nazirliyinin rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub

10:40
12 Avqust

Avropanı bürüyən yeni istilik dalğası həyatı iflic edir

10:00
12 Avqust

Turizmdə yeni tendensiyalar - "rəqəmsal köçərilər" və fərqli səyahət vərdişləri

09:50
12 Avqust

Qüdrətli dövlətin vətəndaşı olmaq qürurvericidir

09:40
12 Avqust

Azərbaycan gəncləri dövlət qayğısı ilə əhatə olunub

09:30
12 Avqust

"Şahdəniz Kompressiya" bir addım da irəlilədi

09:20
12 Avqust

Kapital qoyuluşunun dinamikası yüksəlir

09:10
12 Avqust

Zəhmət bəhrəsiz qalmır

09:00
12 Avqust

SOCAR: sınanmış tərəfdaş, etibarlı investor

08:50
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!