12 Avqust 2026 09:10
288
İQTİSADİYYAT
A- A+
Kapital qoyuluşunun dinamikası yüksəlir

Kapital qoyuluşunun dinamikası yüksəlir


Azərbaycanda yaradılan münbit investisiya mühiti yerli və xarici sərmayəçilər üçün cəlbedici olaraq qalır. Səbəb həm də ölkəmizdə investisiyanın qanunla etibarlı  qorunmasıdır.  Kapital qoyuluşunda bu şərt son dərəcə vacibdir.

Dünyada baş verən məlum proseslər səbəbindən qlobal iqtisadiyyatda kapital qoyuluşu xeyli azalmışdır. Bu mənfi proseslər ölkəmizdən də yan keçməmişdir. Belə olan halda dövlət ölkənin iqtisadi inkişafındakı dinamikanı qoruyub saxlamaq üçün özü birbaşa investor kimi çıxış edir. Bunun sayəsində iqtisadiyyatda əldə olunan uğurları qoruyub saxlamaq mümkün olur. 

Cari ilin birinci yarısında ölkəmizdə kapital qoyuluşunda yerli və xarici investorların aktivliyinin artması dövlətin daha geniş təşviqedici tədbirlərinin nəticəsidir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında ölkənin sosial-iqtisadi sahələrinin inkişafı üçün bütün mənbələrdən əsas kapitala 9 milyard 295,2 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz çox investisiya yönəldilmişdir. Hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 34,3, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 5,5 faiz artmışdır.

Ölkənin iqtisadi inkişafı üçün investisiya qoyularkən onun səmərəliliyi də nəzərə alınır. Belə ki, qoyulan ümumi sərmayənin 54,2 faizindən məhsul istehsalı, 31,8 faizindən xidmət, 14 faizindən isə yaşayış evlərinin tikintisində istifadə olunub.

Qeyd edildiyi kimi, məlum səbəblərdən, o cümlədən daha çox pandemiya illərində bir neçə il kapital qoyuluşunda dövlətin payı yüksək olub. Sonralar isə sərmayə qoyuluşunda qeyri-dövlət sektorunun payı yenidən yüksəlməyə başlayıb. Hesabat dövründə ölkə üzrə yatırılan ümumi sərmayənin 58,2 faizi qeyri-dövlət, 41,8 faizi isə dövlət sektorlarına məxsusdur. Kapital qoyuluşunda daxili mənbələrin payı yüksək olaraq qalır. Hesabat dövründə daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların dəyəri ümumi sərmayənin 74,2 faizini təşkil edib. Xarici sərmayələrə gəldikdə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 2 milyard 395 milyon manat məbləğində investisiya yatırılıb. Bu da ötən ilin eyni dövründəki göstəricilərlə müqayisədə 18,2 faiz çoxdur. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 1 milyard 935 milyon manatından neft-qaz, 459,5 milyon manatından qeyri-neft-qaz sektorlarında istifadə olunub. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanın inkişafı bütövlükdə Azərbaycanın strateji imkanlarını genişləndirir  

12:41
12 Avqust

Prezidentin diplomatik uzaqgörənliyi Cənubi Qafqazdakı geostrateji qeyri-müəyyənliyə son qoyub 

12:26
12 Avqust

Naxçıvan üçün yeni era: Zəfərdən doğan inkişaf və böyük imkanlar

12:17
12 Avqust

Azərbaycanın gənc alimləri Tatarıstanda XIII Beynəlxalq Arxeologiya Məktəbində iştirak edirlər

12:02
12 Avqust

Naxçıvan regional inkişaf strategiyasının mühüm halqası kimi çıxış edir 

12:00
12 Avqust

Özbəkistanda neft-qaz bazarında sabitliyin təmin edilməsi məsələləri müzakirə olunub

11:55
12 Avqust

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

11:50
12 Avqust

Günəşdən işığa: Naxçıvanın “yaşıl enerji” hədəfləri 

11:37
12 Avqust

Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ 

11:12
12 Avqust

SOCAR 2025-ci il üzrə Dayanıqlılıq Hesabatını dərc edib

11:09
12 Avqust

Beynəlxalq Əmək Təşkilatı: Qlobal miqyasda işsiz gənclərin sayı təqribən 257 milyon nəfərə çatıb

11:07
12 Avqust

"Sabah" UEFA Çempionlar Liqasında pley-offa yüksəlib

11:06
12 Avqust

Müdafiə Nazirliyinin rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub

10:40
12 Avqust

Avropanı bürüyən yeni istilik dalğası həyatı iflic edir

10:00
12 Avqust

Turizmdə yeni tendensiyalar - "rəqəmsal köçərilər" və fərqli səyahət vərdişləri

09:50
12 Avqust

Qüdrətli dövlətin vətəndaşı olmaq qürurvericidir

09:40
12 Avqust

Azərbaycan gəncləri dövlət qayğısı ilə əhatə olunub

09:30
12 Avqust

"Şahdəniz Kompressiya" bir addım da irəlilədi

09:20
12 Avqust

Kapital qoyuluşunun dinamikası yüksəlir

09:10
12 Avqust

Zəhmət bəhrəsiz qalmır

09:00
12 Avqust

SOCAR: sınanmış tərəfdaş, etibarlı investor

08:50
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!