12 Avqust 2026 08:50
307
İQTİSADİYYAT
A- A+
SOCAR: sınanmış tərəfdaş, etibarlı investor

SOCAR: sınanmış tərəfdaş, etibarlı investor


Artıq hamıya yaxşı məlumdur ki, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) sərhədləri aşaraq qlobal miqyasda fəaliyyət göstərən şaquli inteqrasiya olunmuş beynəlxalq enerji şirkətinə çevrilib. Azərbaycandakı çoxsahəli və çoxşaxəli işi, həyata keçirilən qobal enerji layihələrində iştirakı ilə yanaşı, bu şirkət hazırda ölkəmizdən kənarda da fəaliyyətini genişləndirməkdədir.

SOCAR-ın Türkiyədəki investisiyaları ilə qardaş ölkədə milyardlarla dollar dəyərində olan layihələr, o cümlədən STAR neft emalı zavodu və Petkim kompleksi idarə olunur.

Şirkətin xaricdəki ticarət şəbəkələri də genişdir. Məsələn, İsveçrə, Avstriya, Rumıniya, Gürcüstan və digər yerlərdə SOCAR brendi ilə pərakəndə yanacaq satışı həyata keçirilir. İsveçrədə mərkəzləşən "SOCAR Trading" qurumu isə dünya üzrə xam neft və neft məhsullarının beynəlxalq ticarətini təmin edir.

SOCAR "Cənub qaz dəhlizi" kimi qlobal layihədə iştirakı ilə Avropanın enerji təhlükəsizliyinə dəstək verir.

Cari ilin iyun ayında Bakıda keçirilən 31-ci Beynəlxalq Neft və Qaz Sərgisində SOCAR səlahiyyətlisi bildirib ki, şirkət bu gün artıq yalnız Azərbaycan fokusundan kənara çıxıb. Beynəlxalq "upstream" (xam neft və təbii qazın axtarışı, kəşfiyyatı və çıxarılması) layihələrində iştirak edir. O, "Tamar" və "Balen" layihələrinin adını çəkib və qeyd edib ki, SOCAR transformasiya mərhələsini yaşayır. Şirkət beynəlxalq tərəfdaşlıq strategiyasını formalaşdırır, kəşfiyyat və hasilat sahəsində layihələr portfelini şaxələndirir, həmçinin xarici təşəbbüslərdə iştirak vasitəsilə texnologiyaların transferini təmin edir və onun gələcək uğurunun əsası da bundadır.

Həmçinin diqqətə çatdırılıb ki, "upstream" bundan sonra yalnız yeni layihələrin işə salınması ilə deyil, həm də getdikcə artan dərəcədə - yetkin aktivlərin yenidən mənimsənilməsi, neft-qaz sistemlərinin intellektual istifadəsi və artıq fəaliyyətdə olan yataqların sürətləndirilmiş əlavə işlənməsi ilə müəyyən ediləcək. 

Bir neçə kəlmə də adıçəkilən layihələr haqqında. Bu ilin yanvar ayında SOCAR "Union Energy" şirkəti ilə Aralıq dənizində ən böyük ofşor qaz yataqlarından biri olan "Tamar"da həyata keçirilən layihədə 10 faiz payın alınması üçün müqavilə imzalayıb. 

İsrail sahillərində yerləşən "Tamar" yatağı regionun əsas təbii qaz təchizatçısıdır. "Tamar" enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır. Layihənin operatoru ABŞ-nin "Chevron" şirkətidir.

SOCAR-la "PETROCI Holding"in əməkdaşlığının tarixi qısa olsa da, yaranmış əlaqələr məmnunluq doğurur. Hər iki şirkətin Qərbi Afrikadakı nəhəng "Baleine" layihəsində iştirakını uğurlu əməkdaşlığın bünövrəsi saymaq olar. 

"Baleine" Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biridir. Dənizdə yerləşən nəhəng yataq 2021-ci ildə kəşf edilib və 2023-cü ildə burada hasilata başlanılıb. Bu yataq dəniz səviyyəsindən təqribən 1200 metr dərinlikdə "məskunlaşıb".

"Baleine" Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsidir. 

SOCAR "Baleine" yatağının işlənməsi layihəsində iştirak payının alınması ilə bağlı sazişi "Eni S.p.A." şirkəti ilə bu ilin yanvarında imzalayıb. Bu saziş SOCAR-ın Afrika qitəsinin zəngin neft-qaz resurslarına çıxışını təmin etməklə yanaşı, şirkətin qlobal genişlənmə strategiyasına tam uyğundur. Sənədə Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Eni S.p.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi imza atıblar. 

SOCAR layihədə 10 faiz iştirak payına malikdir. Qalan iştirak payları əsas operator olan "Eni", həmçinin "PETROCI" və "Vitol" şirkətləri arasında bölünüb. 

Qeyd edək ki, hazırda "Baleine" yatağından işlənmənin 1-ci və 2-ci mərhələləri çərçivəsində gündəlik 62 min bareldən artıq neft və 2,1 milyon kubmetrdən çox qaz çıxarılır. 4 milyard dollar investisiya ilə təsdiqlənən və inşası davam edən 3-cü mərhələnin işə düşməsi ilə hasilatın gündəlik 150 min barel neftə və 5,7 milyon kubmetr qaza çatdırılması gözlənilir. Yataqdakı neftin potensial həcminin təxminən 2,5 milyard barel, təbii qaz ehtiyatlarının isə 3,3 trilyon kubfut (93,4 milyard kubmetr) olduğu bildirilir.

SOCAR-a aid daha bir yenilik odur ki, "Moody's" beynəlxalq reytinq agentliyi keçən ay şirkətin uzunmüddətli kredit reytinqini Baa3 səviyyəsində, proqnozunu isə "stabil" olaraq təsdiq edib. Bununla da SOCAR ötən il əldə etdiyi investisiya oluna bilən kredit reytinqini uğurla qoruyub saxlayıb.

Bu qərar SOCAR-ın maliyyə dayanıqlığının, kredit profilinin və beynəlxalq kapital bazarlarında etibarlı borcalan mövqeyinin növbəti əyani təsdiqidir. Eyni zamanda bu, şirkətin uzunmüddətli maliyyə siyasətinin və intizamının, davamlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlərin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini göstərir.

"Moody's" qiymətləndirməsində SOCAR-ın Azərbaycan iqtisadiyyatı və enerji sektorunda strateji rolu, inteqrasiya olunmuş fəaliyyət modeli, sağlam maliyyə göstəriciləri və güclü kredit metrikləri reytinqi dəstəkləyən əsas faktorlar kimi qeyd edilib.

Beləliklə, investisiya oluna bilən kredit reytinqinin qorunub saxlanılması beynəlxalq kapital bazarlarında investor etimadının möhkəmlənməsinə, maliyyə institutları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə və şirkətin maliyyələşmə imkanlarının genişlənməsinə töhfə verən mühüm amillərdəndir. Bu, eyni zamanda SOCAR-ın beynəlxalq kapital bazarlarında etimad göstərilən tərəfdaş kimi mövqeyini daha da gücləndirir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanın inkişafı bütövlükdə Azərbaycanın strateji imkanlarını genişləndirir  

12:41
12 Avqust

Prezidentin diplomatik uzaqgörənliyi Cənubi Qafqazdakı geostrateji qeyri-müəyyənliyə son qoyub 

12:26
12 Avqust

Naxçıvan üçün yeni era: Zəfərdən doğan inkişaf və böyük imkanlar

12:17
12 Avqust

Azərbaycanın gənc alimləri Tatarıstanda XIII Beynəlxalq Arxeologiya Məktəbində iştirak edirlər

12:02
12 Avqust

Naxçıvan regional inkişaf strategiyasının mühüm halqası kimi çıxış edir 

12:00
12 Avqust

Özbəkistanda neft-qaz bazarında sabitliyin təmin edilməsi məsələləri müzakirə olunub

11:55
12 Avqust

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

11:50
12 Avqust

Günəşdən işığa: Naxçıvanın “yaşıl enerji” hədəfləri 

11:37
12 Avqust

Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ 

11:12
12 Avqust

SOCAR 2025-ci il üzrə Dayanıqlılıq Hesabatını dərc edib

11:09
12 Avqust

Beynəlxalq Əmək Təşkilatı: Qlobal miqyasda işsiz gənclərin sayı təqribən 257 milyon nəfərə çatıb

11:07
12 Avqust

"Sabah" UEFA Çempionlar Liqasında pley-offa yüksəlib

11:06
12 Avqust

Müdafiə Nazirliyinin rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub

10:40
12 Avqust

Avropanı bürüyən yeni istilik dalğası həyatı iflic edir

10:00
12 Avqust

Turizmdə yeni tendensiyalar - "rəqəmsal köçərilər" və fərqli səyahət vərdişləri

09:50
12 Avqust

Qüdrətli dövlətin vətəndaşı olmaq qürurvericidir

09:40
12 Avqust

Azərbaycan gəncləri dövlət qayğısı ilə əhatə olunub

09:30
12 Avqust

"Şahdəniz Kompressiya" bir addım da irəlilədi

09:20
12 Avqust

Kapital qoyuluşunun dinamikası yüksəlir

09:10
12 Avqust

Zəhmət bəhrəsiz qalmır

09:00
12 Avqust

SOCAR: sınanmış tərəfdaş, etibarlı investor

08:50
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!