06 May 2025 19:16
770
İQTİSADİYYAT
A- A+
Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün mərkəzində yer alıb  

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün mərkəzində yer alıb  


2015-ci ilin mayında Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi Ticarət və Xarici İşlər Nazirlikləri ilə birlikdə “Gələcəyə baxış: “İpək Yolu iqtisadi kəmər” və XXI əsir “Dəniz İpək Yolunun” yaradılması istiqmətləri” adlı hesabat hazırlayaraq hökumətə təqdim edib.

AZƏRTAC xəbər verir ki, sənəddə bir sıra məsələlərlə yanaşı Çinin zəif inkişaf edən regionlarında ixracyönümlü istehsalın artırılması və nəqliyyat infrastrukturunun yenilənməsi nəzərdə tutulub. Sənəddən aydın olur ki, Çinin “Bir kəmər bir yol” təşəbbüsü uzaq perspektivə hesablanıb və 40 ildən sonra başa çatdırılması planlaşdırılıb.

“Bir kəmər bir yol” layihəsi çərçivəsində 2017-ci ildə Pekində “Kəmər və yol” mövzusunda beynəlxalq forum keçirilib. Forumda BMT-nin Baş katibi Antoniu Quterreş, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard, Dünya Bankının əlaqələndirici prezidenti Jim Yong Kim, 25 dövlət başçısı, 130 dövlətin rəsmisi və 30 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edib. “Bir kəmər bir yol” layihəsi Çin rəhbəri Si Cinpin tərəfindən 2013-cü ilə elan edilsə də bu forumdan sonra layihənin qlobal xarakter daşıması özünü göstərdi.

Forumda aydın oldu ki, “Bir kəmər, bir yol” Çini Cənub-Şərqi Asiya, Mərkəzi Asiya, Cənubi Qafqaz, Rusiya və Avropa ilə birləşdirərək trans-kontinental mahiyyətə malik iqtisadi marşrut olacaq. Hazırda bu layihəyə 150 dövlət qoşulub ki, bu da Çindən başqa dünya əhalisinin 65 faizinin yaşadığı bir coğrafiyanı əhatə edir. Bu ölkələr dünya ümumi daxili məhsulunun (ÜDM) 30 faizini istehsal edirlər. Təşəbbüs çərçivəsində həyata keçirilən işlərin maliyyələşməsi üçün ilkin olaraq büdcəsi 40 milyard dollardan ibarət “İpək Yolu Fondu” yaradıldı.

Rusiya Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Çin və müasir Asiya İnstitutunun rəhbəri Pavel Troşinski bildirir ki, “Bir kəmər, bər yol” təşəbbüsünün uğuru ondan ibarətdir ki, bu layihədə bütün iştirakçıların maraqları nəzərə alınır. Bu layihə iştirakçılar üçün yalnız iqtisadi dividentlər vəd edir.

Dünya Bankının təşəbbüsə dair hazırladığı hesabatda deyilir ki, əgər “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində həyata keçirilən nəqliyyat layihələri tam olaraq reallaşsa, ümummdünya ticarət dövriyyəsinin həcmi 6,2 faiz yüksələr ki, bu da öz növbəsində gəlirlərin 2,9 faizə qədər artmasına səbəb olacaq. Dövriyyənin və gəlirlərin artması isə iştirakçı ölkələrdə yoxsulluğun aradan qalxmasına, yeni iş yerlərinin açılmasına və sərmayələrin səmərəliliyinə imkanlar yaradacaq.

Azərbaycan özünün nəqliyyat infrastrukturu və tranzit imkanları ilə qlobal əhəmiyyətə malik bu layihənin mərkəzində yer alıb. Rəsmi Bakı “Bir kəmər, bir yol” təşəbbüsünə Prezident İlham Əliyevin irəli sürdüyü Orta və Zəngəzur dəhlizləri layihələri ilə qatılıb. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Ticarət Limanları artıq Çindən Avropaya yük daşımalarında iştirak edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına əsasən 2024-cü ildə Orta Dəhlizlə 4,1 milyon ton yük daşınıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamasına görə, 2030-cu ilə kimi Orta Dəhlizlə yükdaşımaların həmci 10 milyon tona çatacaq.

Prezident İlham Əliyevin aprelin 4-də Çinə dövlət səfəri zamanı iki dövlət arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planının və Beynəlxalq multimodal daşımalar haqqında sazişin imzalanması da təsadüfi xarakter daşımır. Çin öz təşəbbüsünü reallaşdırmaqda Azərbaycana, Orta Dəhlizə və gələcəkdə fəaliyyətə başlayacaq Zəngəzur dəhlizinə ehtiyacının olacağını bilir.

Orta Dəhlizin potensialını daha aydın göstərmək üçün Avropa ilə Çin arasındakı ticarətin həcminə nəzər yetirmək lazımdır. Avropa Statistika Komitəsinin (Eurostat) məlumatına əsasən, Çin ilə Avropa İttifaqı (Aİ) arasında ticarət dövriyyəsinin həcmi 2022-ci ildə 857,8, 2023-cü ildə 737,9 milyard dollar olub. Hər il Çindən Avropaya göndərilən 10 milyon konteynerin 4 faizi dəmir yolu, 96 faizi isə dəniz ilə göndərilir. Dəniz yolu ilə yükdaşıma isə getdikcə çətinləşir və təhlükəli olur.

Çinin Baş Gömrük İdarəsinin paylaşdığı məlumata görə, ötən il Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin həcmi 0,4 faiz artaraq 785,82 milyard dollara çatıb. 2023-cü ildə keçirilən ikinci “Kəmər və yol” forumunda çıxış edən Çin lideri Si Cinpin bildirib ki, qarşıdakı 10 il ərzində Çinin ümumi xidmət və ticarətinin həcmi müvafiq olaraq 5 trilyon dolları keçəcəyi gözlənilir. Həmçinin cari ilin birinci rübündə Çin iqtisadiyyatında 5,4 faiz artım müşahidə edilib. Bununla yanaşı, ilin ilk 2 ayında Çinin idxalı 296,4, ixracı isə 313 milyard dollar təşkil edib.

Yuxarıda qeyd olunduğu kimi, Çin iqtisadiyyatının inkişafı, onun ixrac potensialını artıraraq dünya bazarlarına çıxışını zərurətə çevirib. Lakin Şimal marşrutunda Rusiya-Ukrayna müharibəsi, Cənub marşrutunda isə Qırmızı dənizdə yaranan problemlər yüklərin Avropaya çatdırılmasında böyük çətinliklər yaradıb. Bunları nəzərə alan Çin Orta Dəhlizi ən optimal variant kimi özünün “Bir kəmər, bir yol” təşəbbüsünə daxil edib.

Prezidenti Donald Trampın Çin malları üçün gömrük rüsumlarını kəskin artırması rəsmi Pekinin Avropa ilə daha sıx ticarət əlaqələri qurmağa sövq edib ki, bu da yaxın gələcəkdə Çindən Avropaya və əks istiqamətə yükdaşımaların həcminin böyük həcmdə artacağını deməyə əsas verir. Lakin dəniz yükdaşımaları problemsiz ötüşmür.

Çinin Xuando, Tanşan, Çindao, Lyanyunqan, Syanqan və Cənubi Çin dənizinin sahilindəki digər limanlarından Avropaya yüklər Qırmızı dənizdən keçərək Süveyş kanalı vasitəsi ilə daşınırdı. Lakin hələ Süveyş kanalına çatmamış Çin və Cənub-Şərqi Asiya dövlətlərinə məxsus ticarət gəmiləri Malay boğazında dəniz quldurlarının hücumuna məruz qalırlar. Hind okeanına daxil olan Andaman dənizini Sakit okeana daxil olan Cənubi Çin dənizi ilə birləşdirən bu boğazın uzunluğu 930 kilometr, eni isə ən dar yerdə 38 kilometrdir. Sahilə məsafənin az və dəniz səthinin mütəmadi olaraq dumanlı olması dəniz quldurlarına münbit imkanlar yaradır.

Beynəlxalq Dəniz Bürosunun hesabatına əsasən, Somali sahilləri, Ədən və Sinqapur körfəzləri ilə yanaşı Malay boğazı da dəniz quldurlarının toplandığı təhlükəli məntəqələrdir. Malay boğazından ildə 50 minə yaxın ticarət gəmisi keçir. Ötən il ticarət gəmilərinə 116 silahlı hücum olub, 116 dənizçı girov götürülüb.

2021-ci ildə Dubayda dəniz quldurları probleminə həsr olunan beynəlxalq konfransın sənədlərinə əsasən quldurlar dünya iqtisadiyyatına ildə 7-12 milyard dollar zərər vururlar. Müasir dəniz quldurları texnologiyanın inkişafından da səmərəli istifadə edirlər. 2017-ci ildə Çinin dəniz patrulu tərəfindən Malay boğazında ələ keçirilən quldurların gəmisində aparılan axtarış zamanı müəyyən olunub ki, quldurlar “Marine Traffic” sistemindən və “Ship Finder” tətbiqindən istifadə edərək qiymətli yükləri daşıyan ticarət gəmilərini izləyə bilirlər.

Beynəlxalq Ticarət Palatasının kommersiya cinayətlərini araşdıran xidmətinin rəhbəri Sayrus Modi hazırladığı hesabatda bildirib ki, Malay boğazında dəniz quldurları ticarət gəmilərinə silahlı basqın edərək qiymətli yükləri götürüb qara bazarda satırlar. Qiymətli yük olmadığı təqdirdə isə dənizçiləri pul müqabilində girov götürürlər”. BMT-nin müvafiq institutlarının tədbirlərinə baxmayaraq hələ də dəniz quldurlarının ticarət gəmilərini silahlı basqını davam edir.

Bütün bu problemlər yalnız Çinin deyil, Cənub Şərqi Asiya ölkələrinin Avropa ilə ticarət əlaqələrini genişləndirmək üçün Orta Dəhlizin aktuallığını artırıb. Digər tərəfdən Süveyş kanalı ilə yüklər Avropaya 60 günə, Orta Dəhlizlə isə 20 günə və təhlükəsiz çatdırılır.

Beləliklə, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü iştirakçı dövlətlərə o cümlədən də Azərbaycana iqtisadi dividentlərlə yanaşı, həm də siyasi zəmanət də qazandıracaq. Azərbaycan Çin və digər Asiya dövlətlərinin qismində özünə siyasi tərəfdaşlar əldə edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!