06 İyun 2026 21:39
831
SİYASƏT
A- A+
İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub

İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub


İsveçdə siyasətçilər və xarici səfirliklərin əməkdaşları üçün yaradılmış informasiya platforması olan “Diplomatic World Sweden” saytında Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun Ümumdünya Ətraf Mühit Günü, iqlim dəyişikliyi, davamlı inkişaf və ətraf mühit sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, diplomat “Baltik dənizindən Xəzər dənizinə qədər” sərlövhəli məqaləsində müasir ekoloji çağırışların, o cümlədən iqlim dəyişikliyi, su qıtlığı və biomüxtəlifliyin itirilməsinin dövlətlərin və beynəlxalq təşkilatların birgə səylərini tələb etdiyini qeyd edib. Müəllif Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29), eləcə də iqlimin maliyyələşdirilməsi, davamlı şəhərsalma və yaşıl keçid məsələlərinin müzakirə olunduğu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) vacibliyini vurğulayıb.

Məqalədə Xəzər dənizinin ekoloji problemlərinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, son onilliklərdə Xəzər dənizində suyun səviyyəsi xeyli aşağı düşüb və bu da ekosistemlərə, biomüxtəlifliyə, gəmiçiliyə və sahilyanı dövlətlərin iqtisadiyyatına təsir göstərir.

Z.Əhmədov, həmçinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr, “Ağıllı şəhər” və kəndlərin tikintisi, ekoloji mədəniyyətin yüksəlməsi və ətraf mühitin qorunmasına yönəlmiş ictimai təşəbbüslər haqqında da yazıb. Müəllifin fikrincə, Azərbaycanla Skandinaviya ölkələri arasında yaşıl enerji, su ehtiyatlarının idarə olunması, davamlı şəhərsalma və ətraf mühit texnologiyaları sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi ümumi ekoloji problemlərin effektiv həll yollarının axtarışına töhfə verə bilər.

Sonda səfir vurğulayıb ki, iqlim, su ehtiyatları və biomüxtəlifliyin qorunması məsələləri beynəlxalq əməkdaşlıq tələb edir, Baltik dənizindən Xəzər dənizinə qədər olan bölgələr arasındakı tərəfdaşlıq isə davamlı inkişafa və gələcək nəsillərin rifahına töhfə verə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sözünə əməl etdi - Vətənə layiqli əsgər oldu

08:50
15 İyul

Elmə və iqtisadi tərəqqiyə həsr edilən ömür

08:45
15 İyul

Azərbaycan-Slovakiya münasibətlərinin təməli - qarşılıqlı maraqlara xidmət edən iqtisadi əməkdaşlıq

08:43
15 İyul

57 illik tarixin bir məqamı

08:40
15 İyul

Mənəvi qayıdışdan Böyük qayıdışa

08:35
15 İyul

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdır

08:30
15 İyul

Siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi

08:25
15 İyul

Azərbaycanın gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən platforma

08:20
15 İyul

Quruculuq və təhlükəsizliyin vəhdəti regionda davamlı sülhün yaranmasına təminatdır

08:15
15 İyul

Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub

08:10
15 İyul

Parlamentin növbədənkənar sessiyası başa çatdı

08:05
15 İyul

XXI əsrin çağırışlarına Şuşadan verilən cavab

08:00
15 İyul

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!