06 İyun 2026 19:28
131
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir  

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir  

Türkiyədə səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Ludmila Katlabuga ilə görüşüb. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan və Moldovanın dost ölkələr olduğunu deyən nazir Məcnun Məmmədov qeyd edib ki, aqrar sahə iki ölkə arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir.

Nazir Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclasına da toxunub. Bildirib ki, iclasda iki ölkə arasında gələcək əməkdaşlığın bir çox istiqamətləri, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, hər iki ölkə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması, innovativ texnologiyaların tətbiqi və kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına mühüm önəm verir.

Nazir Məcnun Məmmədov ölkəmizdə hər il təşkil olunan “Caspian Agro” sərgisinin əhəmiyyətinə toxunub, Moldova tərəfini bu sərgidə milli pavilyonla təmsil olunmağa, moldovalı iş adamlarını sərgidə fəal iştiraka çağırıb.

Görüşdə aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, bu sahədə ən müasir texnologiyaların transferi, şərabçılıq sahəsində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.

Hazırda Azərbaycanda aqrar sektorun rəqəmsallaşması prosesinin həyata keçirildiyi, ölkəmizin bu sahədə əldə etdiyi təcrübəni Moldova tərəfi ilə bölüşməyə hazır olduğu diqqətə çatdırılıb.

Söhbət zamanı kənd təsərrüfatı sahəsində Azərbaycan-Moldova İşçi Qrupunun fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub

21:39
06 İyun

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib  

20:16
06 İyun

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir  

19:28
06 İyun

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı  

18:47
06 İyun

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb  

17:25
06 İyun

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir  

17:13
06 İyun

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir  

16:27
06 İyun

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir  

16:10
06 İyun

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək  

15:19
06 İyun

Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq mümkün deyil

15:14
06 İyun

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

15:09
06 İyun

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib  

14:58
06 İyun

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS  

14:46
06 İyun

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

14:09
06 İyun

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib  

13:46
06 İyun

PUA hücumu nəticəsində Livan generalı ölüb

13:29
06 İyun

Sabahın hava proqnozu açıqlanıb

13:06
06 İyun

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir 

12:43
06 İyun

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

12:18
06 İyun

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

12:06
06 İyun

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

11:17
06 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!