06 İyun 2026 16:10
597
CƏMİYYƏT
A- A+
Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir


Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin (VK) sədri Anar Bağırov ölkəmizdə səfərdə olan Türkiyənin Qars Barosunun başqanı Necat Yağcın və Eskişehir Barosunun başqanı Barış Günaydın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Vəkillər Kollegiyasından verilən məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət edilib.

Nümayəndə heyəti Bakıda Zəfər parkında da olub.

Qonaqlarla görüş zamanı VK sədri Anar Bağırov Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq, dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin son illər daha da möhkəmləndiyini bildirib.

Sədr qeyd edib ki, xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər hüquq institutları arasında münasibətlərin inkişafına da öz töhfəsini verir. Dövlət başçıları tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu əməkdaşlığın vəkillik institutları arasında münasibətlərə də müsbət təsir göstərdiyi diqqətə çatdırılıb.

Anar Bağırov çıxışında iki il əvvəl qardaş ölkənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə keçirilmiş Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşünü də xatırladıb. Sədr qeyd edib ki, həmin toplantı türk dövlətlərinin vəkillik qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, sıx əməkdaşlığın genişləndirilməsi və ortaq hüquqi platformanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin Anar Bağırov türk dövlətlərinin vəkillik institutları arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini söyləyərək, yaxın gələcəkdə həmin ölkələrin Vəkillər Kollegiyaları Birliyinin yaradılacağına və bu təşəbbüsün hüquq sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Eskişehir Barosunun başqanı Barış Günaydın Azərbaycanla hüquq sahəsində formalaşmış əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, bir müddət əvvəl ölkəmizə etdiyi səfəri məmnunluqla xatırladıb. Barış Günaydın Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin Eskişehirə səfərinin və həmin çərçivədə keçirilən görüşlərin qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib. O, hər iki qurum arasında qardaşlaşmış büro münasibətlərinin qurulmasına dair protokolun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirərək, bu təşəbbüsün peşəkar təcrübə mübadiləsinin genişlənməsinə, habelə vəkillər arasında əlaqələrin möhkəmlənməsinə əlverişli zəmin yaratdığını vurğulayıb.

Qars Barosunun başqanı Necat Yağcın Azərbaycan və Türkiyə vəkillik institutları arasında formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, iki qardaş ölkənin hüquq ictimaiyyətləri arasında əlaqələrin genişlənməsinin peşəkar fəaliyyətin təkmilləşdirilməsi və qarşılıqlı təcrübənin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. Eyni zamanda, Necat Yağcın gələcəkdə qarşılıqlı təcrübə mübadiləsinin təşkilinə, vəkillər arasında peşəkar əlaqələrin daha da möhkəmləndirilməsinə, birgə tədbir və təlimlərin keçirilməsinə ümid etdiyini bildirərək həmin istiqamətdə əməkdaşlığın hər iki qurum üçün faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində olub, “Ədalət” Vəkil Bürosu və Sumqayıt Regional Vəkil Bürosunu ziyarət ediblər.

Eyni zamanda, qonaqlar Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Bakı şəhərində ucaldılmış abidəsini də ziyarət edərək, onun əziz xatirəsini dərin ehtiramla anıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

16:34
11 İyul

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanışlıq

15:42
11 İyul

Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

15:34
11 İyul

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub

15:12
11 İyul

Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

15:07
11 İyul

ÜST Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib

14:59
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNƏCƏK

14:27
11 İyul

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub

14:22
11 İyul

BTQ ilə Burkina-Faso XİN-in Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb

12:37
11 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

12:17
11 İyul

Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib

11:30
11 İyul

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

11:14
11 İyul

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

11:03
11 İyul

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

10:52
11 İyul

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Ötən gün 47 cinayətin açılması təmin olunub

10:27
11 İyul

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

10:20
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!