09 İyul 2026 11:49
227
CƏMİYYƏT
A- A+
Ali Məhkəmə: Dəhlizdə kamera yalnız qonşuların razılığı ilə quraşdırıla bilər

Ali Məhkəmə: Dəhlizdə kamera yalnız qonşuların razılığı ilə quraşdırıla bilər


Azərbaycan Respublikasının Ali Məhkəməsi çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı mühüm hüquqi mövqe formalaşdırıb.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, məhkəmənin baxdığı işdə tərəflər yaşayış binasının eyni girişində eyni mərtəbəsində yaşayan qonşular olub. Mübahisə cavabdehin ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırmasının qonşunun şəxsi həyatın toxunulmazlığı hüququnu pozub-pozmadığı ilə bağlı olub.

Ali Məhkəmə qeyd edib ki, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüququn həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir.

Qərarda vurğulanır ki, şəxsi həyat anlayışı yalnız mənzilin daxilində baş verən hadisələrlə məhdudlaşmır. Şəxsin mənzilə nə vaxt daxil olub-çıxması, onu kimlərin ziyarət etməsi, gündəlik həyat ritmi, eləcə də təsvirinin davamlı şəkildə qeydə alınması onun şəxsi həyatına aid məlumatlardır. Buna görə də bu məlumatların sistemli şəkildə toplanmasına imkan verən müşahidə şəxsi həyata müdaxilə hesab oluna bilər.

Ali Məhkəmənin hüquqi mövqeyinə görə, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər.

Əgər belə razılıq yoxdursa, təhlükəsizlik məqsədilə quraşdırılan kameranın görüntü bucağı yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsini əhatə etməlidir. Kamera dəhlizi, liftin qarşısını, digər qonşuların mənzillərinin girişini, onların mənzilə giriş-çıxışını və ya təsvirini davamlı şəkildə qeydə almamalıdır. Kameranın görüntü dairəsi zəruri həddi aşaraq qonşuların mənzillərini və onların hərəkətlərini əhatə edərsə, bu, artıq Konstitusiya ilə qorunan şəxsi həyata müdaxilə sayılır.

Konkret iş üzrə Ali Məhkəmə yalnız mənzilin qapısı üzərində quraşdırılmış kameranın görüntü bucağının həmin mənzilin giriş hissəsi ilə məhdudlaşdırılmasını, ümumi dəhlizi və qonşuların mənzillərini əhatə edən digər kameranın isə sökülməsini qərara alıb. Məhkəmə bu yanaşmanı tərəflərin hüquqları arasında ədalətli balansın təmin edilməsinə yönəlmiş, zəruri və proporsional tədbir hesab edib.

Qərarda daha bir mühüm məqama da aydınlıq gətirilib. Məhkəmə hesab edib ki, şəxsin iradəsi xaricində uzun müddət müşahidə olunması və təsvirinin müntəzəm qeydə alınması onda daimi izlənildiyi hissini yarada, psixoloji narahatlıq və mənəvi iztirablara səbəb ola bilər. Belə hallarda şəxsi həyata qanunsuz müdaxilə sübuta yetirilərsə, mənəvi zərərin ayrıca sübut edilməsinə ehtiyac yoxdur. Hüquqazidd müdaxilənin özü mənəvi zərərin mövcudluğu barədə prezumpsiya yaradır və əksini iddia edən şəxs bunu sübut etməlidir.

Bu hüquqi mövqeyə əsaslanaraq Ali Məhkəmə qonşunun şəxsi həyat hüququnun pozulduğunu qəbul etməklə yanaşı, onun xeyrinə mənəvi zərər əvəzinin tutulmasını da qanuni hesab edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “orta güc”ə çevrilməsinin əsas meyarları

14:15
15 İyul

Slovakiyalı nazir: Azərbaycanın regionumuzun enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk  

13:01
15 İyul

İlin birinci yarısında Azərbaycandan Ermənistana ixrac edilən məhsulların dəyəri açıqlanıb  

12:49
15 İyul

İqtisadiyyat naziri: Slovakiya şirkətlərinin azad edilmiş ərazilərimizin bərpasına töhfə verməkdə güclü maraq göstərməsi sevindiricidir  

12:47
15 İyul

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb

12:41
15 İyul

Nazir: Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır  

12:36
15 İyul

Azərbaycan-Slovakiya siyasi əlaqələri yüksək səviyyədədir   

12:29
15 İyul

Şuşadan səslənən mesajlar Azərbaycanın qlobal təsir imkanlarını bir daha nümayiş etdirdi.

12:21
15 İyul

Mikayıl Cabbarov: Azərbaycanla Slovakiyanın əməkdaşlığının inkişafı üçün daha böyük potensial mövcuddur  

12:13
15 İyul

Türkiyənin Baş konsulu: 15 İyul dövlət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində yazılan qəhrəmanlıq salnaməsidir  

12:09
15 İyul

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

12:07
15 İyul

Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” əməkdaşlıq memorandumu imzalayıb  

11:53
15 İyul

Bakıda 15 İyul şəhidləri anılıb

11:47
15 İyul

Deşamın gedişindən sonra Zidan Fransa millisinə baş məşqçi təyin olunacaq 

11:30
15 İyul

Slovakiya Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

11:13
15 İyul

Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub

11:07
15 İyul

Rusiya ordusu Odessaya raket zərbəsi endirib: ölənlər və yaralananlar var  

10:58
15 İyul

Baş katib: OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyasının ilk iclasının Bakıda keçirilməsi qlobal enerji əməkdaşlığında yeni mərhələnin başlanğıcıdır

10:49
15 İyul

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana  

10:26
15 İyul

Pərviz Şahbazov: Azərbaycan qlobal enerji dialoqunun aparıcı mərkəzlərindən birinə çevrilib VİDEO  

10:19
15 İyul

Neft qiymətləri bahalaşır

10:01
15 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!