17 May 2026 13:16
591
Elm və texnika
A- A+
Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir  

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir  


Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə rəqəmsal kommunikasiya infrastrukturu və internet kanallarının dayanıqlılığı mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev BMT-nin qərarı ilə 2006-cı ildən etibarən 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunduğunu vurğulayıb.

Alim 2026-cı ildə bu əlamətdar günün “Həyati əhəmiyyətli rəqəmsal kanallar: qarşılıqlı əlaqəli dünyada dayanıqlığın gücləndirilməsi” devizi altında qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu devizin əsas məqsədi internet, peyk rabitəsi, sualtı və yerüstü fiber-optik kabellər kimi rəqəmsal kanallar və şəbəkələrin müasir dövr üçün strateji əhəmiyyətini önə çəkməklə yanaşı, bu sistemlərin təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinin zəruriliyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

İnstitutun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bu günün devizinə həsr olunmuş “Qlobal və milli səviyyədə İnternetin kommunikasiya kanalları: mövcud vəziyyətin təhlili, risklər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. O, internet mübadilə nöqtələrinin olduğunu vurğulayıb, eyni zamanda, Avropa-ABŞ Trans-Atlantik fiber-optik xətləri, dünya sualtı rabitə şəbəkəsinin xüsusiyyətlərini və mövcud riskləri təhlil edib. Peyk rabitəsinin qlobal əhatə, ucqar ərazilər və fövqəladə hallar üçün əhəmiyyətini vurğulayıb.

Azərbaycanın beynəlxalq aləmlə rəqəmsal kanallarının mövcud vəziyyətinə toxunan dosent Rəşid Ələkbərov qeyd edib ki, ölkə Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri üzrə çoxistiqamətli fiber-optik bağlantılara malikdir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsinin icra olunduğunu söyləyən Rəşid Ələkbərov bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər fiber-optik kabel xəttinin Azərbaycanın tranzit və rəqəmsal suverenlik rolunu gücləndirməyi hədəflədiyini bildirib. Peyk rabitəsinin “Azərkosmos” tərəfindən idarə olunması isə alternativ və fövqəladə kommunikasiya imkanları yaradır.

Alim vurğulayıb ki, Azərbaycanın rəqəmsal infrastrukturu artıq yalnız internet xidməti deyil, həm də rəqəmsal iqtisadiyyatın və texnoloji suverenliyin əsas dayağıdır. 2026-cı ildə istismara veriləcək superkompüterlər və onların rəqəmsal kanallarla inteqrasiyası süni intellekt, kibertəhlükəsizlik və kritik əhəmiyyətə malik digər sektorlarda strateji imkanları daha da genişləndirəcək.

Mövzuya dair çıxış edən akademik Rasim Əliquliyev son illərdə ifrat böyük informasiya seli qarşısında geniş tətbiq olunan yüksək ötürmə sürətinə malik kommunikasiya kanallarının qlobal və milli səviyyədə rəqəmsal infrastrukturun dayanıqlığının artırılmasında və təhlükəsiz internet əlaqə mühitinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Alim bu sahədə qlobal texnoloji asılılıqların və monopoliyanın artmasını nəzərə alaraq, internet kommunikasiya müstəmləkəçiliyi və imperializminin gələcəkdə yarada biləcəyi strateji risklər və təhlükələrə diqqət çəkib. Akademik Rasim Əliquliyev bu proseslərin qlobal internet bağlantı infrastrukturu və məlumat mübadiləsi şəbəkələri üzərində formalaşdırdığı problemlərin dərindən və sistemli şəkildə araşdırılmasının zəruriliyini qeyd edib. Alim, həmçinin beynəlxalq miqyasda mövcud kommunikasiya infrastrukturu problemlərini və Azərbaycanda bu sahədə həyata keçirilən kompleks tədbirləri əks etdirən analitik icmalın hazırlanaraq nüfuzlu beynəlxalq jurnallarda dərc olunmasının əhəmiyyətini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq  

21:47
11 İyun

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

20:53
11 İyun

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

20:52
11 İyun

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

20:44
11 İyun

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında 

20:34
11 İyun

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

20:21
11 İyun

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

20:16
11 İyun

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

20:13
11 İyun

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

20:03
11 İyun

Bakıda elm və innovasiyaların iqtisadi inkişafdakı rolu müzakirə olunub

19:51
11 İyun

“Şuşa KOB evi”ndə 5 ayda sahibkarlara 560-a yaxın xidmət göstərilib  

19:42
11 İyun

Tibbdə ilk: ürək, böyrək və maddələr mübadiləsi xəstəliklərinin bir-biri ilə əlaqəsi sübut olundu  

19:30
11 İyun

Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı üzrə yeni zavod tikiləcək

19:21
11 İyun

Kanada 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoyan yeni qanun layihəsini təqdim edib  

19:15
11 İyun

Quş əti və yumurta istehsalında artım hədəfləri açıqlanıb

19:08
11 İyun

Şimali İrlandiyada miqrant əleyhdarlarının iğtişaşları

18:56
11 İyun

Qızılın qiyməti artıb

18:43
11 İyun

Artan xərclər qlobal birjaları sarsıdır, neft isə sürətlə bahalaşır

18:37
11 İyun

Ələt Azad İqtisadi Zonasında yük hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır  

18:29
11 İyun

Azərbaycan və İran Araz çayının su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı gücləndirir  

18:15
11 İyun

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

18:13
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!