15 May 2026 18:46
614
Elm və texnika
A- A+
Dayanıqlı şəhər inkişafında ali təhsilin rolu ön plana çıxıb  

Dayanıqlı şəhər inkişafında ali təhsilin rolu ön plana çıxıb  


Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans panel sessiyalarla davam edib.

AZƏRTAC xəbər verir ki, “Təhsilin, tədqiqatın və potensialın gücləndirilməsi vasitəsilə dayanıqlı şəhər gələcəyinin qurulması” mövzusunda panel sessiyasına Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave moderatorluq edib. Paneldə müxtəlif beynəlxalq və yerli təşkilatların nümayəndələri dayanıqlı şəhər inkişafında ali təhsilin, elmi tədqiqatların və institusional əməkdaşlığın rolunu müzakirə ediblər.

BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov çıxışı zamanı universitetlərin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində strateji rolunu vurğulayıb. O, xüsusilə ali təhsil müəssisələrində keyfiyyət təminatı, tədqiqat potensialının artırılması, beynəlxalq əməkdaşlıq və şəhər dayanıqlılığı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.

Panel sessiyada, həmçinin UN-Habitat-ın Qlobal Bilik və Təbliğat Bölməsinin proqram əməkdaşı Rafaelle Vignol, ADA Universitetinin Dizayn və memarlıq məktəbinin dekanı Nora Lombardini və London İqtisadiyyat Məktəbinin qonaq tədqiqatçısı Deen Sharp çıxış ediblər.

Sessiya çərçivəsində dayanıqlı urbanizasiya, inklüziv şəhər planlaşdırılması, elmi tədqiqatların şəhər inkişafına inteqrasiyası və gənclərin bu proseslərdə iştirakının artırılması kimi məsələlər geniş müzakirə olunub.

Beynəlxalq konfrans çərçivəsində ikinci panel sessiya isə “İnklüziv və dayanıqlı şəhərlər: şəhər inkişafına yeni yanaşmalar” mövzusuna həsr edilib.

Panelin əsas məqsədi müasir şəhərsalma proseslərində inklüziv yanaşmaların gücləndirilməsi, dayanıqlı inkişaf prinsiplərinin tətbiqi və insan kapitalının şəhər transformasiyasında rolunun müzakirəsi olub. Sessiyaya ADA Universitetinin professoru Anar Vəliyev moderatorluq edib.

Paneldə çıxış edən məruzəçilər arasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin icraçı direktoru Aysel Yaqubova və Anhui Universitetinin Konfutsi İnstitutunun direktoru Vang Haoqiang yer alıblar.

Sessiya çərçivəsində şəhərlərin inklüziv inkişaf modelləri, ekoloji dayanıqlılıq, innovativ şəhər idarəetməsi və beynəlxalq təcrübələrin tətbiqi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Çıxışlarda insan kapitalının dayanıqlı və davamlı şəhər inkişafında strateji əhəmiyyəti xüsusi vurğulanıb.

Beynəlxalq konfrans müasir şəhərsalma yanaşmalarının inkişafı, akademik biliklərin paylaşılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma kimi öz əhəmiyyətini davam etdirir. BDU-nun beynəlxalq platformalarda fəal iştirakı universitetin dayanıqlı inkişaf, innovasiya və qlobal əməkdaşlıq istiqamətində strateji prioritetlərinin göstəricisi kimi qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

09:17
10 İyun

Qaranlığa işıq salan satira - Sabir dünyası

09:15
10 İyun

"Günah"ı bir neçə baş mal-qaraya sahib olması idi

09:10
10 İyun

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

09:08
10 İyun

Mahnıları onu həmişə yaşadacaq

09:05
10 İyun

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir  

09:01
10 İyun

Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub

09:00
10 İyun

Kəndin içməli su problemi həll edilib

08:55
10 İyun

Azərbaycan pəhləvanlıq məktəbinin qədim tarixi var

08:53
10 İyun

Peşə məktəbinin 154 məzunu işlə təmin olunacaq

08:50
10 İyun

Gəncədəki süni göl əsaslı təmirdən sonra istifadəyə verilib

08:45
10 İyun

Qazaxlı fermerlər biçinə hazırdırlar 

08:40
10 İyun

Möhtəşəm layihələrin sınağından keçmiş "Türkiye Petrolleri"

08:35
10 İyun

Ermənistan cəmiyyəti Paşinyanın timsalında reallığı seçdi

08:30
10 İyun

Ölkəmizə qarşı media manipulyasiyaları qəbuledilməzdir

08:25
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!