23 Sentyabr 2026 17:03
168
SİYASƏT
A- A+
Sülhün və təhlükəsizliyin ünvanı  

Sülhün və təhlükəsizliyin ünvanı  


Dünyanın müxtəlif yerlərində müharibələrin getdiyi, geosiyasi gərginliyin artdığı, etimad böhranının kəskinləşdiyi bir dövrdə Azərbaycan sabitliyi, təhlükəsizliyi ilə seçilən nadir məkanlardandır. Bu gün Bakı təkcə regional deyil, qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu əsas dialoq platformalarından biri kimi qəbul edilir. 

Ölkəmizin formalaşdırdığı bu etibarlı mühit beynəlxalq birliyin diqqətini mütəmadi olaraq paytaxtımıza cəlb edir. Müasir təhdidlərə qarşı birgə həll yollarının axtarılması Bakını qlobal təhlükəsizlik ictimaiyyətinin mərkəzi ünvanına çevirib və burada ardıcıl keçirilən mötəbər tədbirlər mövcud sabitliyin və qazanılan diplomatik etimadın bariz göstəricisidir.


Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzu


Bu günlərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.

İlkin müzakirələr zamanı vurğulanıb ki, Bakıda keçirilən beynəlxalq forum xüsusi xidmət və təhlükəsizlik orqanları üçün vacib dialoq platformasıdır. 600-ə yaxın yüksəksəviyyəli nümayəndənin iştirakı qlobal təhlükələrə qarşı Forum çərçivəsində 2023-cü ildən başlanan davamlı dialoqun coğrafi miqyasının genişləndiyini göstərir, milli təcrübələrin müqayisəsi, peşəkar əlaqələrin inkişafı və birgə həllərin axtarışı üçün geniş imkanlar yaradır. Tərəfdaş qurumların rəhbərlərinin geniş iştirakı Bakı platformasına olan etimadı göstərir və müzakirələrin praktiki əməkdaşlığa çevrilməsi imkanlarını artırır.

Diqqətə çatdırılıb ki, kiberimkanlar, süni intellekt və kosmik sistemlər uğrunda qlobal rəqabət güclənir. Silahlanma xərcləri və münaqişələr regional proseslərə, enerji və ərzaq təhlükəsizliyinə ciddi təsir edərək, terrorçuluq üçün əlverişli zəmin yaradır. Dünyanın istənilən regionundakı böhranlar qısa müddətdə qlobal təhlükəyə çevrilə bilər. Bakı Təhlükəsizlik Forumunda risklərin və təhdidlərin qarşılıqlı əlaqədə qiymətləndirilməsi isə ölkələrin daha hazırlıqlı olmasına xidmət edir.

100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərini və yüksəksəviyyəli nümayəndəni bir araya gətirən bu tədbir öz miqyasına görə unikal bir formata sahibdir. Bu göstərici Bakı platformasının beynəlxalq təhlükəsizlik qurumları üçün nə qədər etibarlı dialoq məkanı olduğunu aydın sübut edir.

Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı müraciətdə də deyilir ki, artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır: “Forumun iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsi və müzakirə olunan məsələlərin aktuallığı Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir”.

Ölkəmizin rəhbəri bildirib ki, etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir.

Dövlət başçısı xüsusilə vurğulayıb ki, bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır.

 

Dünya güclərinin diqqəti Azərbaycana yönəlib


IV Bakı Təhlükəsizlik Forumu Azərbaycanın qlobal sülh və sabitliyə töhfə verən əsas mərkəzlərdən biri olduğunu təsdiqlədi.

Bakının belə bir mötəbər toplantıya ev sahibliyi etməsi təsadüfi deyil. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər və 2023-cü ildə suverenliyini tam təmin etməsi Cənubi Qafqazın təhlükəsizlik xəritəsini kökündən dəyişdi. İllərlə davam edən münaqişəyə son qoyan rəsmi Bakı regionda uzunmüddətli sülhün bünövrəsini qoydu. Ötən il Vaşinqtonda Birgə Bəyannamənin imzalanması, sülh müqaviləsi mətninin paraflanması bölgənin inkişafı və daha geniş coğrafiyalarla əməkdaşlıq üçün geniş imkanlar yaratdı. Azərbaycanın öz gücü və qətiyyətli siyasəti ilə yaratdığı bu yeni reallıq hazırda beynəlxalq aləm tərəfindən də açıq şəkildə etiraf olunur.

Ölkədəki sabitlik və etibarlı tərəfdaş imici dünya güclərinin diqqətini Azərbaycana yönəldir. Təsadüfi deyil ki, Çin, Avropa İttifaqı rəsmi Bakı ilə əlaqələrə xüsusi önəm verir. Məlumdur ki, Azərbaycan Avropanın enerji təchizatında kritik rol oynayır. Bu mənada etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlıq Aİ üçün böyük əhəmiyyətkəsb edir. Eyni zamanda Asiya ilə Avropanı birləşdirən və strateji nəqliyyat marşrutu olan Orta dəhlizin təhlükəsiz fəaliyyəti məhz Azərbaycanın coğrafi və siyasi mövqeyindən birbaşa asılıdır.

Bütün bunlar dünya güclərinin, eləcə də çoxsaylı ölkələrin nədən Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirmələrinin izahıdır. 

Son günlər paytaxtda təşkil olunan digər beynəlxalq görüşlər də Azərbaycanın həm siyasi, həm də təhlükəsizlik sahəsindəki nüfuzunun göstəricisidir.

 Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci iclası, Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans, TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı kimi beynəlxalq tədbirlərin ard-arda Bakıda həyata keçirilməsi ölkəmizin regional liderliyinin məntiqi nəticəsidir.

Bu mötəbər görüşlər, xüsusən də IV Bakı Təhlükəsizlik Forumu göstərir ki, Azərbaycan milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, qlobal miqyasda dialoqu, qarşılıqlı etimadı və sülhü təşviq edən strateji mərkəzdir. 


Yasəmən MUSAYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lənkəranda şəhid məzarları ziyarət edilib

17:49
23 Sentyabr

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

“InnMedia” Türkiyə və Özbəkistan bazarlarına çıxmağa hazırlaşır  

16:14
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!