30 Sentyabr 2026 09:50
115
İQTİSADİYYAT
A- A+
Aqrar sektorda müasir texnologiyalardan istifadə günün tələbidir

Aqrar sektorda müasir texnologiyalardan istifadə günün tələbidir


Müasir dünyanın qarşılaşdığı problemlərdən biri də ərzaq təhlükəsizliyidir.  Dünya əhalisinin sürətlə artması, qlobal iqlim dəyişikliyindən qaynaqlanan proseslər insanların yaşam tərzinə mənfi təsir göstərməklə yanaşı, ərzaqla təminatını da çətinləşdirir. İnsanların bu problemlə üz-üzə qalması həm də dünyada baş verən digər proseslərlə bağlıdır. Yaxın Şərq və Rusiya-Ukrayna müharibəsi qlobal yanacaq və gübrə təchizatı zəncirinin qırılmasına səbəb olub. Bu üzdən aqrar sahədə məhsuldarlıq xeyli aşağı düşüb. Digər tərəfdən, dünyanın ən böyük taxıl ixracatçısı olan Rusiya savaş səbəbindən dünya bazarına məhsul çıxara bilmir.

Ölkəmizdə ərzaq idxalından asılılığı azaltmaq üçün aqrar islahatlar aparılır, dövlət kəndliyə dəstəyini əsirgəmir. Ötən illərlə müqayisədə Azərbaycanda aqrar məhsulların istehsalı xeyli artıb. Bunun nəticəsidir ki, bir çox məhsullarla özümüzü təmin etməklə yanaşı, ixrac da edirik. Ancaq bir sıra strateji kənd təsərrüfatı məhsulları ilə təminatda problemlərimiz hələ qalmaqdadır. Xüsusilə taxıl istehsalında istəyimizə nail ola bilməmişik.

Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinə xüsusi önəm verir və bunun daxili siyasətin əsas prioritetlərdən biri olduğunu bildirir. Dövlətimizin başçısı ərzaq təhlükəsizliyi ilə bağlı Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda demişdir: "Yerli ehtiyacların ödənilməsi çərçivəsində daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Qlobal iqlim dəyişikliyinin kəskin fəsadları və su ehtiyatlarının azalması kimi faktorlar kənd təsərrüfatı sektorunda yeni yanaşmaların tətbiqini zəruri edir. Mövcud çağırışlara cavab olaraq, ölkədə Ərzaq Təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edilib. Sektor üzrə müəyyən məhdudiyyətlər və təbii çətinliklər olsa da, görülən tədbirlər kənd təsərrüfatının potensialını artırmağa yönəlib. Ekspertlərin qiymətləndirməsinə görə, həyata keçirilən islahatlar və yaradılan şərait bu sahəni həm daxili, həm də xarici investorlar üçün cəlbedici biznes mühitinə çevirir".

Ölkədə icra edilən aqrar islahatların hədəfi sahənin inkişafı üçün müasir inkişaf modellərindən və yeni texnologiyalardan istifadə olunmasıdır. Belə ki, indi dünyada kənd təsərrüfatında az əkin sahələrindən səmərəli istifadə etməklə daha yüksək məhsuldarlığa nail olmağa üstünlük verilir.

Məlum olduğu kimi, aqrar sektorda məhsuldarlığın artırılmasında suvarma önəmli rol oynayır. Azərbaycan dünyada su resurslarının məhdud olduğu ölkələrdəndir. Bu üzdən sudan səmərəli istifadə etmək kənd təsərrüfatında vacib məsələdir. Hazırda ölkəmizdə təxminən 130 min hektar sahədə müasir suvarma sistemlərindən istifadə olunur, hədəf isə 2030-cu ilədək bu rəqəmi 300 min hektara çatdırmaqdır. Görünən odur ki,  hələ uzun illər bu sahədə olan problemlərin həlli üçün müəyyən tədbirlərin həyata keçirilməsi lazım gələcək.

Dövlət tərəfindən indiyədək aqrar sektora göstərilən dəstək öz nəticəsini verib. Belə ki, son 10 il ərzində kənd təsərrüfatı məhsullarının istehsalı real istifadədə 37,8 faiz, bağçılıq məhsullarının istehsalında isə 2,7 dəfə artıb. Aqrar sektorda məhsul istehsalının artması ixracın dinamikasının yüksəlməsinə müsbət təsir göstərir. Hazırda ölkədən dünya bazarına çıxarılan qeyri-neft-qaz sektoruna aid malların siyahısında kənd təsərrüfatı məhsullarının çəkisi yüksəkdir. Bir sözlə, aqrar sektorun gəlirliyi ildən-ilə artır.

Aqrar sektorda məhsul istehsalının yüksəlməsində su ilə yanaşı, daha məhsuldar sortlardan istifadə edilməsi önəmli rol oynayır. Aqrar sektorun qarşısında duran əsas məsələlərdən biri də iqlim dəyişikliyinə davamlı və yüksək reproduksiyalı toxumların istehsal edilməsidir. Bu sahədə olan problemləri aradan qaldırmaq üçün "Toxumçuluq haqqında" qanun qəbul edilib. Yeni qanun toxum və tinglərin sertifikatlaşdırılmasına, həmçinin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan yaradacaq. Bu qanun həmçinin özəl sektorun toxumçuluğa cəlb edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Subsidiyalaşdırma ilə fermerlərin toxumçuluğa olan marağını artırmaq mümkündür.

Ölkəmiz məhsul istehsalında önəmli rolu olan toxumçuluğun inkişafı üçün beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq edir. Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə uzun illərdir ki, sıx əlaqə saxlayır. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, baş direktorun köməkçisi Viorel Gutu deyir: "Azərbaycanla tərəfdaşlıq həm texniki yardım göstərilməsi, həm kənd təsərrüfatı siyasətinin formalaşması, həm də həmin siyasətin uğurla həyata keçirilməsi sahələrini əhatə edir. Yeni tərəfdaşlıq sazişi FAO ilə Azərbaycan arasında artıq yekunlaşmaq üzrədir. Onun növbəti mərhələsi toxumçuluq sahəsini əhatə edəcək. Biz bu məqsədlə Azərbaycan hökuməti ilə yaxından əməkdaşlıq edəcəyik".

Son dövrlər dövlət tərəfindən aqrar sektora göstərilən diqqətin daha da artması  qlobal səviyyədə baş verən geosiyasi proseslərlə sıx bağlıdır. Belə ki, dünyadakı mövcud müharibələrin, siyasi qarşıdurmaların mənfi təsir göstərdiyi sahələrdən biri də kənd təsərrüfatıdır. Qeyd etdiyimiz kimi, dünya ticarətində və təchizat zəncirində böyük qırılmalar baş verir. Qarşıdakı illərdə dünya böyük ərzaq böhranı ilə üzləşə bilər. Buna indidən hazır olmaq və lazımi tədbirlərin görülməsi vacibdir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ADA Universitetində şanlı Zəfər tariximiz "Zəfər rəqsi" filminin nümayişi ilə anılıb

10:10
30 Sentyabr

Vətən müharibəsinin hər günü şanlı tariximizdir

10:00
30 Sentyabr

Aqrar sektorda müasir texnologiyalardan istifadə günün tələbidir

09:50
30 Sentyabr

Bakıda qurulan yeni tərəfdaşlıqlar

09:40
30 Sentyabr

Azərbaycan-Türkiyə-Özbəkistan birliyinin gücü

09:30
30 Sentyabr

BMT tribunasından tarixi ədalət tələbi

09:20
30 Sentyabr

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

09:15
30 Sentyabr

Azərbaycan Parlamenti: milli inkişafın hüquqi təminatçısı və dövlətçilik ənənələrinin daşıyıcısı

09:10
30 Sentyabr

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"

09:00
30 Sentyabr

Bakı ilk dəfə CAMCA Regional Forumuna evsahibliyi edəcək

08:15
30 Sentyabr

Əməkdaşlıq, dialoq və etimad ünvanı

08:00
30 Sentyabr

Uşaq ədəbiyyatşünaslığına yeni töhfə: Zaur Ustacın yaradıcılığı tədqiq olunub

07:31
30 Sentyabr

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

07:23
30 Sentyabr

İran nə vaxtsa təslim olmaq qərarına gələcək

07:19
30 Sentyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

07:17
30 Sentyabr

Romada "Harmoniya" sənədli filminin təqdimatı olub

01:43
30 Sentyabr

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

23:45
29 Sentyabr

“Xarıbülbül” “Route du Vin” marafonunda

22:31
29 Sentyabr

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

22:09
29 Sentyabr

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

21:49
29 Sentyabr

Bakıda Slovakiyanın milli bayramı - Konstitusiya Günü qeyd olunub

21:39
29 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!