30 Sentyabr 2026 09:20
75
SİYASƏT
A- A+
BMT tribunasından tarixi ədalət tələbi

BMT tribunasından tarixi ədalət tələbi


Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən "Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası" mövzusunda beynəlxalq konfrans növbəti dəfə göstərdi ki, müstəmləkəçilik yalnız keçmişdə qalmış tarixi fakt deyil, müasir dünyada da həllini gözləyən, hələ də tamamlanmamış siyasi öhdəlikdir.

Bu gün XXI əsrdə yaşamağımıza baxmayaraq, dünyanın müxtəlif coğrafiyalarında, Yeni Kaledoniya, Korsika, Sent-Martin və Karib hövzəsinin digər ərazilərindən tutmuş Sakit okeandakı ərazilərədək milyonlarla insan neokolonializmin yaratdığı siyasi, iqtisadi və mədəni asılılıqdan əziyyət çəkir. Müstəmləkəçi sistemlər təkcə torpaqlar və resurslar üzərində nəzarətlə kifayətlənmir, eyni zamanda yerli xalqların dilini, kimliyini və tarixi yaddaşını sıxışdıraraq deqradasiyaya uğradır.


Qlobal platforma


Məhz belə bir şəraitdə Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkəçiliklə mübarizədə və tarixi ədalətin bərpasında qlobal platforma rolunu öz üzərinə götürüb. Yarandığı qısa müddət ərzində BTQ müxtəlif müstəmləkə ərazilərinin yerli icma nümayəndələrinin bir araya gəlməsində mühüm rol oynayıb. 

Kolonializm onun təsiri altında yaşayanlar üçün böyük ədalətsizlik olmaqla Bakı Təşəbbüs Qrupunun diqqət mərkəzinə daxil olan məsələdir. BTQ-nin konfrans müzakirələrində həm də müstəmləkəçiliyin bu ərazilərin mədəni, sosial və iqtisadi mənzərələrinə davamlı təsir məsələləri vurğulanır. Tarixi ədalətsizliklərin aradan qaldırılmasının aktuallığı, qlobal həmrəylik və hərtərəfli dekolonizasiya təşəbbüslərini dəstəkləmək üçün proaktiv tədbirlər müzakirə edilir.

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində BTQ-nin təşkilatçılığı ilə keçirilən "Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası" mövzusunda beynəlxalq konfransda da məhz bu məsələlər geniş müzakirə olunub. 

Konfransda Yeni Kaledoniya, Korsika, Sent-Martin və Karib hövzəsinin digər ərazilərindən nümayəndələr, Afrika mənşəli xalqların və Siqh icmasının təmsilçiləri, keçmiş hökumət rəsmiləri, siyasi və ictimai təşkilatların nümayəndələri, ekspertlər iştirak ediblər.

Korsikanın Luqo-di-Natsa kommunasının meri, "Nazione" müstəqillik hərəkatının üzvü Fransua Benedetti beynəlxalq konfrans çərçivəsində təşkil olunan "Dekolonizasiya və beynəlxalq hüquq kontekstində qayıdış hüququ" adlı panel müzakirəsində deyib ki, müxtəlif xalqların tarixi və siyasi şəraiti fərqli olsa da, onların azadlıq, ləyaqət, müstəqillik və suverenlik uğrunda mübarizəsində oxşar problemlər mövcuddur.

O bildirib ki, müstəmləkəçilik yalnız ərazi və siyasi nəzarətlə məhdudlaşmır, xalqın dili, mədəniyyəti və kimliyinə də təsir göstərir: "Mədəni kimliyin zəiflədilməsi ilk növbədə dilin sıxışdırılması ilə həyata keçirilirdi. Məqsəd xalqın dilinin və mədəniyyətinin tarixi dayaqlarını dəyişdirmək idi".

Sözügedən panel müzakirələrdə  Hovard Universitetinin müəllimi, "One St. Martin Association" təşkilatının prezidenti, Sent-Martinin sabiq naziri Roda Rebekka Arrindell, "Repatriasiya və yenidən məskunlaşma hüququ məcburi şəkildə öz doğma yurdlarından çıxarılmış insanların hüquqlarının bərpasını nəzərdə tutur. Bizim üçün bu hüquq bütün məcburi köçürülmüş xalqlara şamil olunur", - deyə vurğulayıb. 

Roda Rebekka Arrindell BMT-ni bu istiqamətdə daha fəal rol oynamağa çağırıb: "Əgər Birləşmiş Millətlər Təşkilatı bütün xalqların öz siyasi gələcəyini müəyyən etmək hüququna həqiqətən sadiqdirsə, bu prinsip istisnasız olaraq bütün xalqlara şamil edilməlidir".


"Qərbi Azərbaycan - qayıdış xeyriyyə deyil, hüquqdur"


Bu gün dünyada humanitar hüquq baxımından ən vacib məsələlərdən biri də məcburi köçürülmüş və etnik təmizləməyə məruz qalmış xalqların doğma yurdlarına qayıdış hüququdur. Bu xüsusda, indiki Ermənistan ərazisindən - öz ata-baba torpaqlarından didərgin salınmış qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq müstəvidə getdikcə daha böyük aktuallıq kəsb edir. 

Beynəlxalq konfransın açılışında çıxış edən BTQ-nin kommunikasiya və Data Analitikası şöbəsinin müdiri Elgün Hacıyev qərbi azərbaycanlıların qayıdış hüququ məsələsinə toxunub. O bildirib ki, qərbi azərbaycanlıların keçmiş yaşayış yerlərinə qayıdış hüququ məsələsi BMT-nin müvafiq qurumları və beynəlxalq mexanizmləri çərçivəsində nəzərdən keçirilməyə layiqdir: "Qayıdış hüququ fundamental insan hüququdur. Öz doğma yurduna qayıtmaq yalnız fiziki qayıdış deyil. Bu, kimliyin, ləyaqətin, tarixi yaddaşın və mədəni davamlılığın bərpası deməkdir".

"Məcburi köçkünlükdən doğma yurda - kimlik, tarixi yaddaş və qayıdış hüququ" adlı  paneldə Corc Meyson Universitetinin doktorantı, Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin baş redaktoru Əli Məmmədov çıxış edərək qərbi azərbaycanlıların Ermənistandakı keçmiş yaşayış yerlərinə qayıdışı məsələsinə diqqət çəkib. O bildirib ki, üç onillikdən artıq vaxt keçməsinə baxmayaraq, azərbaycanlı qaçqınların mənşə yerləri ilə əlaqəsi, qayıdış və mədəni irsin qorunması məsələləri aktuallığını saxlayır.

Dekolonizasiya və Qərbi Azərbaycana qayıdış hüququ kimi strateji məsələlərin BMT-nin mənzil-qərargahında gündəmə gətirilməsi müstəsna əhəmiyyət daşıyır. Fransanın, digər müstəmləkəçi dövlətlərin neokolonial siyasətindən əziyyət çəkən icmalarla etnik təmizləmə qurbanı olmuş qərbi azərbaycanlıların problemlərinin birgə müzakirəsi mübarizənin miqyasını qlobal səviyyəyə qaldırır.

Konfransın yekununda Bakı Təşəbbüs Qrupu və tədbir iştirakçıları adından BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul edilib.

Birgə müraciətdə konfrans iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərini Qərbi Azərbaycanda, Bonerdə, Arubada və Sent-Martində yaşayan və ya bu ərazilərlə bağlı olan şəxslər, eləcə də Siqh, Konqolu, Burundi və Ruanda icmalarının üzvləri daxil olmaqla, təsirə məruz qalmış şəxslərin təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışının dayanıqlı sülhün mühüm tərkib hissəsi kimi təşviqinin davam etdirilməsinə çağırmağa dəvət ediblər.

"Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası" mövzusunda beynəlxalq konfransın iştirakçıları səssiz aksiya da keçiriblər. Aksiya zamanı iştirakçılar qayıdış hüququnun təmin edilməsi, dekolonizasiya prosesinin başa çatdırılması və tarixi ədalətin bərpasına çağıran plakatlar qaldırıblar.

Plakatlarda "Qərbi Azərbaycan - qayıdış xeyriyyə deyil, hüquqdur", "Ədalət qayıdış hüququndan başlayır", "Qayıdış olmadan dekolonizasiya tamamlanmayıb", "Müstəmləkəçiliyə son qoyulsun, tarixi ədalət bərpa edilsin", "Öz müqəddəratını təyinetmə dekolonizasiyaya aparan yoldur" şüarları yer alıb.

BMT platformasından səslənən bu çağırışlar bir daha sübut edir ki, neokolonializmə qarşı mübarizə qlobal əhəmiyyət kəsb edir və məcburi köçürülmüş xalqların qayıdış hüququ təmin edilməlidir. Tarixi ədalət yalnız bütün xalqların ləyaqətli, təhlükəsiz və suveren inkişafı baş verdiyi halda təmin edilmiş olar. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Türkiyə-Özbəkistan birliyinin gücü

09:30
30 Sentyabr

BMT tribunasından tarixi ədalət tələbi

09:20
30 Sentyabr

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

09:15
30 Sentyabr

Azərbaycan Parlamenti: milli inkişafın hüquqi təminatçısı və dövlətçilik ənənələrinin daşıyıcısı

09:10
30 Sentyabr

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"

09:00
30 Sentyabr

Bakı ilk dəfə CAMCA Regional Forumuna evsahibliyi edəcək

08:15
30 Sentyabr

Əməkdaşlıq, dialoq və etimad ünvanı

08:00
30 Sentyabr

Uşaq ədəbiyyatşünaslığına yeni töhfə: Zaur Ustacın yaradıcılığı tədqiq olunub

07:31
30 Sentyabr

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

07:23
30 Sentyabr

İran nə vaxtsa təslim olmaq qərarına gələcək

07:19
30 Sentyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

07:17
30 Sentyabr

Romada "Harmoniya" sənədli filminin təqdimatı olub

01:43
30 Sentyabr

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

23:45
29 Sentyabr

“Xarıbülbül” “Route du Vin” marafonunda

22:31
29 Sentyabr

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

22:09
29 Sentyabr

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

21:49
29 Sentyabr

Bakıda Slovakiyanın milli bayramı - Konstitusiya Günü qeyd olunub

21:39
29 Sentyabr

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

21:28
29 Sentyabr

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

21:27
29 Sentyabr

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

21:19
29 Sentyabr

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

20:59
29 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!