23 Sentyabr 2026 08:00
223
SİYASƏT
A- A+
Zəfərdən sonra başlayan yeni mərhələnin yol xəritəsi

Zəfərdən sonra başlayan yeni mərhələnin yol xəritəsi


Bunu dövlətimizin başçısı 2024-cü il sentyabrın 23-də Milli Məclisin ilk iclasında çıxışında təqdim etdi


Bəzən tarix bir hadisə ilə deyil, bir neçə hadisənin eyni nöqtədə qovuşması ilə öz sözünü deyir. 2024-cü il sentyabrın 23-ü də Azərbaycan üçün belə tarixlərdəndir. Həmin gün VII çağırış Milli Məclis ilk iclasına başlayarkən ölkəmizin siyasi həyatında yeni mərhələnin mənzərəsi aydın görünürdü - 30 illik işğalın ağır səhifəsi arxada qalmış, ərazi bütövlüyümüz və dövlət suverenliyimiz bərpa olunmuş, seçkilər ilk dəfə Azərbaycanın bütün suveren ərazisini əhatə etmişdi. Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasındakı çıxışı məhz belə bir tarixi mərhələnin siyasi mənzərəsini təqdim etməklə yanaşı, qarşıdakı illərin əsas vəzifələrini də ortaya qoyurdu. 

Dövlətimizin başçısının çıxışının mühüm xüsusiyyətlərindən biri o idi ki, burada Zəfər yalnız keçmişin möhtəşəm nəticəsi kimi deyil, gələcəyin məsuliyyəti kimi də təqdim edilir. Prezidentin "Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir" fikri təkcə seçki faktına verilən qiymət deyil. Bu cümlənin arxasında bütöv bir tarixi mərhələnin məntiqi dayanır. Seçkinin ölkənin bütün suveren ərazisində keçirilməsi dövlətin ərazi bütövlüyünün və suverenliyinin bərpasının siyasi həyatdakı təzahürü idi. 2024-cü ildə VII çağırış Milli Məclisin ilk iclasının keçirilməsi də məhz bu tarixi kontekstdə baş vermişdi.

Prezidentin çıxışında diqqətçəkən məsələlərdən biri də bu idi ki, dövlətimizin başçısı qələbədən danışarkən arxayınlaşmamağı xüsusi vurğulayırdı. "Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək" sözləri  nitqin əsas fəlsəfəsini ifadə edirdi. Çünki hər bir dövlət üçün qələbəni qazanmaq qədər onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə təhlükəsiz ötürmək də mühüm məsuliyyətdir. İlk növbəli vəzifə kimi hərbi gücün artırılmasının göstərilməsi də məhz bu yanaşmanın davamıdır. Dünyada baş verən müharibələr, təhlükəsizlik böhranları və dəyişən beynəlxalq münasibətlər fonunda Azərbaycan müdafiə imkanlarını daim gücləndirməli olduğunu bəyan edir. Burada diqqətçəkən məqam odur ki, hərbi güc yalnız silah və texnika məsələsi kimi təqdim olunmur. Yerli hərbi sənaye kompleksinin inkişafı, yeni texnologiyaların tətbiqi, peşəkar kadrların hazırlanması və xarici asılılığın mümkün qədər azaldılması məsələləri də bu siyasətin tərkib hissəsi kimi göstərilir.

Belə yanaşmanın iqtisadi tərəfi də var. Hərbi sənayenin inkişafı bir tərəfdən müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, digər tərəfdən yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına xidmət edə bilər. Prezident çıxışında bu sahənin özəl sektor üçün də əhəmiyyətindən danışaraq gələcəkdə hərbi sənaye məhsullarının istehsalının genişləndirilməsi məqsədini ortaya qoyurdu. Deməli, burada söhbət yalnız təhlükəsizlikdən yox, eyni zamanda texnoloji inkişafdan gedir.

Çıxışın digər mühüm xətti sərhədlərin qorunması və daxili təhlükəsizlik məsələsi idi. Dövlətin suverenliyi yalnız xəritədə müəyyən edilmiş sərhədlərlə ölçülmür. Burada sərhədin təhlükəsizliyi, müasir infrastruktur, texnoloji imkanlar və sabitlik bir-birini tamamlayan amillərdir. Prezidentin "Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır" fikri də bu kontekstdə səslənir. Burada əsas fikir gücün yalnız hərbi ölçüdə başa düşülməməsidir, həm də iqtisadiyyat, insan kapitalı, sosial sabitlik və dövlət institutlarının dayanıqlılığı da milli gücün mühüm elementləridir.

Dövlət başçısının nitqində xüsusi yer tutan məsələlərdən biri isə gənc nəslin yetişdirilməsidir. Prezidentin "Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir" fikri, əslində, çox geniş ictimai məsuliyyət məsələsini gündəmə gətirir. Zəfər qazanan dövlətin gələcəyini yalnız bugünkü nəsil deyil, sabahın gəncləri də müəyyən edəcək. Ona görə bilikli, savadlı, milli dəyərlərə bağlı, eyni zamanda müasir dünyanı dərk edən gəncliyin yetişdirilməsi uzunmüddətli dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi görünür. Prezidentin çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası ən geniş yer ayırdığı mövzulardandır. Burada rəqəmlər, sadəcə, statistik göstəricilər deyil, müharibədən sonra qarşıya qoyulmuş nəhəng quruculuq vəzifəsinin miqyasını göstərən faktlardır. Prezident çıxşında müharibədən sonrakı dövrdə həmin ərazilərin bərpasına 19 milyard manat vəsaitin xərclənməsinin nəzərdə tutulduğunu - minlərlə kilometr yolun, tunellərin, körpülərin tikintisi, dəmir yollarının və hava limanlarının istifadəyə verilməsi, enerji infrastrukturunun yaradılması kimi genişmiqyaslı yenidənqurmanın istiqamətlərini bildirdi.

Burada diqqətçəkən daha bir məqam var - Qarabağın bərpası yalnız fiziki infrastrukturun yenilənməsi kimi təqdim edilmir. Məktəblər, xəstəxanalar, yaşayış məntəqələri, mədəni-tarixi abidələr, məscidlər, muzeylər və digər obyektlərin yaradılması və bərpası bütöv bir həyat mühitinin yenidən qurulmasını nəzərdə tutur. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı isə bu prosesin insan amilini təşkil edir. Bütün bunların həyata keçirilməsi üçün iqtisadi gücün əhəmiyyəti də çıxışda xüsusi vurğulanır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi və sosial siyasətin davam etdirilməsi qarşıdakı dövrün mühüm məsələləri kimi göstərilir. Beləliklə, təhlükəsizliklə iqtisadi inkişaf, iqtisadi inkişafla sosial rifah, sosial rifahla insan kapitalı arasında qarşılıqlı bağlılıq yaradılır.

Dövlətimizin başçısının Ermənistanla münasibətlərin normallaşdırılması və sülh danışıqları barədə fikirləri də çıxışın mühüm hissəsini təşkil edir. Burada Azərbaycanın mövqeyi, sərhədlərin delimitasiyası, sülh müqaviləsi və regionda təhlükəsizliyin təmin olunması məsələləri ön plana çıxarılır. Bu məsələlərə münasibətdə müxtəlif tərəflərin fərqli mövqeləri olsa da, çıxışın əsas xətti ölkəmizin öz suverenliyi və təhlükəsizliyi məsələlərində prinsipial mövqedən çıxış etməsidir.

Xarici siyasətlə bağlı səsləndirilən fikirlər də bu ümumi xəttin davamıdır. Prezident "müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir" deyərək Azərbaycanın xarici siyasətində qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipini önə çəkir. Eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemində daha fəal iştirak etmək niyyətini ifadə edir.

Prezidentin nitqinə bütöv şəkildə nəzər saldıqda belə bir nəticəyə gəlmək mümkündür: 23 sentyabr 2024-cü il çıxışı yalnız yeni parlament çağırışının başlanması münasibətilə söylənmiş siyasi nitq deyildi, həm də Zəfərdən sonrakı Azərbaycanın qarşısında dayanan vəzifələrin ümumi çərçivəsini təqdim edən proqram xarakterli sənəddir. Təhlükəsizlik, ordu, sərhəd, ideoloji dayanıqlıq, gənclər, Qarabağın bərpası, iqtisadi inkişaf, sosial rifah, sülh və xarici siyasət - bütün bu istiqamətlər vahid bir dövlətçilik məntiqi daxilində birləşdirilirdi.

Ən əsası isə, bu çıxışın ruhunda bir həqiqət dayanır - tarixi Zəfər son nöqtə deyil, əksinə, o, daha böyük məsuliyyət tələb edən yeni mərhələnin başlanğıcıdır. Torpaqların azad edilməsi tarixi missiyanın mühüm hissəsini tamamladı, amma həmin torpaqlarda həyatın yenidən qurulması, iqtisadi və sosial inkişafın təmin edilməsi, təhlükəsizliyin qorunması və güclü dövlətin gələcək nəsillərə ötürülməsi qarşıda duran davamlı vəzifələrdir.

Məhz buna görə 23 sentyabr 2024-cü ildə Milli Məclisdə səslənən fikirlərə bu gün yalnız həmin günün hadisəsi kimi baxmaq kifayət deyil. Həmin nitq Azərbaycanın Zəfərdən sonrakı dövrünün əsas yol xəritəsini müəyyənləşdirirdi.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dəyişən dünyanın ritmində Dördüncü Sənaye İnqilabı

09:00
23 Sentyabr

Yeni dünya nizamında Bakının güclənən mövqeyi

08:50
23 Sentyabr

Bakının sülh gündəliyi dəyişməz reallıqdır

08:40
23 Sentyabr

Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib 

08:30
23 Sentyabr

Zəfərdən sülhə uzanan yol

08:20
23 Sentyabr

Forumda Orta dəhlizin Şərqlə Qərb arasında əhəmiyyətindən danışılıb

08:10
23 Sentyabr

Zəfərdən sonra başlayan yeni mərhələnin yol xəritəsi

08:00
23 Sentyabr

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!