26 Sentyabr 2026 09:55
1457
Mədəniyyət
A- A+
Vətən müharibəsini simvolizə edən 44 rəsm əsəri nümayiş etdirilmişdir

Vətən müharibəsini simvolizə edən 44 rəsm əsəri nümayiş etdirilmişdir


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsindən 6 il ötür. Qazax Rayon İcra Hakimiyyəti və Qazax Dövlət Rəsm Qalereyası Vətən müharibəsini simvolizə edən 44 ədəd rəsm əsərindən ibarət sərginin nümayişinə başlamışdır.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini birdəqiqəlik sükutla yad etmişlər. Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək  44 günlük Vətən müharibəsinin altıncı ildönümü münasibətilə təşkil olunmuş sərginin əhəmiyyətindən, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  Azərbaycanın haqq savaşında qazandığı uğurlardan danışmışdır. Qeyd etmişdir ki, 2020-ci ilin 27 sentyabrında başlanan müharibə 10 noyabrda Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmışdır. Bu, elə bir tarixi Qələbə olmuşdur ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalq olaraq şanlı ordumuzun cəbhədə qazandığı nailiyyətləri, dövlətimizin gücünü və qüdrətini bir daha dünyaya nümayiş etdirmişdir.

Sonra Bakı Dövlət Universitetinin Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Vətən müharibəsi şəhidi Xaliddin Nəsibovun atası Vaqif Nəsibov, polkovnik-leytenant Amil Göyüşov, Daş Salahlı kənd Sənətkarlıq Evinin müdiri Natəvan Mustafayeva çıxış edərək 44 günlük haqq savaşında əldə etdiyimiz tarixi qələbədən söhbət açmışlar. 


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelda oyunu dörd günə 5,2 milyon nüsxə sataraq rekord qırdı  

17:06
11 Noyabr

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb  

16:46
11 Noyabr

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

16:45
11 Noyabr

Zelenski: Avropa sülh danışıqlarında tək nümayəndə təyin etməlidir

16:43
11 Noyabr

100-dən çox QHT-dən Avropa Parlamentinə “İslamofobiya və irqçilik” etirazı

16:40
11 Noyabr

16 ölkənin iştirak etdiyi interpol əməliyyatında 260-dan çox şəxs saxlanılıb

16:39
11 Noyabr

Yeni filtr sistemi ilə hava kanallarına ehtiyac qalmayacaq  

16:34
11 Noyabr

29 il əvvəl “Əsrin müqaviləsi” çərçivəsində ilkin neft hasil olundu  

16:29
11 Noyabr

Ötən həftənin iqtisadi icmalı  

16:25
11 Noyabr

Karbon emissiyaları azala bilər

16:23
11 Noyabr

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

16:13
11 Noyabr

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

16:07
11 Noyabr

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

16:06
11 Noyabr

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib  

16:01
11 Noyabr

Avropanın gələcəyi faciəlidir

16:00
11 Noyabr

Türkiyə Prezidenti iqlim sammitlərinin təşkilində təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib  

15:56
11 Noyabr

İran zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcək  

15:55
11 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB

15:53
11 Noyabr

 Sumqayıt daha abad və yaşıl olur

15:52
11 Noyabr

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu ardıcıl dördüncü aydır artırır

15:09
11 Noyabr

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var  

15:06
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!