Əfqanıstan: “Taliban” Qəzni şəhəri istiqamətində hücuma keçib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əfqanıstan: “Taliban” Qəzni şəhəri istiqamətində hücuma keçib

10 Avgust 2018
“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın mərkəzi hissəsində yerləşən Qəzni şəhəri istiqamətində hücuma başlayıb.

AZƏRTAC xəbər verir ki, TOLO News telekanalının yaydığı məlumata görə, taliblərin bəyanatında onların bir neçə istiqamətdən eyni adlı vilayətin administrativ mərkəzinə daxil olmağa çalışdığı bildirilir.

Hazırda hökumət qüvvələri və “Taliban” arasında gedən şiddətli döyüşlər səbəbindən Kabil-Qəzni avtomobil magistralı bağlanıb. Əyalət şurasının nümayəndəsi Həmidullah Navrozi telekanala müsahibəsində deyib ki, Əfqanıstan ordusu kömək göndərməsə, Qəzni şəhəri “Taliban” hərəkatının nəzarətinə keçəcək.

Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirirlər. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.